YUĞ Teatrı mövsümü yeni tamaşa ilə açdı

 

PƏRVİNİN EYNİADLI PYESİ ƏSASINDA REJİSSOR, XALQ ARTİSTİ RAMİZ HƏSƏNOĞLUNUN QURULUŞ VERDİYİ “SONUNCU” TAMAŞASI MARAQLA QARŞILANIB

 

 

Bu günlərdə YUĞ Dövlət Teatrında gənc yazıçı PərvininSonuncuadlı pyesi əsasında rejissor, xalq artisti Ramiz Həsənoğlunun quruluş verdiyi tamaşa təqdim olunub.

 

Tamaşanın geyim üzrə rəssamı Nana-Burxan, musiqi tərtibatçısı Əlibala Qasımovdur. Qrafika işləri Əhməd Məcidov Nazim Sadıqova məxsusdur. Səhnə əsərində Əməkdar artist Fərhad İsrafilov,  aktyorlar Hikmət Rəhimov Könül Cəfərzadə çıxış ediblər. Tamaşadan öncə qonaqları salamlayan YUĞ Teatrının direktoru Tərlan Rəsulov mövsümün açılışı münasibətilə hər kəsi təbrik edib əsər haqda qısaca olaraq bunları deyib: “Dahi A.P.Çexovun yaradıcılığından bəhrələnərək yazılmış pyesdə hadisələr müasir dövrə uyğunlaşdırılıb. Müəlliflər sənətkar taleyi məsələsinə müasir baxış bucağından yanaşmağa çalışıblar.

 

Tamaşada qocaman aktyor Əlisöhbət Qələndərlinin timsalında sənət adamlarının taleyi, yaşantıları düşüncələri ifadə olunub. Burada ömrünü sənətə həsr etmiş yaşının ixtiyar çağında bəzi səhvlərini dərk etmiş insanın faciəsi qabardılır”. Direktor onu da xüsusi vurğulayıb ki, bu il YUĞ Teatrının aktyoru, Əməkdar artist Fərhad İsrafilovun 60 yaşı tamam olub. Bu münasibətlə, “Sonuncutamaşası həm Fərhad İsrafilovun benefisi kimi hazırlanıb.

 

Tamaşaçıların sənət adamlarının marağına səbəb olan səhnə əsəri haqda fərqli  fikirlər söylənib. Tamaşadan sonra YUĞ Teatrında müxtəlif sənət, teatr xadimlərinin iştirakıyla müzakirələr keçirilib. Müzakirəni giriş sözüylə açan teatrın baş rejissoru Gümrah Ömər möhtərəm sənət, ədəbiyyat, teatr adamlarını YUĞ-da görməkdən qürur duyduğunu bildirib: “Böyük Vaqif İbrahimoğlunun yaratdığı bizə miras qoyduğu teatrda bu cür ünlü sənətkarları görmək, onların tamaşa haqda fikirlərini, sənət polemikalarını eşitmək bizlər üçün xüsusi əlamətdar hadisədi. Mən müəllifləri təbrik edirəm. Hesab edirəm ki, bu tamaşa teatrımızın növbəti uğurlu işlərindən biridir. Bu qədər sadə, isti, həm dərin, düşündürücü...”

 

Fəcr festivalıyla əməkdaşlıq edən İrandan gəlmiş qonaq Seper Şərifzadə Azərbaycan teatrı haqqında fikirlərini bölüşüb belə bir tamaşanı canlı izlədiyinə görə məmnunluğunu ifadə edib: “Tamaşanı izlədikcə Çexovdan üzü bəri bir çox sənətkarları xatırladım. Rejissor işi, aktyor oyunu məni çox sevindirdi. Dil problemim olduğundan bəlkə mətni incəliklərinə qədər hiss edə bilmirdim. Amma hər halda baş qəhrəmanın faciəsini anladım, dərk etdim”.

