"Əsrlərin sədası" Milli İncəsənət Muzeyində
Milli İncəsənət
Muzeyində istedadlı
gənc rəssam Məryəm Ələkbərlinin
"Əsrlərin sədası"
adlı sərgisi açılıb.
Bakı
şəhərində keçirilən
İslam Təhsil, Elm
və Mədəniyyət
Təşkilatının (ISESCO) İcraiyyə Şurasının
36-cı iclasının iştirakçıları
sərgi ilə tanış olublar.
Tədbirdə Baş nazirin müavini Elçin Əfəndiyev çıxış
edərək ISESCO-nun İcraiyyə
Şurasının 36-cı iclasının ölkəmizdə
keçirilməsinin əhəmiyyətindən
söz açıb:
"Tədbir çərçivəsində
Bakıda olan qonaqlara xalqımızın
mədəniyyəti, tarixi
və müasir inkişafı ilə yanaşı, ölkəmizdə
gedən quruculuq və abadlıq işləri ilə yaxından tanış olmaq imkanı yaradılıb".
Sərginin əhəmiyyətindən danışan Elçin Əfəndiyev vurğulayıb
ki, gənc rəssam Məryəm Ələkbərlinin sərgiyə
təqdim etdiyi 50-dək
rəsm əsəri öz ruhunu milli dəyərlərdən
alır:
" Bu
əsərlərdə yer
alan Qobustanın qayaüstü yazıları,
Azərbaycanın muğam
sənəti, İçərişəhərin
tarixi abidələri mədəni irsimizin müasir simasını təcəssüm etdirir".
Dünyada müsəlman ölkələrinə
qarşı ikili standartların nümayiş
olunduğunu diqqətə
çatdıran E.Əfəndiyev
qeyd edib ki, buna baxmayaraq
bütün müsəlman
ölkələri bəşəriyyəti
dincliyə, xoşbəxtliyə,
insanlığa və
tolerantlığa dəvət
edir.
"Əsrlərin sədası"
sərgisinin mövzu etibarı ilə qeyd olunan xüsusiyyətləri
özündə ehtiva
etdiyini bildirən görkəmli yazıçı
sənət əsərlərinin
müəllifinin bir müsəlman ölkəsinin
övladı olduğunu
vurğulayıb.
E.Əfəndiyev gənc və istedadlı rəssam Məryəm Ələkbərlini
yeni sərgi münasibətilə təbrik
edib, ona yeni yaradıcılıq uğurları arzulayıb.
Tədbirdə çıxış edən
ISESCO-nun baş direktoru
Əbdüləziz Osman
əl-Tuveycri Azərbaycanın
zəngin tarixə və mədəniyyətə
malik olduğunu diqqətə çatdırıb
və beynəlxalq səviyyəli möhtəşəm
tədbirlərin Bakıda
keçirilməsini yüksək
qiymətləndirib.
Baş direktor
ISESCO-nun İcraiyyə Şurasının
36-cı iclasının ölkəmizdə
keçirilməsini əməkdaşlığın
inkişafında irəliyə
atılmış addım
kimi dəyərləndirərək,
bunun təşkilatda təmsil olunan ölkələrin, həm
də qarşılıqlı
olaraq təhsil və mədəniyyət
sahəsindəki əlaqələrinə
müsbət təsir
edəcəyini diqqətə
çatdırıb.
Əbdüləziz Osman əl-Tuveycri rəhbərlik etdiyi qurumun hər zaman istedadlı insanları, xüsusilə
də gəncləri dəstəklədiyini vurğulayıb,
sərgi münasibətilə
Məryəm Ələkbərlini
təbrik edib.
Sonra qonaqlar sərgi ilə tanış
olublar.
S.ABDULLAYEVA
525-ci qəzet.- 2015.- 27 noyabr.- S.7.