Çin - qədim sivilizasiya və müasir möcüzələr ölkəsi

 

 

(Əvvəli ötən şənbə sayımızda)

 

Sənaye inkişafı və kənar zonalardakı dəyişikliklər

 

Müasir sənaye inkişafının birinci dövründə (1861-1872-ci illər) cəhd istiqaməti odlu silah və maşınlar manufakturalarında cəmləşmişdi. Çox sayda kiçik müəssisələr yaranmışdı. Lakin onların istehsal səviyyəsi ümidləri doğrultmurdu. İkinci dövrdə (1872-1894-cü illər) ağırlıq silahlar sənayesindən manufakturaların geniş sahəsinə dəyişildi. Başlıca sərmayə qoyanlar kompradorlar (iqtisadi cəhətdən geridə qalmış ölkələrdə burjuaziyanın bir hissəsi olmaqla, onlar xarici kapitalla milli bazar arasında vasitəçilik edirlər) idi. Onlar Çin kommersiyası ilə müqavilənin izn verdiyi limanlardakı xarici firmalar arasında birləşdirici həlqəni təşkil edirdi və özlərinə böyük sərvət toplamışdılar.

 

1760-cı ildən sonra Şərqi Türküstanda, Kaşkariyadan qərbdə Fərqanədə qüdrətli karvan ticarətinin mərkəzi kimi Kokand xanlığı meydana gəldi. Mükəmməl üsyan Şensidən və Kansudan sürətlə Şərqi Türküstana keçdi. Kokand avantüristi Yaqub bəy Kaşkariyaya müdaxilə etmək imkanı qazandı və 1865-ci ildə orada özünün hakimiyyətini qurdu. O, Hindistanda britaniyalıları dəstəkləmək istəyirdi. Kansudakı müsəlman üsyanını 1879-cu ildə yatırtdıqdan sonra Taypin generalı 1876-cı ildə Urumçini işğal etdi.

 

Nepalla Britaniya Hindistanı arasındakı sərhəd mübahisəsi 1801-ci ildən sonra qəflətən baş verməklə, 1814-1816-cı illərdən ingilis-Nepal müharibəsinin getməsinə səbəb oldu. Nepalda siyasi iğtişaşlar dövründə 1832-ci ildən sonra ingilislər əleyhinə olan dəstə hakimiyyəti ələ keçirdi və Çindən kömək göstərilməsini aradı, lakin bu təklif rədd edildi. 1846-cı ildə Nepalın baş naziri gənc Bahadur Britaniya meylli siyasət yeritməyi qərara aldı. Çindəki Taypin üsyanından fayda götürüb, 1855-ci ildə Tibetə müdaxilə etdi. Tsinin Tibetə nəzarəti 1792-ci ildə öz yüksək nöqtəsinə çatmışdı. Lakin Çin Tibeti xarici müdaxilələrdən qorumağa qadir deyildi.

 

1802-ci ildə Vyetnamda yeni sülalə yarandı və Tsin onu tanıdı. Vyetnamda ikinci və üçüncü kralların hökmranlığı ərzində (1820-ci illər) xristianlığın təqibi gücləndi. Fransızlar Tonkin deltasına gözlərini dikmişdilər, buraya Qırmızı çay axırdı, onunla asanlıqlaYunnana keçmək olardı. 1882-1883-cü illərdə fransızların Tonkini işğal etməsinə və Vyetnama (Annam adı altında) Fransanın protektoratı statusunu elan etməsinə qarşı Tsin Tonkinin şimal sərhədində ordusunu artırdı. Bu vaxt məsələnin dinc həlli üçün paralel cəhdlər edilsə də, onlar uğursuzluqla nəticələndi və hər iki ölkə müharibəyə hazırlıq görməyə başladı. 1884-cü ildə fransız hərb gəmiləri Fuuçouda hücum edib, Çin donanmasını və oradakı tərsanəni darmadağın etdi. Ancaq sonra fransız hərbi-dəniz qüvvələri və ordusu pat vəziyyətinə düşdü və 1885-ci ildə barışıq əldə edildi.

