SÖZÜN
AYAĞINA DURUN
Yalanı ayaqdan edin,
Düzün ayağına durun.
Durub sözə yer göstərin,
Sözün ayağına durun...
Dodağı püstə gəlirsə,-
Püstədən istə, gəlirsə,
Çörəyin üstə gəlirsə,
Duzun ayağına durun!
Haldan-hala
düşər halı,-
Bu ulduzun, bu hilalın...
Gətirdiyi günü alın,
Yazın ayağına durun.
Sevinc öldü, ah sağ qaldı,
Haqq vuruldu, axsaq qaldı.
Saz bu yerdə ağsaqqaldı,-
Sazın
ayağına durun!
Hardadı O? - verin nişan,
Bu ocağın könlü şan-şan...
“Zəlimxan” deyib alışan,
Közün ayağına durun...
Sevgi dama-dama gəlsə,-
Bu ömür də
tama gəlsə.
...Şair çapa-çapa
gəlsə,
Tozun ayağına durun!
DÜNYANI
TƏK QOYMADIM...
Nə halaldı,- Toxundu,-
Əlim, oğluma verdim.
Bu yolların tozunu,
Silib, oğluma
verdim.
Neyləyəcək qar mənə,
Ocağa oxşar mənə?
Atdılar bir şar
mənə,
Gülüb, oğluma verdim.
Kim bölüb, nədən bölüb?-
Belə
bir Vətən bölüb...
Öz adımı tən bölüb,-
Bölüb, oğluma verdim.
Dolu ətək qoymadım,
Baldan pətək qoymadım...
...Dünyanı tək qoymadım,
Ölüb, oğluma verdim...
AVQUST
Avqustda doğulanlara
Qızmar
günəşin istisindən
tez əridi yay,
su kimi axıb
getdi avqust,
töküldü payıza...
Töküldü avqust adlı çay
payız adlı dənizə...
...Mən də avqust çayı kimiyəm
üzürəm ölüm adlı dənizə sarı...
...Hardaydız, niyə istiyə qaldınız,
avqustda doğulanlar?
Aha, günəş adlı çətir altında
gün işığı
kəsəcəkdi göbəyinizi?
Ananız
bu ömür adlı ipin avqust ayına
sərəcəkdi
körpə-körpə köynəyinizi?
Payız
iməkləmək öyrədəcəkdi
sizə
xəzəllərin üstündə?
...Ah, sizi avqust uşaqları...
...Su kimi axıb getdi avqust
qarışdı başqa
ayların suyuna...
Bir eşqin bulağından su kimi sızır
insan,
su kimi də
yaşayır,
saf
su kimi doğulsa
da, sonra çirklənir...
suya oxşadığından:
gələndə ağlayıb
gəlir.
gedəndə ağladıb
gedir.
Xəyanət öyrədir insana
dünya,
İnsan da dünyanı atıb gedir...
Qızmar
günəşin istisindən
tez əridi yay...
ƏLLƏRİNİ
UZAT MƏNƏ
Bir layla çal
Bu gecəyə,-
Yatsa da, yatmasa da.
Ovcunu tək tanrıya aç
Sənə
bir şey
Atsa da, atmasa da.
...əllərini uzat mənə,
Çatsa da, çatmasa da...
NEYLƏYƏR
Bir gün itirsə oğlun,
Bir il ana neyləyər?
Kərtənkələ sürüsü,
Bir ilana neyləyər?
Gizlənmədim koğuşa,
“Yox” demədin yoxuşa.
Min imansız yığışa,
Bir imana neyləyər?
Büdrəməsin aman, at,
Söz-şairə amanat...
Bütün külli-kainat,
Bir olana neyləyər?!
KİTAB
Tanrının dörd kitabı
var,
Mənimki beşdən keçib.
Ayılanda gec idi,-
Gördüm iş-işdən keçib...
Məndəki tamaha bax,
Tanrıdan çox yazmışam.
Mən ondan üzr istəyib,
Yazdığım kitabları,
Oda atdım bu axşam...-
...Hər səsdən səda olmur,
Hər pıçıltı
səs deyil.
Onun bir kitabına,
Min kitab əvəz
deyil.
...Dörd kitabı olsa da,
Adı çoxdu
Tanrının.
Bir-bir çəkib adını,
Təzə nəğmə başlaram.
Tanrının hər adına,
Bir kitab bağışlaram...
BİR
QƏMİ YANDIRIN NEYLƏ...
Deyirlər haqq göydən
düşüb,
Bəs düşübsə,
hara düşüb?
Bəlkə dardı yer kürəsi,
Gələn burda dara düşüb?!
Duman gəlib çöküb
dağa,
Qoy eşqimi
əkim dağa.
Kərəmi nə çəkib
dağa,
Gəlib burda qara düşüb.
Bu qəmi yandırın neylə,
Bu ney səsi
nələr eylər!
...Ay tor atan Kərəm eylə,
Mənim könlüm tora düşüb.
OLDUM
Çox
yaşadım, sanki ilin-
On üçüncü ayı oldum.
Qəm gəlib məndə dincəldi,
Mən bir Cənub yayı oldum.
Əzdi
məni əzizlərim,
İçim-çölüm əl izləri...
Sən üzdüyün dənizləri,
Qoruyan qağayı
oldum.
Mənəm qəmdən bəhs
eləyən,
Hər gününü
nəhs eləyən.
Qəm yükündən səs eləyən,
Bir köhnə
çarpayı oldum.
Kədər məni kəm böyütdü,
Həm böyüdü,
həm böyütdü.
