Məlum və Naməlum Üzeyir Hacıbəyov

 

 

(63 illik ömrünün 60 ilini Üzeyir bəy Hacıbəyli Çar Rusiyası Sovet Azərbaycanında Hacıbəyov soyadı ilə yaşayıb yaradıb. Məqalə sənədlər əsasında yazıldığı üçün müəllif, Hacıbəyov soyadını saxlayıb)  

 

Azərbaycanın XX əsr mədəniyyət musiqi tarixində Üzeyir bəy Hacıbəyov (Hacıbəyli) qədər hələ öz zamanında geniş şöhrət qazanaraq tanınan sonralar da adı xatirəsi daim əziz tutulan ikinci bir şəxs təsəvvür etmək çətindir. Üzeyir Hacıbəyovun həyat yaradıcılığına həsr edilmiş ən müxtəlif səpkili əsərlərin - irihəcmli monoqrafiya tədqiqatlardan tutmuş, məqalə, oçerk, esse d. yazılara qədər - sayı minlərlə ölçülür kiçik xülasələr, rəylər, xəbərlər hələ bu sıraya daxil edilmir. Onun haqqında onlarla sənədli bədii filmlər çəkilmişdir. Yalnız Azərbaycan, ya keçmiş Sovet məkanında deyil, xarici ölkələrdə yaxşı tanınan, əsərləri haqqında ən müxtəlif dillərdə yüzlərlə yazılar dərc olunan bu böyük, sözün əsl mənasında dahi adlandırılacaq bəstəkarın adı yalnız onun özünə deyil, mənsub olduğu xalqa ölkəyə geniş şöhrət gətirmişdir.

 

Bunun müqabilində istər xalqı, istərsə mövcud hökumət dairələri Üzeyir bəyin xidmətlərini layiqincə qiymətləndirmiş, xüsusilə Sovet dövrü Ü.Hacıbəyov ölkənin dövlətin ən yüksək ad mükafatlarına layiq görülmüş, musiqi yaradıcılığı, təhsili elmi sahələrində ən yüksək vəzifələr tutmuş, Sovet dövlətinin ali seçkili orqanlarında təmsil olunmuş, böyük ehtiram, diqqət qayğı içində yaşamışdır.

 

Lakin bütün bunlarla bərabər, Üzeyir Hacıbəyovun şöhrət məhəbbət dolu ömür yolu, xüsusilə Sovet dövrü, heç zahirən göründüyü kimi sabit təlatümsüz olmamışdır. İllərlə basqı qorxu, təqib təzyiq şəraitində yaşayıb yaratmalı olan böyük sənətkar öz həyatının bəlkə ən əlamətdar mühüm saydığı zaman kəsiyindəki fəaliyyətini mövqeyini gizlətməyə, yaxud "unutmağa" sövq edilmişdir. Onu bu "unutqanlığa" sövq edən rejim ən müxtəlif səbəblərdən, Üzeyir Hacıbəyovun "unutduqlarını" "görməməzliyə" vurmuş, "görməli" olanda da "üstündən keçmişdir". Hətta bəstəkarın ölümündən çox illər sonra, onun anadan olmasının 80 illiyinin Sovet İttifaqında siyasi iqlimin "mülayimləşmə" dövrünə təsadüf etdiyi bir zamanda belə Üzeyir Hacıbəyovun həyatının "unudulmuş" 5 ilini açıqlamaq mümkün sayılmamışdır.

 

1964-cü ildə "Azərbaycan opera sənətinin banisi, SSRİ xalq artisti, iki dəfə Dövlət (Stalin) mükafatı laureatı, akademik, bəstəkar, ədib, mühərrir, maarifçi, tərcüməçi müəllim" Üzeyir Hacıbəyovun yubileyinin ən yüksək səviyyədə qeyd edilməsinə hazırlıq işləri başlarkən Azərbaycan SSR Nazirlər Sovetinin qərarı ilə Ü.Hacıbəyovun vaxtilə ilk direktoru olduğu Azərbaycan Elmlər Akademiyası Memarlıq İncəsənət İnstitutu onun 10 cilddə əsərlərinin nəşrinə başlamışdır. Bu 10 cildə Ü.Hacıbəyovun ədəbi, publisistik musiqi əsərləri daxil olmalı idi. Lakin 4-cü cilddən sonra "Əsərlərin" nəşri səbəb göstərilmədən dayandırılmış bir daha davam etdirilməmişdir.