 

1868-ci ildəki Meyci bərpasının (Yaponiyada siyasi dəyişikliklər dövrü, syoqunatın ləğv edilib, imperatorun - mikadonun real hakimiyyətinin bərpa edilməsi dövrü) başlanmasından üç il sonra Çinlə Yaponiya arasında kommersiya müqaviləsi imzalandı. 1872-ci ildə Meyci hökuməti Ryukyu kralına vassil çar titulu verdi və sonrakı ili adanın xarici işlərinə nəzarəti ələ keçirdi. Tayvan tayfa adamları tərəfindən törədilən ryukyuluların gəmi qəzasındakı qırğınına cavab zərbəsi kimi Tokio hökuməti Tayvana cəza ekspedisiyası göndərdi. Bu vaxt yaponlar məsələni müzakirə etmək üçün Pekinə elçi göndərdi və Pekin Yaponiyaya dəyən zərərin ödənilməsi ilə razılaşdı.

 

Koreyada (Çoson) oğlan uşağı olan çar 1864-cü ildə taxt-tacdan devrildi. 1866-cı ildə orada xristianların bütün millət səviyyəsində təqib edilməsi başlandı və orada fransızlar və amerikanlar dəf edildilər. Bu asan iş olmasa da, Tsin məsələyə müdaxilə etmədi.

 

Meyci bərpasından sonra Yaponiya çoxlu cəhdlər etdi ki, Koreya ilə yeni və birbaşa əlaqələrə girsin, lakin bu cəhdlərin hamısı əbəs idi. Yapon elçiləri Qərb dəbində olan paltarda Koreyaya gəldilər, bu isə koreyalılar üçün qəbul edilən deyildi. 1875-ci ildə yapon elçisi Pusanda danışıqlara başladı, lakin söhbət uzanırdı. Yaponiya səbirsiz qaydada hərbi gəmilərini Koreyaya göndərdi. 1876-cı ildə imzalanan müqaviləyə görə Koreyanın müstəqil və Yaponiya ilə bərabər bir mövqedəki dövlət olması etiraf edildi. Bu vaxtdan etibarən Tsin Koreyaya öz təsirini artırmağa çalışırdı,  Koreyanın Birləşmiş Ştatlar üçün açılmasına kömək etdi və Çin meylli koreyalıların modernləşdirmək cəhdlərini dəstəkləyirdi. Lakin Koreyada olan güclü konservatizm və ksenofobiya qiyamın başlanmasına səbəb oldu. 1882-ci ildə qiyam başçısı kraliça Mini və onun əyanlarını sürgün etdi və yapon diplomatik missiyasının binasını yandırdı. Tsin Koreyaya ordu göndərib, qiyam başçısını həbs etdi və kralın Yaponiya ilə müqavilə bağlamasını təkid etdi. Beləliklə, suverenlik üstündə Tsinin iddiası bir daha özünü göstərdi.

 

1895-ci ilin fevralında Yaponiyaya gələn çinli elçi aprelin 17-də Şimonoseki sülh müqaviləsini imzaladı, sənədin başlıca mövzusu Koreyanın müstəqilliyinin etiraf edilməsi idi.

 

Rusiyanın, Almaniya və Fransanın Yaponiyaya birgə müdaxiləsindən bilavasitə sonra, 1896-cı ildə Rusiya Yaponiyaya qarşı Çinlə məxfi müttəfiqlik müqaviləsi imzaladı. Bu sazişə əsasən Rusiya Şimali Mancuriyadan keçən Çin Şərqi Dəmir yolunu tikmək hüququnu əldə etdi. 1897-ci ildə almanlar Çiao-çou körfəzini tutdu ki, əyalətdə iki dəmir yolunu tikmək hüququnu onlara verməyə Çini məcbur etsin. 1898-ci ilin martında Rusiya Port Arturu işğal etdi və əlavə iki limanı icarəyə götürməyi əldə etdi, həm də onları Çin Şərqi Dəmir yolu ilə birləşdirən dəmir yolunun tikintisini də öz üzərinə götürmək hüququna yiyələndi. Çin məcbur edildi ki, Yantszı vadisinin Britaniyanın təsiri altında olmasını tanısın. İmkandan vaxt itirmədən yararlanan Yaponiya Fukien əyalətini öz təsiri altına keçirdi. Fransa isə Kuan-çou körfəzini icarəyə götürdü və üç cənubi-qərbi əyaləti öz təsir zonasına çevirdi. Beləliklə, Çin parçalanmaq həddində idi.

