Afaq Məsud
nüfuzlu mükafata layiq görülüb
Yazıçı-dramaturq,
Əməkdar İncəsənət Xadimi Afaq Məsudun “Mənsur
Həllac” əsəri görkəmli türk dramaturqu Haldun Tanərin
anadan olmasının 100 illiyi münasibətilə
keçirilən “Beynəlxalq səhnə əsərləri
müsabiqəsi"nin üç qalib əsəri
sırasındadır.
AZƏRTAC xəbər verir ki, bu barədə Avrasiya Yazarlar Birliyinin başçısı Yaqub Öməroğlunun yazıçıya ünvanladığı təbrik məktubunda bildirilib. “Mənsur Həllac” əsəri müsabiqəyə 18 ölkədən daxil olmuş 109 əsər arasından qalib seçilib. Qalibləri mükafatlandırma mərasimi dekabrın 8-də Türkiyə Mədəniyyət Nazirliyinin “Kiçik teatr” binasında keçiriləcək”.
Qeyd edək ki, Türk dünyasının ilk pyes müsabiqəsi olan “Beynəlxalq səhnə əsərləri müsabiqəsi” Avrasiya Yazarlar Birliyi, TÜRKSOY və Türkiyə Dövlət Teatrları Müdirliyi tərəfindən, Türkiyə Nazirlər Kabinetinin Təbliğat Fondunun dəstəyi ilə keçirilib. Müsabiqəyə İran, İraq, Türkmənistan və digər türkdilli ölkələrlə yanaşı, Qazaxıstandan 16, Qırğızıstandan 11, Azərbaycandan 16, Türkiyədən isə 23 əsər təqdim edilib.
525-ci qəzet.- 2015.- 26 noyabr.-
S.7