Səyavuş Məmmədzadənin 80 yaşı

 

DƏYƏRLİ ŞAİR VƏ TƏRCÜMƏÇİNİN YUBİLEYİ YAZIÇILAR BİRLİYİNDƏ QEYD EDİLDİ

 

 

Ötən gün Yazıçılar Birliyində (AYB) tərcüməçi, şair Səyavuş Məmmədzadənin 80 illik yubileyi qeyd olunub.

 

Tədbiri AYB-nin sədri, Xalq yazıçısı Anar açaraq yubilyarı təbrik edib. Anar S.Məmmədzadənin həyat yaradıcılığı ilə bağlı fikirlərini bölüşüb, yubilyarı ədəbiyyat fədaisi kimi xarakterizə edib.

 

Millət vəkili Elmira Axundova Səyavuş Məmmədzadənin şəxsiyyətinə, yaradıcılığına dərin ehtiramını ifadə edib şairinÜrək çatışmazlığışeirini oxuyub.

 

Xalq şairi Fikrət Qoca Səyavuş Məmmədzadənin əsl ziyalı  olduğunu diqqətə çatdırıb, ədəbiyyat naminə fədakarlıqla çalışdığını vurğulayıb.

 

Şair Çingiz Əlioğlu yubiley tədbirini Azərbaycan ədəbiyyatının, mədəniyyətinin önəmli hadisəsi kimi səciyyələndirib: “Bütün şüurlu ömrünü Azərbaycan mədəniyyətinin, ədəbiyyatının inkişafına, təbliğinə həsr eləmiş, milli şeirimizin yaradıcılarının bədii nümunələrini ən yüksək səviyyədə rus oxucularına təqdim etmiş  Səyavuş Məmmədzadə həqiqətən, digər çıxışçıların da vurğuladığı kimi, ən dəyərli ziyalılarımızdan biridir. Bəxtimə lap gənc vaxtlarımdan Səyavuş Məmmədzadə ilə dostluq kimi şərəfli tale düşüb. Buna görə özümü xoşbəxt hiss edirəm. Onun tərəfindən həmişə özümə qarşı sevgi görmüşəm. Səyavuş Məmmədzadə çoxsaylı şeirlərimi rus dilinə tərcümə edib, həmin şeirlər o dövrün məşhur dərgi qəzetlərində nəşr olunub. Xaricə səfərlərim zamanı onun insani keyfiyyətləri, yaradıcılığı haqqında eşitdiyim xoş sözlərə görə qürur hissi keçirirəm”.  

 

 

AYB-nin katibi Rəşad Məcid S. Məmmədzadəni təbrik edib, yubilyara xoş arzularını çatdırıb: “Səyavuş Məmmədzadə öz işinə son dərəcə məsuliyyətlə yanaşan insandır. Səyavuş müəllimlə bağlı 30 il əvvələ aid bir xatirəm yaddaşımdadır. Deyəsən, 1985, ya da 86-cı il idi, Şuşada Vaqif poeziya günləri keçirilirdi. Mən 21-22 yaşında gənc idim. Həmin vaxtlar Qorbaçovun da alkoqolizm əleyhinə qərarı yenicə çıxmışdı. İlk dəfəydi ki, İsa bulağındakı qonaqlıqda “vodka” verilmirdi. Vaqifin məqbərəsi önündə mənim tanıdığım şairlər çıxış edirdilər. Səyavuş Məmmədzadənin həmin vaxt oxuduğu şeir 30 ildir ki, yadımdadır. O vaxtlar onu Şuşada eşidəndə o şeirin bir ayrı təsiri vardı. İndi Şuşa işğal olunandan sonra şeirin mənasında da sanki bir xeyli dəyişiklik var. Elə bil şeirə bir hüzn, kədər çöküb:

 

Şuşanı qar gördüm, qar gördüm,

Elimi var gördüm, var gördüm,

Səslədim ötən günləri,

Daşları kar gördüm, kar gördüm.

 

Yazıma gəl dedim, gəl dedim,

Üzümə gül dedim, gül dedim,

Haçandan sönən ocağın,

Külünə gül dedim, gül dedim.

Dağları dağ gördüm, dağ gördüm,

Həmişə şax gördüm, şax gördüm,

Bir bulaq aynasında

Saçımı gördüm, gördüm.

 

Şuşadan yol getdim, yol getdim,

Dedilər qal getdim, qal getdim,

Ürəyim dilə gəldi,

Dinmədim, lal getdim, lal getdim.

 

Səyavuş müəllimin daha bir maraqlı şeirindən

 

Adın öz vətənində,

Sanın öz vətənində,

Tanın öz vətənində.

 

misraları da yaddaşımda qalıb. Məncə, bu da yubilyarın öz həyatı, bioqrafiyası ilə bağlı məsələdir. Səyavuş müəllim, Sizə cansağlığı, 85, 90 yaşlarınızı da birgə qeyd etməyimizi arzulayırıq”.

 

Azərbaycanjurnalının baş redaktoru İntiqam Qasımzadə yubilyarın məhsuldar yaradıcılıq fəaliyyətindən söz açıb: “Səyavuş Məmmədzadə qədər yazarın yaradıcılığına rus dilində həyat, vəsiqə verib. Rus dili böyük bir xalqın dili olduğu üçün Rusiyadan kənarda da həmin əsərlər Səyavuş Məmmədzadənin tərcüməçilik fəaliyyəti sayəsində tanınıb”.

 

Tədbirdə Xalq artisti, bəstəkar Tofiq Bakıxanov, professor Vaqif Yusifli, “Literaturnıy Azerbaydjanjurnalının baş redaktoru Solmaz İbrahimova, Əməkdar jurnalist Lüdmila Xoxlova, yazıçı Elçin Hüseynbəyli, şair Hüseyn Hatəmi, Tofiq Ağayev  başqaları yubilyarın həyat fəaliyyəti, insani keyfiyyətləri ilə bağlı fikirlərini bölüşüblər.

 

Sonda Səyavuş Məmmədzadə tədbirin təşkilinə görə AYB-nin rəhbərliyinə, mərasimdə iştirak edən qonaqlara minnətdarlığını bildirib.

 

S.MÜRVƏTQIZI

525-ci qəzet.- 2015.- 3 oktyabr.- S.16