 

Azərbaycanjurnalının baş redaktoru İntiqam Qasımzadə əsərləri adamlara bənzədib: “Mən qonağımızın çıxışının bir növ davamı kimi deyə bilərəm ki, tamaşa mənə təsir etdi. Müəlliflər Çexovdan təsirləndiklərini söyləsələr , dünya Azərbaycan ədəbiyyatında bu mövzuda çoxlu əsərlər var məqsəd əslində yeni söz demək, yeni mövzu ortaya qoymaq deyil, köhnə problemə yenidən baxmaq, orijinal yanaşmaqdı. Bu tamaşaya baxanda böyük Yusif SəmədoğlununBayatı Şirazhekayəsindəki sənətkar obrazını da, AnarınDantenin yubileyi”ndəki Kəbirlinskini xatırladım. Amma əslində axı əsərlər adamlar kimidi. Onlar bəzən zahirən başqasına bənzəsələr , daxilən başqadılar, fərqlidirlər.

 

Dostum Ramizi, istedadlı gənc Pərvini təbrik edirəm. bu cür tamaşaların davamlı olmasını arzulayıram”.

Şair Ramiz Rövşən tamaşanın qəhrəmanı Əlisöhbət Qələndərlinin nə qədər bəxtsiz adam olmasını, amma bununla bərabər içində bir işıq görünməsini vurğulayıb: “Mən də deyilənlərlə razıyam. Doğrudan da uğurlu bir tamaşadı. Bu qəhrəman çox böyük istedad sahibi olan aktyor deyil. Yəni Qələndərli ortabab istedadı olan adamdı və elə buna görə də Fərhadın işi çətinləşib. Çünki istedadsız aktyoru oynamaq aktyordan çox böyük İSTEDAD tələb edir. Fərhadın oyunu məni çox təsirləndirdi və çox canlı reaksiyalar verdim tamaşaya.

 

Məncə, Qələndərli Kəbirlinskidən də kədərli, uğursuz taleyi olan uduzmuş adamdı. Əslində sənətini yox, sənətdəki yerini yox, məhz o zamanında cəsarət edib sahib çıxa bilmədiyi qızı uduzub. Bunlar hamısı çox maraqlıdı. Amma bir qeydimi də müəlliflərə demək istəyirəm. Bilirsiz, mən bütün ömrüm boyu, hətta Sovet dövründə hər şeyin “gözəl” göstərildiyi zamanda bir fikrə xidmət eləmişəm: bəzəməmək, düzünü, həqiqəti demək. Amma 70 yaşın astanasında, televiziyadan, mətbuatdan hər gün qara, qapqara xəbərlərin gəldiyi bir vaxtda həyatı işıqlı, nikbin göstərməyin tərəfdarıyam, pozitivə ehtiyac duyuram nədənsə. Ona görə zarafatla deyirəm ki, Sovet hökuməti dağılandan sonra mən yavaş-yavaş Sovet yazıçısı olmuşam deyəsən... Bütün tamaşa boyu çox insani hisslər keçirdim, amma sonda içimdə bir işıq qalmasını istəyirdim. Ona görə bəlkə məni yeganə incidən məqam sonluq oldu. Amma bu, mənim fikrimdi, elə bu şəkildə feyrverk idi tamaşa. Əzizim Ramizi təbrik edirəm, burda gələcək televiziya tamaşasını da gördümarzu edirəm ki, bu əsəri televiziya tamaşası kimi də çəksin.

 

Pərvinə isə demək istəyirəm ki, bax bu, pyesdi. Pərvin daha əvvəllər bir poetik ssenari yazmışdı, mən oxudum gördüm maraqlıdı, amma onu səhnəyə qoymaq, quruluş vermək olmaz. Bu dəfə tamam başqa, bütün dialoqların yerində olduğu pyes yazıb. Buna da çox sevindim, bir daha təbrik edirəm”.

