Bakıda Rusiya filmləri həftəsi başlanır

 

 

Oktyabrın 1-dən 7-dək Bakıda Rusiya filmləri həftəsi olacaq. Rusiya Federasiyası Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikası Mədəniyyət Turizm Nazirliyi, "Kinofest" Prodüser Mərkəzinin birgə təşkilatçılığı ilə reallaşacaq film həftəsi Nizami Kino Mərkəzində keçiriləcək.

 

Mədəniyyət Turizm Nazirliyindən AZƏRTAC-a bildirilib ki, film həftəsi ilə əlaqədar rusiyalı kinematoqrafçılardan ibarət nümayəndə heyəti ölkəmizə səfər edəcək.

 

Nümayəndə heyətinin tərkibinə Rusiyanın Xalq artisti Boris Şerbakov, aktyorlardan Denis Şvedov, Valeriy Şkirando, Olqa Lomonosova, Aleksandra Rozovskaya, prodüserlər Yekaterina Filippova, Dmitriy Savinskiy, Georgiy Malkov, tanınmış televiziya xadimi Aleksey Pimanov "Kinofest" Prodüser Mərkəzinin baş direktoru Sergey Bragim daxildir.

 

Hərfə çərçivəsində "Burada üfüqlər sakitdi...", "Yaşıl karet", "Quzum Dolli kinli idi, tez öldü", "Kabus", "Batalyon", "Ələkeçməz", "Əziz anam" filmləri tamaşaçılara təqdim ediləcək.

 

Film nümayişlərinə giriş sərbəstdir.

 

525-ci qəzet.- 2015.-  1 oktyabr.- S.7.