Daşkənddə Nizami adına Universitetin 80
illiyi keçirilib
Daşkənddə Nizami adına
Dövlət Pedaqoji Universitetinin 80 illik yubileyi geniş qeyd olunub.
Yubiley tədbirində Azərbaycanın
Özbəkistandakı səfiri
Hüseyn Quliyev, səfirliyin və onun nəzdindəki Heydər Əliyev adına Mədəniyyət
Mərkəzinin əməkdaşları
iştirak ediblər.
Tədbiri giriş sözü
ilə açan Nizami adına Daşkənd Dövlət
Pedaqoji Universitetinin rektoru, professor Şavkat Şaripov yarandığı
vaxtdan bu günədək universitetin
Özbəkistanın elmi
həyatında tutduğu
mövqe, ölkə üçün minlərlə
mütəxəssisin yetişdirilməsi,
kadr təminatı sahəsində həyata keçirdiyi işlərdən
danışıb.
Ş.Şaripov universitetin Özbəkistan
ilə Azərbaycan arasında dostluq körpüsü yaratdığını,
əlaqələrinin dərinləşdirilməsi
sahəsində həyata
keçirdiyi layihələr
barədə söhbət
açıb. Azərbaycan səfirliyinin nəzdindəki
Heydər Əliyev adına Mədəniyyət
Mərkəzi ilə sıx əməkdaşlıq
etdiklərini bildirib.
Daha sonra Özbəkistanın
təhsil naziri Uluqbek İnoyatov çıxış edərək,
Nizami adına
Daşkənd Dövlət
Pedaqoji Universitetinin fəaliyyətini yüksək
qiymətləndirib. Özbəkistanın
ali təhsil
ocaqları arasında
pedaqoji kadrların hazırlanmasında bu təhsil ocağının
xüsusi xidmətlərini
vurğulayıb və
universitetin fərqlənən
müəllimlərinə diplomlar
təqdim edib.
Tədbir
iştirakçılarını təbrik edən Azərbaycanın Özbəkistandakı
səfiri Hüseyn Quliyev bu ali təhsil ocağının ölkələrimiz
arasındakı münasibətlərin
inkişafında xüsusi
əhəmiyyət kəsb
etdiyini bildirib. Diplomat Universitetin minlərlə məzununun
ölkənin ictimai həyatında mühüm
rol oynadığını,
Özbəkistan ilə
Azərbaycan arasında
mədəni-ədəbi əlaqələrin
inkişafına böyük
töhfələr verdiyini
söyləyib.
Səfir
Nizami Gəncəvinin
vətənindən, Gəncə
Şəhər İcra
Hakimiyyətinin başçısı
Elmar Vəliyevin universitetin 80 illik yubileyi münasibətilə
göndərdiyi təbrik
məktubunu oxuyub və ali
təhsil ocağının
rektoruna Gəncə xalçası hədiyyə
edib.
Yubiley tədbirində universitetin
tələbələri, Özbəkistanın
tanınmış sənətçiləri,
həmçinin Daşkənddəki
Heydər Əliyev adına Azərbaycan
Mədəniyyət Mərkəzinin
rəqs kollektivi çıxış edib.
Yubiley tədbiri çərçivəsində
səfir Hüseyn Quliyev universitetin Filologiya fakültəsində
yaradılmış Azərbaycan
Mədəniyyəti və
Ədəbiyyatı Mərkəzinin
fəaliyyəti ilə
tanış olub.
Heydər
Əliyev adına
Azərbaycan Mədəniyyət
Mərkəzinin direktoru
Samir Abbasov yaradılan mərkəzin
fəaliyyəti, onun iki ölkə arasında əməkdaşlığın
inkişafı sahəsində
həyata keçirdiyi
tədbirlər və
layihələr barədə
məlumat verib. Mərkəzdə ölkəmizin tarixi,
mədəniyyəti, turizminə
dair zəngin kitabxana, daimi sərgi, habelə kinozalın fəaliyyət
göstərildiyi, burada
müxtəlif tədbirlərin,
sərgilərin keçirildiyi,
Azərbaycan bədii filmlərinin mütəmadi
olaraq nümayiş etdirildiyi diqqətə çatdırılıb.
Sonda səfir
"İrəvan xalçaları"
kitabı mərkəzin
kitabxanasına hədiyyə
edib.
S.ABDULLAYEVA
525-ci qəzet.-
2015.- 2 oktyabr.- S.7.