 

Xalq yazıçısı Anar çıxış edərək YUĞ teatrı və tamaşa haqda fikirlərini bölüşüb: “Uzun fasilədən sonra yenidən bu teatra gəlmək, tamaşa izləmək xoş oldu. Mərhum Vaqif  İbrahimoğluyla dost idikbura gələndə onu bir daha xatırladım. Dostum Ramiz Həsənoğlunun da istedadını yüksək qiymətləndirirəm, birgə işlədiyimiz TV və bədii filmlərdən, tamaşalardan qürur duyuram. Onun başqa müəlliflərə uğurlu müraciətləri - “Topal Teymur”, “Ac həriflər”, “Kamança”, Vaqif Səmədoğlunun TV və teatr əsərləri  - sənətimizin qızıl fonduna daxildir. Bu dəfə isə gənc müəllifin, istedadına inandığım Pərvinin pyesinə quruluş verib. Mən də tamaşanı maraqla izlədim. Lakin əsas iradım tamaşaçıların bəzilərinin  uyğun olmayan reaksiyalarınadı. Bəzən yersiz, uyğunsuz gülüşlər məncə pyesin  tamaşanın əsas qayəsini təhrif edirdi. Mənim həm pyesdən, həm tamaşadan çıxardığım nəticə  bəzi tamaşaçıların çıxardığı nəticədən çox fərqlidir. Müəyyən məqamlarda səbəbini anlamadığım bu gülüşlər mənə mane olurdu. Amma bununla belə müəllifləri təbrik edirəm və Fərhad İsrafilovun oyununu xüsusi vurğulamaq istəyirəm. Hesab edirəm ki,  Fərhad İsrafilovun həm klassik aktyorlara parodiya oynaması, həm də bugünki uğursuz  aktyoru canlandırması onun qeyri-adi istedadını göstərir”.

 

Yazıçı-publisist, tərcüməçi Yaşar Pərvinin tamamilə yeni, orijinal bir pyes yazdığını söyləyib: “ÇexovunQu quşu nəğməsi” pyesini mən tərcümə eləmişəm və tam əminliklə deyə bilərəm ki, Pərvinin müəllifi olduğu bu pyes tamam yeni, orijinal bir əsərdir. Mən heç düşünməzdim ki, bu mövzuda Çexovun təsirindən bu cür çıxıb yeni əsər yazmaq olar. Burda hər şey bir-birini tamamlayır, müəllifin yaratdığı canlı, milli xarakterlər, rejissorun həlli, aktyor oyunu. Çox böyük zövq aldım, buna görə yaradıcı heyətə minnətdarlığımı bildirirəm”.

 

Xalq artisti Fuad Poladov isə həmkarlarını yeni ampluada, yeni yöndən görməsini söylədi: “Mən də əziz həmkarlarımı bu gözəl münasibətiylə təbrik edirəm. Fərhadı, Hikməti, onların istedadını tamam yeni tərəfdən kəşf etdim. Gənc istedadlı xanımın da oyunu təsirli idi. Pərvini jurnalist kimi tanıyırdım, amma pyeslər yazmasından xəbərim yox idi. Bu gün bu xəbərə də sevindim. Belə işləri görmək, mükəmməl aktyor oyunu seyr eləmək mənə böyük zövq verir. Ramiz Həsənoğluna gözəl rejissor işinə görə təşəkkürümü bildirirəm”.

 

Daha sonra professor Qulu Məhərrəmli, alim Rafiq Əliyev, mətbuat nümayəndələri və teatrşünaslar da müzakirələrə qoşularaq tamaşanı uğurlu bir kimi dəyərləndiriblər. Sonda Qulu Məhərrəmli müzakirə iştirakçılarına təşəkkürlərini bildirib: “Birpərdəli tamaşanın bu qədər geniş sənət müzakirələrinə səbəb olması, yol açması özü artıq çox şeyi deyir. Bu cür müzakirələrin keçirilməsi sənət adamlarının xeyrinədir. Bu söhbətimizdən də elə tamaşadan aldığım qədər zövq aldım...”

 

Qeyd edək ki, “Sonuncunun növbəti tamaşası oktyabrın 8-də YUĞ Teatrında baş tutacaq.

 

Vəfa MƏMMƏDLİ

525-ci qəzet.- 2015.- 3 oktyabr.- S.20.