"Azərbaycan"ın noyabr
sayı
Bugünlərdə "Azərbaycan" jurnalının
11-ci sayı işıq
üzü görüb. Jurnal
"İncilər"lə açılır: "Kitabi-Dədə
Qorqud" dastanından
Dirsə xan oğlu Buğacın boyu dərc edilib.
Jurnalın "Yeni tərcümələr"
rubrikasında Patrik Züskindin "Göyərçin"
povesti Əziz Rzazadənin tərcüməsində
təqdim olunub.
Ənənəvi
"Poeziya" bölümündə
Xalq şairi Fikrət Qocanın "Mamontlar" poeması, Ətraf Sərraf, Xəqani Həbiboğlu, Rafiq Hümmət və Qəşəm İlqarın şeirləri
yer alıb.
Qəşəm Nəcəfzadənin Xalq şairi Fikrət Qocadan götürdüyü
müsahibə "Portret
cizgiləri"ndə öz
əksini tapıb.
Jurnalın "Nəsr" rubrikasında
Vaqif Nəsib, Məti Osmanoğlu və Elşən Əzimin əsərləri
verilib.
Vahid Əzizin
70 illik yubileyi münasibətilə Xalq şairi Rəsul Rzanın "Tanışlıq"
yazısı və yubilyarın "Mircəfər"
poeması oxuculara təqdim edilib.
Rəşid Faxralının "Ordum varsa, yurdum var!"
yazısı jurnalın
"Publisistika" rubrikasında
yerləşdirilib.
Görkəmli rus şairi Sergey Yeseninin 120 illiyi ilə bağlı Nizami Tağısoy "Bax, yenə qayıtmışam..." yazısını
qələmə alıb.
Bəsti Əlibəylinin "Köç"
havasında" essesində
yazıçı Mövlud
Süleymanlının eyniadlı
əsərini təhlil
edib.
Nərgiz Cabbarlı "Çağdaş
şeirin müraciət
obyekti-Qloballaşan Dünya
və İnsan" yazısında müasir poeziyanın durumundan bəhs edib.
Nailə Mustafayevanın "Naməlum
müxəmməslər"ində XVIII əsrin şairlərinin yaradıcılığından söhbət açılıb.
S.ABDULLAYEVA
525-ci
qəzet.- 2015.- 26 noyabr.- S7