"İslam
sivilizasiyası uşaqların gözü
ilə"
Muzey Mərkəzində
"İslam sivilizasiyası
uşaqların gözü
ilə" mövzusunda
respublika rəsm müsabiqə-sərgisi açılıb
və qalibləri mükafatlandırılıb.
İslam
Təhsil, Elm və Mədəniyyət Təşkilatı
(ISESCO) İcraiyyə Şurasının
36-cı iclasının iştirakçıları
sərgi ilə yaxından tanış
olublar.
Mədəniyyət və turizm naziri Əbülfəs
Qarayev qonaqları salamlayaraq ISESCO İcraiyyə
Şurasının iclasının
Bakıda təşkilinin
əhəmiyyətindən söz açıb:
" Belə bir beynəlxalq tədbirin Bakıda keçirilməsi
müxtəlif ölkələrdən
gəlmiş qonaqların
Azərbaycan mədəniyyəti
ilə daha yaxından tanış olmasına əlverişli
imkanlar yaradıb.
Gənc
istedadların üzə
çıxarılması, yaradıcılıqlarının inkişafına kömək
və onlara dövlət qayğısının
göstərilməsi, uşaq,
yeniyetmə və gənclər arasında rəsm və dekorativ sənətin təbliği məqsədilə
Mədəniyyət və
Turizm Nazirliyinin müvafiq əmrinə əsasən təşkil
olunan müsabiqə-sərgiyə
400-dək əsəri təqdim
olunub.
Sərgiyə təqdim olunan rəsm əsərlərində
İslam sivilizasiya və dəyərləri balaca fırça ustaları tərəfindən
işlənib".
Sonra tanınmış
rəssamlardan ibarət
münsiflər heyəti
tərəfindən müəyyənləşdirilmiş
qaliblər və fərqlənən fırça
ustaları mükafatlandırılıb. İki yaş
qrupu üzrə (7-13,
14-17) 22 müəllif birinci,
ikinci və üçüncü dərəcəli
diplomlara, fəxri fərman və pul mükafatlarına layiq görülüb.
Qaliblərə diplomları nazirliyin əməkdaşları ilə
yanaşı, ISESCO İcraiyyə
Şurasının 36-cı iclasının iştirakçıları
da təqdim edib.
Sonra qonaqlar rəssamlıq məktəblərinin, rəsm
studiyalarının şagirdlərinin
əl işlərindən
ibarət sərgi ilə tanış
olublar.
Sərgi qonaqlar tərəfindən
maraqla qarşılanıb.
S.ABDULLAYEVA
525-ci qəzet.- 2015.- 27 noyabr.- S.7