Sən ana ola bilmədin,-
Bacım, sən bir qəm
böyütdün.
Mən
o qəmə dayı oldum...
GÖZƏLLƏMƏ
Ürəyinin gözəlliyi,
Üzünə vurmuş bu qızın.
Qaranlıqlar öz suyundan,
Gözünə vurmuş bu qızın.
Belə
olur qız əlləri?-
Qu əlidi,
öz əlləri?!
Dünya
bütün gözəlləri,
Dizinə vurmuş bu qızın.
Yağış da öpür çətrini,
Çiçəklər çəkir ətrini...
Dünya
nə dadlıdı?-yoxsa,-
Yığıb bütün nemətini,
Duzuna vurmuş
bu qızın?
UÇAN
QUŞLAR HAQDAN UÇUR
Mən səni başa düşmədim,
Özün başa düş, özünü.
İndi
bu eşq dalanından,
Çaşa-çaşa düş özünü.
Tel-tel olan telin
vardı,
Tellərində yelin vardı.
Hər gözümdə yerin vardı,-
İndi qoşa düş özünü.
Uçan
quşlar hardan uçur,
Dağ çayı
da dağdan uçur.
Hansı
quş alçaqdan uçur,
Ondan haşa,
düş özünü.
Keçib fələk qarğışından,
Bu dərd də ki, qurğuşundan...
Tutub payız yağışından,
İndi
qışa düş
özünü...
YOL
Sən aşağı baxırsan,
Mən yuxarı,
gedirik.
Fərqi
yox hər ikimiz,
ONA sarı gedirik.
Bu ömür bir azardı,
Hər gün bir az azaldım.
Dörd
yanımız hasardı,
Bu hasarı gedirik.
Baş qoyub eşq uduna,
Dərdimi unuduram.
Həsrətin umuduna,
Qoyub yarı
gedirik.
O kimdi, adət edib,-
Dünyanı qarət edib?
...Son kəs ziyarət edib,
Bu dağları gedirik.
TƏZƏ
AYRILIQ GƏLİR
Bu gün də öldürmədin,
Saxladın sabahlara.
Ürəyim pərdə çəkib,-
Soyuq dəyər
ahlara.
Üşütmə çiçəkləri,
Külək, əs, ürəyimdən.
Allah, yemək də olmur,
Dərd
çıxır çörəyindən...-
Bu ulduzlar altında,
Könül, bir az
aylanaq.
Təzə ayrılıq gəlir,
Ayrılıq, gəl ayrılaq...
BİR
ÇİÇƏYƏ BÜKÜLDÜM...
Bu kədərə tən gələrik,
Tən, mənə
çox yaxınsan.
Aramız
uzaq olsa da,
Sən mənə çox yaxınsan...
Eyni göyə baxırıq
biz,
Bunun ki, niyəsi yox.
Bir dünyada yaşayırıq,
Neynəyək, özgəsi yox...
Üşüdür ayrılıqlar,
Hanı ocaq? - bu küldü...-
Gördüm isti yerim yox,
Bir çiçəyə büküldüm...
NİSGİL
Uşağın bir dünyası
var,
Onu da ondan alırıq.
Qanıma
qəltan etmisən,
Deyirsən ki: - “Qan alırıq!”
Qurd otarır sürümüzü,
Sel də yumaz kirimizi.
Sevirik bir-birimizi,-
Can veririk, can alırıq!
Ayrılmadı nədən, oğlu?
Bir ordu, bir çətən oğlu.
...Tirə gedən vətən oğlu,
Şuşanı haçan alırıq?!
İLK
YAĞMURSAN, SON BAHARSAN
İtən vaxtımı axtardım,
Qaldı ömrün harasında?
Mən ağ baxtımı
axtardım,
Gözlərinin qarasında.
İlk yağmursan, son baharsan,
Kimə qəmsən, kimə yarsan.
Girsən,
şəklini taparsan,
Ürəyimin yarasında...
Qələm oxladığı yerdən,-
Şeir damır hərdən-hərdən.
...Qaçıb gizləndim şeirdən,
Misraların arasında...
GÜNAHLARIN
AD GÜNÜ
Bir gün iynəyə keçər,
Keçər ömrün sap günü.
Yapışar yaxamızdan,
Bir gün haqq-hesab günü.
O gün qeyd olunacaq,
Günahların ad günü.
Hesab dərsindən
çətin.
Bax o hesabat günü...
Günahlar çeşid-çeşid,
Ağırı, yüngülü var.
Yediyim hər günahın,
Məni yeyən günü var.
Ən haqsız adamın da,
Haqq deyilən
günü var.
Günahımın üzünə,
Şax deyilən
günü var.
O günü düşünəndə,
Düşüncələr sıx olur.
Gün də sanki uzanır,
Gün gündən artıq olur...
...Ay Əlizadə, nə işdi,
Sızıldayır iliyin.
İndi yadına düşdü.
Dünyanın faniliyi?!
BİR TƏZƏ GƏRAYLI DEYİN...
Doğmalarıma
Mən öləndə kaman çalın,
Çalın şikəstə, ağlayın.
Bəstə qoşun, deyin: “uçdu,
bir boyubəstə”-ağlayın.
Nə molla, darğa göndərin,
Su artsa, arxa göndərin...
Ruhumu dağa göndərin,
Özümü düzdə ağlayın.
O, bölünmüş çaydı, deyin,
O taydı, bu taydı, deyin.
Bir təzə gəraylı deyin,
Gəraylı üstə ağlayın...
Əlizadə NURİ
525-ci qəzet.- 2015.- 3 oktyabr.- S.