İnsan hüquqları ilə
bağlı beynəlxalq normalar
Bu gün dünyada insan hüquqları ən çox
dartışılan, mübahisələrə səbəb
olan mövzudur. Ancaq gedişat göstərir ki,
dünyanın inkişaf etmiş sayılan ölkələrində
bu sahədə daha ciddi problemlər mövcuddur. Bu, onu göstərir ki, insanlararası münasibətlərin
qorunması, doğmalığın yaradılması bəşəri
bir qayğıdır.
Əvvəlcə
“İnsan hüquqlarının qorunması haqqında ümumi
bəyannamə”yə (1948-ci il 10
dekabrında BMT Baş Məclisi tərəfindən bəyan
edilib) nəzər salaq.
Preambulada
vurğulanır ki, bəşər ailəsinin bütün
üzvlərinə xas olan ləyaqət hissinin və
onların bərabər və ayrılmaz
hüquqlarının tanınmasının azadlıq, ədalət
və ümumi sülhün əsası olduğunu nəzərə
alaraq, insan hüquqlarına etinasızlıq və nifrətin
bəşəriyyəti dəhşətə gətirən
barbarizm hərəkətlərinə səbəb olduğunu
və insanların söz və etiqad azadlığına
malik, qorxu və ehtiyacdan azad olduqları dünyanın
yaradılmasının bəşəriyyətin ən ali istəyi
olduğunu nəzərə alaraq, xalqlar arasında mehriban
münasibətlərin inkişafını dəstəkləməyin
vacibliyini nəzərə alaraq,
Birləşmiş
Millətlərin xalqlarının BMT Nizamnaməsində əsas
insan hüquqlarına, insan şəxsiyyətinin ləyaqət
və dəyərinə, kişi və
qadınların hüquq bərabərliyinə
inamlarını təsdiq etdiklərini və daha geniş
azadlıq şəraitində sosial tərəqqi və həyat
şəraitinin yaxşılaşdırılmasına
yardım etməyi qət etdiklərini nəzərə alaraq,
üzv
dövlətlərin BMT ilə əməkdaşlıq şəraitində
insan hüquqlarına və əsas azadlıqlara ümumi
hörmət və onlara əməl olunmasına yardım etməyi
öhdələrinə götürdüklərini nəzərə
alaraq, bu hüquq və azadlıqların xarakterinin tam şəkildə
dərk olunmasının həmin öhdəliyin hərtərəfli
yerinə yetirilməsi üçün böyük əhəmiyyət
kəsb etdiyini nəzərə alaraq, BMT Baş Assambleyası
İnsan hüquqları Haqqında Ümumi Bəyannaməni,
hər bir kəsin və cəmiyyətin hər bir
orqanının bu Bəyannaməni rəhbər tutaraq
maarifçilik və tədris yolu ilə həmin hüquq və
azadlıqlara hörmət olunmasına yardım etməsi,
milli və beynəlxalq səviyyədə tərəqqipərvər
tədbirlər yolu ilə, həm təşkilatın
üzvü olan xalqları, həm də onların
yurisdiksiyası altında olan ərazilərin xalqları
arasında ümumilikdə və effektiv tanınması və
həyata keçirilməsinə səy göstərmələri
məqsədilə bütün xalqlar və bütün
dövlətlərin yerinə yetirməyə can atmalı
olduqları vəzifə kimi bəyan edir.
Maddə
1-də deyilir: “Bütün insanlar ləyaqət və
hüquqlarına görə azad və bərabər
doğulurlar. Onların şüurları və
vicdanları var və bir-birlərinə münasibətdə
qardaşlıq ruhunda davranmalıdırlar”.
Maddə
2: “Hər bir şəxs irqindən, dərisinin rəngindən,
cinsindən, dilindən, dinindən, siyasi və digər əqidəsindən,
milli və ya sosial mənşəyindən, əmlak, sosial
mövqe və digər vəziyyətindən asılı
olmayaraq bu Bəyannamədə elan olunmuş bütün
hüquq və azadlıqlara malik olmalıdır. Bundan əlavə, həmin şəxsin mənsub
olduğu ölkənin və ya ərazinin, həmin ərazinin
müstəqil, qəyyumluq altında olan, özü idarə
olunmayan və ya suverenliyi hər hansı şəkildə məhdudlaşmış
olmasından asılı olmayaraq, siyası, hüquqi və
beynəlxalq statusundan asılı olaraq heç bir
ayrı-seçkilik qoyulmamalıdır”.