 

Əslində bu səbəb Üzeyir bəyin tərcümeyi-halına publisistik irsinə az-çox bələd olanlara aydın idi: "Əsərlərin" 4-cü cildi Ü.Hacıbəyovun özünün redaktoru olduğu "Yeni İqbal" qəzetinin 1915-ci il 6 oktyabr tarixli nömrəsində dərc edilmiş "Ordan-burdan" başlıqlı felyetonu ilə bitirdi. Məntiqə görə 5-ci cildə müəllifin sonrakı illərdə digər mətbuat orqanlarında dərc edilmiş məqalə felyetonları daxil edilməli idi. Ortaya çıxan "maneə" məhz bu mətbuat orqanları - ilk növbədə Məhəmməd Əmin Rəsulzadənin redaktoru olduğu "Açıq söz" qəzeti, daha sonra isə Azərbaycan Xalq Cümhuriyyəti dövründə Üzeyir bəyin özünün kiçik fasilələrlə düz 15 ay redaktorluq etdiyi "Azərbaycan" qəzeti - ilə bağlı idi.

 

Bu qəzetlərdəki yazılarında Üzeyir Hacıbəyov tamamilə milli məfkurə daşıyıcısı, Azərbaycan istiqlalı tərəfdarı, onun ən mübariz qətiyyətli müdafiəçisi, erməni-daşnak rus ağqvardiyaçı-bolşevik qüvvələrin barışmaz tənqidçisi kimi çıxış edir xüsusilə kəskin anti-bolşevik mövqe nümayiş etdirirdi.

 

Bolşevik-kommunist Sovet rejiminin öz milli-mədəni siyasətinin təntənəsinin sübutu, partiya hökumətin qayğısının nəticəsi olaraq yetişmiş milli Sovet yaradıcı ziyalıları arasında ən böyük nüfuzlu simalardan saydığı Üzeyir Hacıbəyovun 1915-1920-ci illər fəaliyyətini, hətta onun ölümündən sonra belə, açıqlaması doğrudan da qeyri-mümkün idi. Çünki bu halda dahi bəstəkarın öz xalqı qarşısında böyük xidmətlərinin heç yalnız onun ölməz musiqi əsərləri, yaxud musiqi mədəniyyəti təhsili sahələrində fəaliyyəti ilə məhdudlaşmadığı meydana çıxırdı. Bu xidmətlərdən ən mühümü isə onun Azərbaycan Xalq Cümhuriyyətinin yarı rəsmi orqanı olan "Azərbaycan" qəzetindəki fəaliyyəti ilə bağlı idi.

 

1918-ci ildə "Azərbaycan" qəzetinə gələndə Üzeyir bəy artıq özünü sırf milli məfkurənin daşıyıcısı olmaqla yetkin bir siyasi publisist ictimai xadim kimi təsdiq etmiş milli istiqlal ideyası ətrafında cəmlənmiş görkəmli ictimai xadim ədiblərinin cərgəsində öz yerini tutmuşdu. Lakin Üzeyir bəyi bu cərgəyə gətirən yol çox uzaqlardan başlayırdı.

