Azərbaycanlı rəssamın əsərləri
"Qran Pale"də sərgilənir
Parisin məşhur
"Qran Pale" sərgi
salonunda "Art Capital-2015" müasir incəsənət
sərgisi öz qapılarını ictimaiyyətə
açıb.
Sərgidə 2016-cı ildə dəbdə olacaq yeni cərəyanlar
yer alıb. Nümayiş olunan rəsm əsərləri akademiklər
və incəsənətşünaslardan
ibarət münsiflər
heyəti tərəfindən
seçilib.
Parisdə yaşayan azərbaycanlı
rəssam Nigar Nərimanbəyovanın "Bütün
həyat teatrdır"
silsiləsindən "Sevgi
apofeozu" və
"Nostalgiya" tablolarından
ibarət kompozisiya diptixi "Art Capital-2015" sərgisində
nümayiş olunur.
Delakrua,
David, Enqri, Van Qoq, Qoqen kimi rəssamların
əsərlərindən ilhamlandığını
deyən azərbaycanlı
rəssam "Qran Pale"nin Böyük
Payız Salonunda peşəkar münsiflərin
seçdiyi əsərlərin
sərgisində ölkəmizi
təmsil edir.
Azərbaycan Rəssamlar İttifaqının
üzvü Nigar Nərimanbəyovanın dekabr
ayında Parisin mərkəzi qalereyasında
sərgisinin açılışı
gözlənilir.
Xatırladaq ki, hər il təşkil olunan "Art Capital-2015" sərgisi
Fransız Rəssamları
Cəmiyyəti, Müstəqil
Rəssamlar Cəmiyyəti,
Su Üzərində Rəsm
və Rəssamlıq
Salonu və Müqayisələr Salonu
kimi 4 bölmədən
ibarətdir.
2500 rəssamın, heykəltəraşın,
fotoqrafın, arxitektorun
əsərlərinin nümayiş
olunduğu sərgidə
40000-ə qədər ziyarətçinin
olacağı gözlənilir.
S.ABDULLAYEVA
525-ci qəzet.- 2015.- 27 noyabr.- S.7