Maddə 3-ə görə, hər bir şəxsin
yaşamaq, azadlıq və şəxsi toxunulmazlıq
hüququ var.
Maddə
4: “Heç kim kölə və ya
asılı vəziyyətdə saxlanıla bilməz;
quldarlıq və qul ticarəti bütün formalarda
qadağan edilir”.
Maddə
5-də deyilir: “Heç kim işgəncəyə
və ya qəddar, qeyri-insani və ya onun ləyaqətini
alçaldan münasibətə və cəzaya məruz
qalmamalıdır”. Maddə 6-ya görə, hər
bir şəxs harada olmasından asılı olmayaraq
özünün hüquq subyektliyinin tanınması
hüququna malikdir. Bütün insanlar qanun
qarşısında bərabərdirlər və qanun tərəfindən
bərabər müdafiə hüququna malikdirlər. Bütün insanlar bu Bəyannaməni pozan hər
hansı ayrı-seçkilikdən və belə
ayrı-seçkiliyə hər hansı cəhddən bərabər
müdafiə olunma hüququna malikdirlər (Maddə 7).
Maddə
8: “Hər bir şəxs Konstitusiyanın və ya qanunun ona
verdiyi hüquqların pozulması zamanı səlahiyyətli
milli məhkəmələr tərəfindən
hüquqlarının bərpa olunması hüququna malikdir “.
Maddə 9: “Heç kim özbaşına
həbsə, tutulmaya və ya sürgünə məruz qala
bilməz”. Maddə 10-da vurğulanır ki, hər
bir şəxs onun hüquq və vəzifələrinin təyini
və ona qarşı irəli sürülmüş cinayət
ittihamının əsaslılığının müəyyənləşdirilməsi
üçün onun işinin müstəqil və bitərəf
məhkəmədə, tam bərabərlik əsasında,
aşkarlıq və ədalətin bütün tələblərinin
gözlənilməsi şəraitində baxılması
hüququna malikdir.
Maddə 11. 1. Cinayət törətməkdə ittiham olunan hər
bir şəxs günahı ona müdafiə üçün
bütün imkanların təmin olunduğu açıq məhkəmə
istintaqında qanuni şəkildə sübut olunanadək
günahsız hesab edilmək hüquna malikdir; 2. Heç bir kəs milli qanunvericilik və ya beynəlxalq
hüquqa əsasən törədildiyi zaman cinayət hesab
edilməyən hərəkət və ya hərəkətsizlik
üçün cinayətdə ittiham oluna bilməz. Eyni zamanda cinayətin törədildiyi zaman tətbiq
oluna biləcək cəzadan daha ağırı tətbiq
oluna bilməz.
Maddə
12-yə görə, heç kim şəxsi
və ailə həyatına müdaxiləyə, evinin
toxunulmazlığına, məktublaşmasının
gizliliyinə, şərəf və nüfuzuna
özbaşına qəsdə məruz qala bilməz. Hər bir şəxsin belə müdaxilə və
qəsddən qanun tərəfindən müdafiə olunmaq
hüququ var. Maddə 13-də isə bildirilir ki, hər bir
şəxs hər bir ölkə hüdudunda sərbəst hərəkət
etmək və yaşayış yeri seçmək hüququna
malikdir.
Maddə
14: “1. Hər bir şəxs digər ölkələrdə
təqibdən sığınacaq axtarmaq və bu
sığınacaqdan istifadə etmək hüququna malikdir.
2. Bu hüquq həqiqətən də
qeyri-siyasi cinayət və ya Birləşmiş Millətlər
Təşkilatının məqsəd və prinsiplərinə
zidd hərəkət törədilməsinə əsaslanan təqiblər
zamanı istifadə oluna bilməz”.
Maddə 15-ə görə, hər bir şəxs vətəndaşlıq
hüququna malikdir. Heç kim özbaşına olaraq
vətəndaşlıqdan və vətəndaşlığını
dəyişmək hüququndan məhrum edilə bilməz.
