Milli Qəhrəman Salatın Əsgərova haqqında film təqdim edilib
"Nizami" Kino Mərkəzində
"Milli Qəhrəmanlar"
sənədli filmlər
həftəsi çərçivəsində
Azərbaycanın Milli
Qəhrəmanı, jurnalist
Salatın Əsgərovaya
həsr edilmiş
"23" sənədli filminin
təqdimatı olub.
Təqdimatı Bakı şəhər icra hakimiyyəti başçısı Aparatının
Kino Xidməti İdarəsi
təşkil edib. Filmi Mədəniyyət
və Turizm Nazirliyinin sifarişi ilə Ramiz Rövşənin ssenarisi
əsasında rejissor
İsmayıl Zeynalov çəkib.
Tədbir iştirakçıları Salatın
Əsgərovanın xatirəsini
bir dəqiqəlik sükutla anıblar. Xalq artisti
Flora Kərimova qəhrəmana
həsr olunmuş mahnı ifa edib.
Ssenari müəllifi Ramiz Rövşən film üzərində
fəaliyyətindən danışıb,
bildirib ki, hər bir dövr
şəxsiyyətlərin simasında tarixdə əbədiləşir və
Salatın Əsgərova
da öz ölkəsində müəyyən
bir dövrün siması olub.
Salatın Əsgərovanın oğlu Ceyhun Əsgərov anasının
xatirəsinə göstərilən
ehtirama görə tədbir iştirakçılarına
təşəkkür edərək
bildirib ki, Milli Qəhrəmanlarımız
barəsində hər
bir film, hər bir kitab, hər
bir şeir gələcək nəsillərə
müraciətdir, tarixi
yaddaşımızdır.
Bakı şəhər icra hakimiyyəti başçısı
Aparatının Kino Xidməti
İdarəsinin rəisi
Gültəkin Nəriman
qeyd edib ki, Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə Azərbaycanın Milli Qəhrəmanlarına
həsr olunan 6 film çəkilib.
Kinorejissor Yalçın Əfəndiyev,
Salatın Əsgərovanın
bacısı Zümrüd,
Yasamal rayon Ağsaqqallar
Şurasının sədri,
AMEA-nın müxbir üzvü Kərim Kərimov, Müharibə və Əmək Veteranları İctimai Birliyinin sədri Almaz Qasımova, Qarabağ Müharibəsi
Əlilləri, Veteranları
və Şəhid Ailələri İctimai Birliyinin sədri Bəhram Şeydayev, Salatın Əsgərovanın
qələm dostu,
"Medik" qəzetinin
redaktoru Nigar Məcidova və başqaları qəhrəman
haqqında xatirələrini
bölüşüblər.
S.ABDULLAYEVA
525-ci qəzet.- 2015.- 27 noyabr.- S.7.