Bəstəkarlar İttifaqında Giya Kançeli ilə görüş

 

Tanınmış gürcü bəstəkarı, SSRİ Xalq artisti Giya Kançelinin Bakıya səfəri çərçivəsində Azərbaycan Bəstəkarlar İttifaqında (ABİ) görüş keçirilib.

 

ABİ-nin sədri, Xalq artisti, professor Firəngiz Əlizadə G.Kançelinin yaradıcılığından danışaraq bildirib ki, böyük bəstəkar öz simfoniya kamera əsərləri ilə adını dünya musiqi mədəniyyəti tarixinə yazıb. Mimino “Kin-dza-dzakimi tanınmış filmlərə yazılan musiqinin bəstəkarı məhz G.Kançelidir. F.Əlizadə diqqətə çatdırıb ki, o, G.Kançeli ilə birlikdə çoxsaylı festival layihələrdə iştirak edib.

 

Səmimi qəbula görə F.Əlizadəyə təşəkkür edən G.Kançeli hamını 80 illik yubileyi münasibətilə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında konsertə dəvət edib.

 

Yaradıcılıq yolundan söz açan bəstəkar tələbəlik illəri barədə xatirələrini bölüşüb, gənc musiqiçiləri səylə çalışmağa, fantaziya nümayiş etdirməyə, daim inkişafda olmağa çağırıb.

 

O, Azərbaycan musiqisinin inkişafında Bakı Musiqi Akademiyasının Azərbaycan Milli Konservatoriyasının rolunu yüksək qiymətləndirib.

 

S.ABDULLAYEVA

525-ci qəzet.- 2015.- 28 noyabr.- S16