 

Hələ yeniyetməlik ilk gənclik illərindən Üzeyir bəy çoxşaxəli istedadı, bacarığı, zəhmətsevərliyi yüksək əxlaqi keyfiyyətləri ilə onu əhatə edən insanların, o cümlədən, müxtəlif millətlərin nümayəndələrinin diqqətini cəlb etmiş onların dərin hörmət qazana bilmişdi. Bu münasibətlərin ilkin təzahürləri artıq Qori Seminariyasında oxuduğu zaman meydana çıxmışdı. Seminariyada ilk dəfə Avropa klassik musiqisinin əsasları not sistemi ilə tanış olan Üzeyir Azərbaycan xalq havalarını nota köçürərək dəftərçəsində qeydlər edirdi. Həmin qeydlər seminariya rəhbərliyinin diqqətini cəlb etmiş "Qori dəftəri" adı ilə "ən yaxşı şagird işi kimi" 1902-1903-cü illər Paris sərgisinə göndərilmişdi.

 

1904-cü Qori Seminariyasını bitirən Üzeyir bu təhsil ocağının qanunlarına görə ən azı 3 il məcburi işləməklə Qarabağın Hadrut - erməni kəndinə müəllim təyin olunur. Lakin artıq 1 ildən sonra, 1905-ci ildə erməni-müsəlman silahlı münaqişələrinin başlanması ilə Üzeyir bəy gözlənilməyən bir şəraitdə həmin kəndi tərk etməli olur: gecə vaxtı bir dəstə erməni kəndlisi azərbaycanlı müəllimi yuxudan oyadır və gözlənilən təhlükə qarşısında təcili Hadrutdan getməyi məsləhət bilirlər. Kəndlilər Üzeyir bəyi özləri ilə gətirdikləri ata mindirir və yandırdıqları məşəllərlə ətrafı işıqlandıraraq onu Bakıya gedən yola çıxana kimi müşayiət edirlər. Bu hadisə təbii ki, gənc Üzeyirin hafizəsində iz buraxmaya bilməzdi və cəmi bir neçə ildən sonra, 1918-ci ildə, Qarabağda erməni üsyanları yeni qüvvətlə baş qaldırdıqda Üzeyir bəy bu mövzuda yazdığı onlarla məqaləsində yerli erməni kəndli əhalisini fitnəkar daşnak-andraniklərdən fərqləndirməyi və onların özlərini də erməni terrorçularından xilas etməyi zəruri sayacaqdı. (Son nəticədə, həqiqətən Azərbaycan hökumətinin və xüsusilə Qarabağın qubernatoru Xosrov bəy Sultanovun çox çevik, ehtiyatlı və cəsarətli siyasəti nəticəsində Qarabağın erməni əhalisinin böyük hissəsi Azərbaycan tərkibində qalmağa üstünlük vermişdi.)

 

1905-ci ildə Bakıya gələn 20 yaşlı gənc Üzeyiri bu böyük şəhərdə yeni həyat gözləyir. Mövcud bürokratik qayda-qanunlar çərçivəsində çətinlikdə Bibiheybət ibtidai məktəbə müəllim düzələn Üzeyir bəy çox qısa müddət ərzində azərbaycanlı - türk uşaqların tədrisi sahəsində bir çox problemlərin mahiyyətinə varır. İbtidai siniflər üçün ilk hesab dərsliyi, rusca-türkcə, türkcə-rusca lüğət hazırlamaqla bu sahədə ilk addımlarını atan gənc müəllim dərhal öz azərbaycanlı həmkarlarının diqqətini cəlb edir və 1907-ci ildən başlayaraq Bakıda müsəlman müəllimlərin elə bir yığıncağı, toplantısı, ya qurultayı olmur ki, orada Üzeyir Hacıbəyov Rəyasət Heyətinə seçilməsin, yaxud hansısa bir komissiyaya sədrlik, nəzarət və s. ona tapşırılmasın. Birmənalı demək olar ki, Üzeyir bəy öz həyatını yalnız təhsil sistemi ilə bağlasaydı belə, Azərbaycanın böyük islahatçı - maarifçiləri cərgəsinə daxil olacaqdı.

 

(Ardı var)

Solmaz Rüstəmova-Tohidi

tarix elmləri doktoru, prof.

525-ci qəzet.- 2015.- 2 oktyabr.- S.6.