Yazıçılar Birliyində Əlibala Hacızadənin 80 illiyi qeyd olundu

 

Dünən Azərbaycan Yazıçılar Birliyinin (AYB) “Natəvanklubunda mərhum ədibimiz Əlibala Hacızadənin 80 illik yubileyi münasibətilə tədbir keçirilib.

 

Yazıçının həyat fəaliyyəti barədə geniş danışılan tədbirdə bildirilib ki, 1935-ci il avqustun 28-də Biləsuvar rayonunun Ağalıkənd kəndində dünyaya göz açmış Ə.Hacızadə ədəbiyyata 1956-cı ildə gəlib.

 

Həmin vaxt Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin tələbəsi olan Ə.Hacızadənin təxminən 20 yaşı olub. O il gənc yazıçı böyük məhəbbət bəslədiyi Səməd Vurğunun ölümünü ağır kədər hissi ilə qarşılayıb. Şairin ölümündən doğan kədəriniYadıma düşdü...” adlı hekayəsində ifadə edib həmin hekayə universitet qəzetində dərc olunub.

 

Bundan sonra yazıçınınMənim müəlliməmadlı ilk povesti işıq üzü görüb. Əlibala Hacızadənin qəhrəmanları müəllifin özü kimi sadə, təmkinli, həyatı sevməyi, həyəcanlı hisslər keçirməyi bacaran insanlardır. Əfqanıstana ezam edildiyi illərdə Əlibala HacızadəninQürbətdəadlı hekayələr toplusu, “Təyyarə kölgəsiromanı, daha sonra isə bu ölkədəki hadisələrdən bəhs edənİtkin gəlin”, “Əfsanəsiz illər”, “Ayrılığın sonu yoxmuştrilogiyası işıq üzü görüb, yazıçıya geniş şöhrət gətirib. Görkəmli ədibinİtkin gəlinromanı üzrə 12 seriyalı bədii televiziya filmi çəkilib.

 

AYB sədri, Xalq yazıçısı Anar öz nəsildaşı kimi səciyyələndirdiyi Əlibala Hacızadənin o dövrdəki şöhrətindən, silsilə əsərləri ilə qazandığı hədsiz populyarlığından söz açıb, hər zaman ehtiramla anılmağa layiq ədib olduğunu bildirib.

 

Tədbirin aparıcısı -  AYB katibi Rəşad Məcid Əlibala Hacızadənin həyat fəaliyyətindən danışaraq, onu 70-80-ci illər Azərbaycan ədəbiyyatının oxucu auditoriyası baxımından əfsanəvi yazıçısı olduğunu vurğulayıb: “70-80-ci illərdə Əlibala Hacızadə çox məşhur idi. Əsərləri, məsələn, məşhurƏfsanəsiz illər”i yüz min tirajla çap olunurdu. Bu, Azərbaycanda, indiki ifadəylə desək, bestseller idi”. R.Məcid unudulmaz yazıçının yaradıcılığının ədəbiyyatımızda özünəməxsus yer tutduğunu müəllifinə unudulmazlıq qazandırdığını qeyd edib.

 

Xalq şairi Söhrab Tahir Ə.Hacızadənin yaradıcılığında Əfqanıstan mövzusunun xüsusi önəm kəsb etdiyini vurğulayıb: “Əlibala müəllimin Əfqanıstandakı fəaliyyəti onun yaradıcılığında böyük yer tutur.

 

Onun yaradıcılığında ən vacib nüanslardan biri Azərbaycanın Şərqin mədəniyyətini, ənənələrini, islami dəyərləri parlaq əks etdirməsidir”. Yubiley mərasimində Xalq şairi, AYB katibi Fikrət Qoca, Xalq şairi Sabir Rüstəmxanlı, tənqidçi Vaqif Yusifli, “Azərbaycanjurnalının baş redaktoru İntiqam Qasımzadə, publisist Əlövsət Bəşirli, ədəbiyyatşünas Qurban Bayramov, tədqiqatçı Mahmud Mahmudov, şairə Gülarə Munis, pedaqoqlar Təranə Rzayeva, Aygün Quliyeva, “Milli dəyərlərin qorunmasıtəşkilatının sədri Dilarə Nağıyeva, pedaqogika üzrə fəlsəfə doktoru Qənirə Əmircanova da çıxış ediblər. Xalq artisti Məleykə Əsədova görkəmli yazıçı haqqında xatirələrini bölüşüb Əlibala Hacızadənin şeirlərini söyləyib.

 

Çıxışlarda Ə.Hacızadənin Azərbaycan Milli Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun böyük elmi işçisi, filologiya elmləri namizədi kimi, bir çox elmi tədqiqat əsərlərinin müəllifi olduğu vurğulanıb.

 

Qeyd edilib ki, onu ciddi alim kimi tanıdanFərruxi Yəzdinin poeziyası”, “İran romanının tarixi başqa mövzularda elmi əsərləri, fars dilindən bir sıra elmi bədii tərcümələri   mühitdə maraqla qarşılanıb.

 

Sonda yazıçının qızı Asya Hacızadə söz alaraq, atasının xatirəsinə göstərilən ehtirama görə tədbirin təşkilatçılarına iştirakçılarına minnətdarlığını bildirib.

 

Müşfiq ŞÜKÜRLÜ

525-ci qəzet.- 2015.- 3 oktyabr.- S.15.