 

Özünü möhkəmləndirmək hərəkatının tərəfdarları hər bir institutsional və ya ideoloji dəyişikliyi faydasız olan kimi qiymətləndirirdilər. Lakin 1885-ci ildən sonra bəzi aşağı dərəcəli məmurlar və komprador intellektuallar institutsional islahatları və parlamentin yaradılmasını vurğulamağa başladılar. Həm də onlar Pekin sarayına və yüksək məmurlara islahatın ümumilikdə vacibliyinin Çin klassiklərinə əsaslandığını sübut etməli idilər.

 

Görkəmli islahat lideri və ideoloqu Kan Yu-vey (1858-1925-ci illər) islahatçılığı klassiklər üzərində qurmuşdu. Tarixdə dəyişikliyin vacib olduğunu göstərmək üçün Konfutsi və Buddizm kanonlarından istifadə edilmişdi, bunlara müvafiq olaraq islahat zəruri idi. Digər mühüm islahatlar isə insan haqlarını və müstəqilliyi vurğulayırdı, onlar sonralar Qərb fəlsəfəsinin təsiri altında insan haqları məsələsinə və millətçiliyə tərəf dönmüşdülər.

 

1895-ci ilin aprelində davam edən müharibədə yaponların qələbəsinin qaçılmaz olduğu meydana çıxdıqda Kan institutsional islahatı müdafiə etməyə başladı. O və digər islahatçılar milli özünü möhkəmləndirməni öyrənmək cəmiyyətləri yaratdılar. 1898-ci ilin aprelində Pekində himayə edən dövlət, millət və milli din şüarı altında Milli Himayə Cəmiyyəti quruldu. Kan imperator Kuan-hsüyə (1875-1908-ci illərdə hökmranlıq etmişdi) əsaslı islahatlar keçirmək məqsədilə qalib gəldi və axırıncı tələsik radikal islahatlara başladı. Bu, 100 gün davam etdi. İslahat hərəkatı heç bir praktiki nəticə əmələ gətirmədi. Nəticədə mühafizəkarlar reaksiya vermək üçün provokasiya edildilər. 21 sentyabrda imperator həbs nəzarəti altına salındı və dul imperatriçə inzibatçılığı ələ keçirdi. O, islahat hərəkatına son qoydu. İslahatçılar isə tam mühafizəkar olan dul imperatriçəni hakimiyyətdən uzaqlaşdırmaq üçün qəsd hazırlamışdılar və onun üstü açıldıqda, mühafizəkarlar bundan istifadə edib, əslində sarayda çevriliş etdilər.

 

1896-1898-ci illərin böhranı Şandunda əcnəbilər əleyhinə olan iğtişaşa səbəb oldu. Mömin və Harmonik Yumruqlar adlanan qrup səhnəyə çıxdı, onlar sirli boks sənətinin heç də kövrək bir iş olmadığına inanırdılar. Qrupa başçılıq işi ümumən Ağ Lotos cəmiyyətinin əlində idi, bu isə Taypin müharibəsi illərində yaradılmışdı. Boksçular (onlar Qərbdə belə adlanırdılar) almanların Şandunda irəliləməsindən qalxan güclü anti-əcnəbi hissi dalğasında öz üzvlərinin sayını artırmışdılar. Bura üzvlər əsasən kəndlilər sırasından gəlirdi. Üstəlik, Boksçuların genişlənməsi Şimali Çindəki təbii fəlakətlə də sıx bağlı idi. 1895-ci ildən sonra Huan Honun demək olar ki, hər il daşması, 1899-1900-cü illərdə Şimali Çinə quraqlığın hücumu nəhəng sayda aclıq çəkən adamlar ordusu yaratmışdı.

