Elin ruhuna
köklənmiş qələm
Bu günlərdə elektron
mediada bir yazıya rast gəldim; şair Musa Yaqubun "Daş" şeiri ilə bağlı bir müəllif araşdırmasına
Ramiz Göyüşov
"Daş haqqında
düşüncələr" adlı publisistik yazısı ilə cavab verirdi.
R.Göyüşöv Azərbaycan ədəbiyyatında
daş haqqında yazılmış əsərlərə
istinad edərək maraqlı və koloritli bir məqalə
ərsəyə gətirmışdi.
Müəllif ədəbiyyatımızın tanınmış simalarının
bu mövzuda müxtəlif dövrlərdə,
ən müxtəlif ovqatlarda qələmə aldıqları nümunələrə
müraciət edərək
onu ictimailəşdirə
bilmişdi.
Bu yazıda diqqətçəkən
təkcə o deyildi ki, daş mövzusu
ustalıqla müzakirə
predmetinə çevrilmişdi,
həm də o idi ki, müəllif
Azərbaycanın ucqar
kənd küçələrindən
birinin yolu üstündəki Sarı
daşı maddiləşdirə
bilmişdi.
Müəllifin daş mövzusuna müraciət etməsi daha çox doğma kəndlərindəki
Sarı daşa olan məhəbbətindən
irəli gəlirdi. O daşa
olan münasibətə
nostalgiya da demək olar, şüuraltı ehtiyac da. Amma nə
deyirsiniz deyin, bir daş da
beləcə tarixə
düşdü. Özünün
təbirincə desək,
Abbasbəyli camaatı
adam boyunda
olan o daşın yol üstündə nə vaxt bitdiyini
xatırlamır. Düşünürəm,
o kənddən çıxan
adamlar Sarı daşı həmişə
xatırlayacaqlar. Belə hisslər
eldən çıxan
insanlara çox doğma, çox yaxındır, Ramiz müəllimə də həmçinin.
"Sən bizim
ellərin ruhuna bir bax..." - qələmindən çıxan
kitaba verdiyi ad mental dəyərlərin yaxşı
mənada əsiri olan müəllifin xarizmasını canlandırır. Əgər bir
şəxs hansısa
fəlsəfi fikri, aforizmə çevrilmiş
ədəbi nümunəni
daim dilinə gətirirsə, bu onun daxili aləmini
ehtiva edir. "Gözlərinə düz baxanda ürəyinin dibi görünən" Məmməd
İlqar yaradıcılığını
araşdırarkən gətirdiyi
nümunə bəşəri
bir hissdir. Bəşəri olduğu
qədər də insanın hansı məslək, əqidə
sahibi olduğunu ortaya qoyur:
Neynim, bundan özgə yol tanımıram,
İstər yeddi yerə böl, tanımıram.
Dəniz
tanımıram, göl
tanımıram,
Bir körpə
gözünün yaşından
böyük.
Hər bir bölgənın ruhuna bədii yara dıcılığın müəyyən
tərəfi uyğunlaşır
və elə bil ki, onun
düsturunu özləri
yaradıblar. Bu, yəqin
ki, nəsildən-nəsilə
qan yaddaşı ilə ötürülür.
Kitabının adı mahalın azman sənətkarına məxsus
olsa belə, bu dəfə müəllif onu yaxşı mənada özününküləşdirə bilib. İnsanın qəlbində elinə,
obasına, ata, ana yurduna bu
cür məhəbbət
olmalıdır ki, bölgənin qələm
adamları haqqında
kitab formasında danışsın.
Səməd Vurğun poeziyasının
və şəxsiyyətinin
ümmanında üzən
qələm sahibi oxuculara və ictimaiyyətə məlum
olan həqiqətlərdən
haradasa yeni bir obraz yaradır. Şairə xitabən
"El bilir ki, sən mənimsən..."
deyir və buna görə sonsuz qürur hissi yaşayır.
"Bu dünya durduqca yaşayacam mən" - deyən Hüseyn Ariflə bağlı fikirlərini bölüşən
müəllif kitabında
şairin elə poeziya nümunələrini
təqdim edir ki, bununla da
oxucuda xüsusi ovqat
yaradır:
Bağlar
arasında cığırda,
izdə,
Məktəbə getdiyim günlər olaydı.
