Xalq yaradıcılıq nümunələrinin
dirçəlişi seminar mövzusu olub
Muzey Mərkəzində
Mədəniyyət və
Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzinin təşkilatçılığı
ilə "Unudulmaqda olan xalq yaradıcılıq
nümunələrini dirçəltmək"
mövzusunda seminar keçirilib.
Seminarda
çıxış edən
Elmi-Metodik Mərkəzin
direktoru, siyasi elmlər üzrə fəlsəfə doktoru Asif Usubəliyev seminarın əhəmiyyətindən
söz açıb:
"Seminarın keçirilməsində
məqsəd, əsrlər
boyu yaranmış xalq yaradıcılıq nümunələrinin təbliğ
olunması, unudulmaqda olan xalq sənətkarlığı
nümunələrini bərpa
edib dirçəltmək,
onları gələcək
nəsillərə ötürərək
yaşatmaqdır".
Seminarda
Milli Elmlər Akademiyasının Ədəbiyyat
İnstitutunun direktor müavini, professor Məhərrəm
Qasımlının "Novruz
bayramı mərasimlərinin
unudulmuş tarixi motivlərinin bərpasına
dair", xalçaçı
rəssam Eldar Mikayılzadənin "Xalçanın
Azərbaycan xalqının
həyatında rolu",
Milli Kulinariya Assosiasiyasının prezidenti
Tahir Əmiraslanovun
"Azərbaycan mətbəx
mədəniyyətinin ənənələri"
və digər mövzularda elmi məruzələri dinlənilib.
Tədbirdə mövzular ətrafında
çıxışlar edilib,
unudulmaqda olan xalq yaradıcılığı
nümunələrinin qorunması
üçün ayrı-ayrı
qurumların fəaliyyətinin
gücləndirilməsi təklifləri
irəli sürülüb.
S.ABDULLAYEVA
525-ci qəzet.- 2015.- 25 noyabr.- S7