Milli Dram
Teatrında Səyavuş
Aslanın 80 illiyi qeyd edilib
Noyabrın 25-də Akademik Milli Dram Teatrında xalq artisti Səyavuş Aslanın 80 illik yubileyinə həsr olunmuş xatirə gecəsi keçirilib. Teatrın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, yubiley mərasimi Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı baş tutub.
Tədbirdə mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev, teatrın baş rejissoru-bədii rəhbəri, xalq artisti Azərpaşa Nemət, S. Aslanın sənət dostları, tamaşaçılar iştirak edib.
Mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev S. Aslanı Azərbaycan teatrının nəhəng sənətkarlarından biri kimi dəyərləndirib: "Səyavuş Aslan unikal şəxsiyyət, unikal sənətkar idi. O, əsl sənətkar kimi heç vaxt unudulmayacaq. Nə qədər ki, Azərbaycan teatrı, Azərbaycan kinosu, mədəniyyətimiz var, Səyavuş Aslanın sənəti də yaşayacaq".
Xalq artisti Azərpaşa Nemət S. Aslan haqqında xatirələrini bölüşüb, onu Azərbaycan teatrının, kinosunun böyük sənətkarı kimi xarakterizə edib.
Tədbirdə xalq artistləri Hacı İsmayılov, kinoşünas, əməkdar mədəniyyət işçisi Aydın Kazımzadə, əməkdar incəsənət xadimi Məhərrəm Bədirzadə S. Aslanın kino və teatr fəaliyyətindən danışıb, xatirələrini bölüşüblər.
Yubiley mərasimində S. Aslanın çəkildiyi filmlərdən və lentə alınan tamaşalardan səhnələr nümayiş olunub.
Qeyd edək ki, S. Aslan 1935-ci il
sentyabrın 5-də Bakıda
doğulub. O, aktyorluğa
həvəskar kimi
dram dərnəyindən başlayıb.
1954-cü ildə qısa
müddət musiqili komediya estrada
truppasında, 1958-ci ildə
Quba Dövlət Dram Teatrında çalışıb.
S.Abdullayeva
525-ci qəzet.- 2015.- 27 noyabr.- S.7.