Sıxıla-sıxıla bir qaragözlə
O söhbət etdiyim günlər olaydı.
Nəriman Həsənzadə yaradıcılığına
müraciət edəndə
isə elə incə məqama toxunur ki, bir
bənd şeirlə oxucunu sarsıda bilir:
Kimsə
deyirdi ki, kişi ağlamaz,
Hanı gülə-gülə ölən
kişilər?
Arvadı
itirən kişini duymaz,
Arvadı yanında olan kişilər.
Ustad şairimiz Zəlimxan Yaqubla birgə "O yaşıl ağacın altında" ruhu dincələn müəllif "Davud Nəsibin özünü və sözünü xatırlayanda":
Vətən məhəbbətli, vətən ünvanlı,
Bir ürək döyünür
köksümün altda,
-
söyləyərək sanki onunla eyni hissi
bölüşür.
Uçur
durnaların payız karvanı,
Mavi buludlara səs sala-sala,
Qərib
durnalara yazığım
gəlir,
Özüm bir sahildə tək qala-qala.
Şair dostumuz Taleh Həmidin çoxşaxəlı
yaradıcılığından seçdiyi bu bəndlə bütün dövrlərdə, bütün
zamanlarda şairlərin
tənha, qərib olduğu qənaətindədir
müəllif.
Eldar Nəsibdən danışanda
mahalın Şıxlı
kəndindən çıxan
Molla Vəli Vidadi, Əlağa Şıxlinski, İsmayıl
Şıxlı, Mehdi
Hüseyn, Osman Sarıvəlli, İsa Muğanna,Teymur Bünyadov
kimi şəxsiyyətlər,
dövlət xadimləri,
sərkərdə, yazıçı
və şairləri unutmur.
Çağdaş poeziyamızın tanınmış
nümayəndələrindən olan Ramiz Məmmədzadənin
yaradıcılığında Qarabağ mövzusuna daha çox yer ayırdığını
oxucuları ilə bölüşən müəllif
onun (Ramiz Məmmədzadə) şair
dostu Çingiz Əlioğluna xitabən yazdığı şeiri
yada salır:
Eheyy, Çingizim,
Arxamızca Qarabağda,
Quzu kimi mələyə-mələyə
Dağlar
qaldı...
Tifaqı
dağılmış
Torpağımızın
Anası
ağlar qaldı...
R.Göyüşöv şəxsiyyətlərinə
hörmət və məhəbbətlə yanaşdığı
Fəridə xanım
İncəli, Ağamalı
Sadıq Əfəndi,
Akif Səməd, İbrahim İlyaslı, Rüstəm Kamal, Davud Dəmirli yaradıcılığından sevə-sevə söhbət
açır. Bütün dövrlərdə
xüsusi qiymətləndirilən
insani keyfiyyət olan sədaqət və etibar nümayiş etdirərək
əziz universitet müəllimi Pərviz Axundbəylini yaddan çıxarmır, onunla
bağlı nümunə
olası xatirələrini
bölüşür.
"Sən
bizim ellərin ruhuna bax" deməklə Ramiz Göyüşov Azərbaycan
ictimaiyyətinə təkcə
kitab təqdim etmir. O həm də bir nümunə
yaratmış olur. Özünü dövlət və
aparat işçisi kimi təsdiq etmiş müəllif sözə, sənətə,
sənətkara verdiyi
yüksək qiymətlə
doğma ellərinin daha bir yüksək
keyfiyyətini ictimaiyyətə
açıqlayır. Söhbətin bu məqamında unudulmaz Hüseyn Arifin Səttar Bəhlulzadəyə
həsr etdiyi şeiri oxuyanda elə bilirsən, sair
bu misraları yazarkən həm də Ramiz Göyüşovu
nəzərdə tutub:
Səni
düşünəndə nə iclas, nə zəng,
Nə də bir kabinet düşür
yadıma.
Səni
düşünəndə yüz boya, yüz rəng,
Al-əlvan təbiət
düşür yadıma.
Ələsgər
QURBANOV
525-ci qəzet.- 2015.- 26 noyabr.- S.8.