 

1899-cu ildə meydana çıxan Boksçuların bir hissəsi “Tsini və əcnəbiləri dayandırmağa dəstək” şüarı altında saraya girmək imkanı qazanmaq üçün hərəkət etdilər. Nəticədə, 1900-cü ilin mayında Tsin hökuməti öz siyasətini dəyişdi və Boksçulara gizlincə dəstək verdi.

 

Boksçular tərəfindən xarici ölkə missiyalarının mühasirəsi 20 iyunda başlanmışdı, bir gün sonra imperatriçə əyalət qubernatorlarının düşmənçilikdə iştirak etməsi bəhanəsi ilə müharibə elan etdi.

 

İki min adamdan ibarət beynəlxalq kömək Tientsindən Pekinə yollandı, lakin yolda müqavimət göstərilən Boksçular geri qayıtmağa məcbur oldular. Əcnəbi hakimiyyətlər bu dəfə 19 min nəfərlik qoşun göndərdilər. Qoşun Pekinə girib, 15 avqustda şəhəri tutdu. İmperatriçə və imperator Siana qaçdılar.

 

Antixristian mübarizənin sıralarından inkişaf edən Boksçu irəliləyişi sadəlövh, ancaq qəddar olmaqla əcnəbilərə məxsus olan hər şeyi məhv edirdi. Adamlar inanmışdı ki, onların bədbəxtliklərinin əsas mənbəyi məhz əcnəbilərdir. İğtişaş vətənpərvərlik və milli çinli hərəkatının bir sıra cəhətlərinə malik idi. Digər bucaqdan baxdıqda isə Boksçular fanatizmə yuvarlanmışdılar və çox sayda kiçik liderlərə nəzarət etməyə qadir olan bir qərargaha malik deyildilər. Xalqı daha səmərəli təşkil etmək barədə də intellektualların elə bir düşüncəsi də yox idi.

 

1899-cu ildə kommersiyada Açıq Qapı siyasətini elan edən Birləşmiş Ştatlar 1900-cü ilin iyulunda öz siyasətinin ikinci bəyanatını verdi. Bu bəyanata görə Çinin ərazi bütövlüyü və inzibati varlığı saxlanılırdı. Birləşmiş Ştatlar qərbi Sakit okean zonasında yeni ərazi əldə etməklə, Çinin ərazi varlığını digər böyük dövlətlərdən qorumaqla, Çində öz kommersiya maraqlarını himayə etmişdi. 1900-cü ilin oktyabrında bağlanan ingilis-alman sazişi Yaponiya və Rusiyanın can atdığı sonrakı ərazi parçalanmalarının qarşısını almaqla yanaşı, onun meydana gəlməsində mühüm rol oynamışdı. Dövlətlərin qarşılıqlı olaraq bir-birini böyük iştaha cəhdlərindən saxlaması Çinin parçalanmasının qarşısını aldı.

 

Narazılığın son həlli 1901-ci ilin sentyabrında imzalandı. 450 milyon tayel-lyan (həmin dövrdəki Çin pul vahidi) məbləğindəki təzminat Çin tərəfindən 39 il ərzində  ödənilməli idi. Həm də razılaşma tələb edirdi ki, dənizlərdəki fortlara daimi mühafizəçilər qoyulsun və onlar Pekinin nəzarətindən çıxarılsın. Bu müstəqil Çinin mövcudluğunu sadəcə bir yalana çevirirdi. Üstəlik, cənub əyalətləri böhran ərzində faktiki olaraq müstəqil idi. Bu hadisələr Çinin nüfuzunun süqutu demək idi.

 

(Ardı var)

Telman Orucov

 

525-ci qəzet.- 2015.- 3 oktyabr.- S.26