Rəşad Məcidin “Bir də gəlməyəcək” kitabı Türkiyədə nəşr edilib

 

 

Bugünlərdə şair Rəşad Məcidin AnkaradakıBengünəşriyyatındaBir gəlməyəcəkşeirlər kitabı işıq üzü görüb.

 

Kitabı nəşrə Seyfəddin Altaylı Eldar Avşin Altaylı hazırlayıb. Seyfəddin Altaylı kitaba yazdığı önsözdə Rəşad Məcidlə dostluq tarixçəsindən bəhs edib.

 

S. Altaylı oğlu ilə birgə bu kitabı Türkiyə türkcəsinə uyğunlaşdırmaqdan məmnun olduğunu vurğulayıb.

 

Nəşriyyatın qeydində Rəşad Məcidin digər əsərlərinin nəşr edilib yayımlanacağı bildirilir.

 

Kitabda Rəşad MəcidinBayrağım”, “Xilaskarım”,  Yaxşı”, “Atmaram səni”, “Məni tanımadınızmı”, “Bir gəlməyəcək  başqa sevilən şeirləri yer alıb.

 

Qeyd edək ki, şairin bir çox şeirləri kimi, adıçəkilən sonuncu şeirinə də mahnı bəstələnib.

 

525-ci qəzet.- 2015.- 3 oktyabr.- S.23.