Ulduzun noyabr sayında...

 

 

BugünlərdəUlduzjurnalının noyabr sayı işıq üzü görüb.

 

Dərgi filologiya elmləri doktoru Gülşən Əliyeva-Kəngərlinin oktyabr sayı ilə bağlı qələmə aldığıHər çapında xüsusi çəki sərgiləyən jurnalekspert yazısı ilə açılır: “Ulduz”un bu sayı ilə tanış olan oxucu çağdaş Azərbaycan ədəbi prosesində nələr baş verdiyini aydın təsəvvür edə bilər”.

 

Ekspert yazıya sözardı olaraq - təhlil etdiyiUlduzjurnalının səhifələrində qayəçi ruhu, həyat tale məsələlərinə sirayətetmə ilə təzahürdə gördüyünü qeyd edib: “Jurnalın bu sayı qələm sahiblərinin yaradıcılığına önəm verən faktoloji zənginliklə diqqətimizi çəkdi”.

 

Ekspert yazısını Müşfiq XanınÖzüylə söhbətiVelosipedhekayəsi izləyir.

 

Şeir vaxtıbölməsində şairlər Əbülfət Mədətoğlu, Əli Aslanoğlu, Zərəngiz Dəmirçi Qayalı, Nazilə Gültacın şeirləri yer alıb.

 

Sadıq ElcanlınınYovşanlı yamacın qürub çağında”, “Susqun səsin soyuğu”, “Quzey qarının qarısı”, Pərvanə RəhimlininDönüş”, Mətanət Ulu ŞirvanlınınAvtobus sərgüzəşti”, eləcə gənc qələm sahibləri NərgizinKölgə Çinarə NüsrətlininŞaxta həkimhekayələri jurnalın bu sayında verilib.

 

Tərcümə saatıbölməsində tanınmış rus şairi Tatyana Umarovanın şeirləri şair İbrahim İlyaslının tərcüməsində təqdim edilib.

 

“9x9” rubrikasında jurnalın əməkdaşı Fərqanə Mehdiyevanın bölgələrdə yaşayan istedadlı gənc yazarlara ünvanladığı sual-cavab xarakterli maraqlı materialı öz əksini tapıb.

 

Jurnalın bu sayında həmçinin Elmar Vüqarlının təqdimatında “Quşların dili”ndən bəhs edilib, Leyla Camalın “Yerə düşməyən göz yaşım”, “Sirli xəstəlik” esseləri dərc olunub.

 

“Qısa fikirlər xəzinəsi”ndə bu dəfə Amerikanın tanınmış  musiqiçisi Bob MarleyBöyük Britaniyanın məşhur yazıçısı və aktyoru Stephen Frunun dəyərli aforizmləri Pəri Mirəliyevanın tərcüməsində oxuculara təqdim edilib. Bob Marleyin həqiqət, sevgi, azadlıq, köləlik, keçmiş, gələcək, ölüm barəsində özünəməxsus yanaşması diqqəti çəkir”. Stephen Frunun aforizmlərində ironik çalar daha çox nəzərə çarpır”.

 

Ulduzun budəfəki “Hücrə”sində Qəşəm Nəcəfzadə gənc şair Əntiqə Səməndərin şeirləri ilə bağlı fikirlərini “Bütün xoşbəxtliklər bədbəxtliyin ovcundadır” yazısında ifadə edib.

 

 “142-ci teatr mövsümünün “Sən həmişə bizimləsən, “Boy çiçəyi” ilə “açılışında” tələbə-teatrşünas Əli Hacılı ilə söhbəti təqdim olunub.

 

“Dərgidə kitabda bu dəfə “Hörümçək zaman” layihəsi ilə şair Elşad Ərşadoğlu qonaq olub.

 

Bu nömrədə Sona Xəyal “Vahidin gənclik şeirləri”ndən söhbət açıb.

 

Jurnalı alanlar görkəmli ədəbiyyatşünas alim Nizami Cəfərovun “Elçin. Portret cizgiləri”, həmmüəllifi olduğuAtatürkün Azərbaycan siyasəti” və Rahid Uluselin “Türkşünaslıq və azərbaycanşünaslığın dialektikası” kitablarını hədiyyə kimi əldə edəcəklər.

 

S.ABDULLAYEVA

525-ci qəzet.- 2015.- 28 noyabr.- S.17