Əkrəm Qaflanoğlunun “Talelər kəsişəndə” kitabı işıq üzü görüb

 

Yazıçı-publisist Əkrəm QaflanoğlununTalelər kəsişəndəkitabı nəşr olunub.

 

Eyniadlı povestin yer aldığı kitabda 80-90-cı illərinin əvvəllərində baş vermiş hadisələr əsasında qələmə alınıb.

 

Müəllif hadisələri özünəməxsus tərzdə, üslubda canlandırıb, birganəlik, məkr hiyləgərliyi tənqid edib.

 

Əsərdə xeyirxahlıq, yüksək mənəviyyat, dürüstlük insani keyfiyyətlər tərənnüm təbliğ olunur.

 

Kitaba professor Nizaməddin ŞəmsizadəBir sevginin taleyiadlı önsöz yazıb. N. Şəmsizadə Ə. Qaflanoğlunu çağdaş Azərbaycan ədəbi- ictimai özünəməxsus mövqeyi olan ziyalılarımızdan biri kimi səciyyələndirib: “Əkrəm Qubanın təbiəti kimi gözəl kamallı, həm istedadlı adamdır. On beş il öncə onunhəm gülək, həm düşünəkkitabına ön söz yazanda bildim ki, Əkrəm həm yaxşı yazıçıdır. O, Azərbaycan gülüş mədəniyyətini dərindən mənimsəyib, tizfəhm təxəyyülün yığcam bədii ifadəsi olan miniatür gülməcələr yazır. Həm gülək, həm düşünək”dən sonra Əkrəm Qaflanoğlunun “55+”, “Dünyanı belə gördümkimi diqqətəlayiq nəsr publisistika kitabları çap olunub. Bu kitablar öz səviyyəsi səmimiyyəti ilə Əkrəm Qaflanoğlu imzasını bir yazıçı kimi təsdiq edib. Mən onunEzamiyyətdə”, “Zurnaçı Əliş”, “Bildiriş boğçası”, “Əhvalat”, “Gecə səfərikimi satirik-yumoristik novella hekayələrini oxumuşdum.Onun belə hekayələri oxucuya gözəl estetik-yumoristik təsir bağışlayır. Bununla belə mən Əkrəmi daha çox publisist kimi tanıyırdım.

 

... bir gün o mənəTalelər kəsişəndəadlı böyük bir povest göndərdi. Gözlərimin görmə imkanlarının zəif olmasına baxmayaraq, povestin əlyazmasını həvəslə oxudum.Daha doğrusu, əsər məni çəkib apardı, özünü mənə oxutdurdu. Talelər kəsişəndədərin realizmlə-real həyat əsasında yazılmış nəsr əsəridir.

 

Əkrəm QaflanoğlununTalelər kəsişəndəpovestində məhəbbət, sədaqət cəsarət haqsızlığa, rəzalət qəbahətə qalib gəlir. Bu mənəvi-əxlaqi qələbənin çətinliklərdən keçməsi isə əsərin maraqlı cazibədar olmasını təmin edir”.

 

525-ci qəzet.- 2015.- 3 oktyabr.- S.23.