Yetkinlik yaşına çatmış kişilər və
qadınlar irqi, milli və dini əlamətlərinə
görə heç bir məhdudiyyət qoyulmadan nikaha daxil
olmaq və ailə qurmaq hüququna malikdirlər. Onlar nikaha
daxil olarkən, nikah müddətində və onun pozulması
zamanı eyni hüquqlardan istifadə edirlər. Nikah, nikaha daxil olan hər iki tərəfin azad və
tam razılığı olarsa bağlana bilər.
Ailə cəmiyyətin təbii və başlıca qrup
vahididir və cəmiyyət və dövlət tərəfindən
müdafiə olunma hüququna malikdir (Maddə 16). Mülkiyyət hüququna gəlincə,
hər bir şəxsin həm təkbaşına, həm də
digərləri ilə birlikdə mülkiyyətə sahib olma
hüququ var. Heç kim özbaşına
olaraq mülkiyyətdən məhrum edilə bilməz (Maddə
17).
Maddə
18: “Hər bir şəxs düşüncə, vicdan və
din azadlığı hüququna malikdir; bu hüquqa öz
dinini və etiqadını dəyişmək
azadlığı və öz dininə və inanclarına təhsil,
dua və dini və ritual ayinlər zamanı təklikdə və
ya başqaları ilə birlikdə, aşkar və ya fərdi
şəkildə etiqad etmək azadlığı daxildir”.
Maddə
19: “Hər bir şəxs əqidə və onu sərbəst
ifadə etmək azadlığı hüququna malikdir; bu
hüquqa maneəsiz olaraq əqidəyə malik olmaq və
informasiya və ideyaları dövlət sərhədlərindən
asılı olmayaraq istənilən vasitələrlə
axtarmaq, əldə etmək və yaymaq azadlığı
daxildir”.
Maddə
20: “Hər bir şəxs dinc yığıncaqlar və
assosiasiyalar azadlığı hüququna malikdir. Heç bir şəxs hər hansı bir assosiasiyaya
qoşulmağa məcbur edilə bilməz”.
Maddə 21. Hər bir şəxs dövlətin idarə
olunmasında bilavasitə və ya azad şəkildə
seçilmiş nümayəndələr vasitəsilə
iştirak etmək hüququna malikdir. Hər
bir şəxs öz ölkəsində dövlət xidmətində
qulluq etmək üçün bərabər imkana malik olmaq
hüququna malikdir.
Maddə 22-yə görə, hər bir şəxs cəmiyyətin
üzvü kimi sosial müdafiə hüququna və milli səylər
və beynəlxalq əməkdaşlıq yolu ilə və hər
bir dövlətin strukturu və resurslarına uyğun olaraq
onun ləyaqətinin müdafiəsi və şəxsiyyətinin
azad inkişafı üçün iqtisadi, sosial və mədəni
sahələrdə hüquqlara malikdir.
Hər
bir şəxsin əmək, sərbəst iş yeri seçmək,
ədalətli və yaxşı iş şəraiti və
işsizlikdən müdafiə hüququ var. Hər bir şəxs
heç bir ayrı-seçkilik olmadan eyni iş
üçün eyni əmək haqqı almaq hüququna
malikdir. Hər bir işləyən şəxs,
əməyinin lazım gələrsə digər sosial
müdafiə vasitələrilə tamamlanan, onun
özünün və ailəsinin layiqli dolanışı
ğını təmin edə bilən ədalətli və qənaətbəxş
ödənilməsi hüququna malikdir. Hər bir şəxsin
həmkarlar ittifaqı yaratmaq və öz sosial
maraqlarını müdafiə etmək üçün həmkarlar
ittifaqlarına daxil olmaq hüququ var. Maddə 24-də
vurğulanır ki, hər bir şəxsin istirahət və
asudə vaxt, o cümlədən iş gününün
ağlabatan hüdudu və ödənilən mütamadi məzuniyyət
hüququ var.
Hər
bir şəxs onun özünün və ailəsinin səhhət
və rifahını təmin etmək üçün
lazım olan, qida, geyim, tibbi xidmət və lazımi sosial təminat
da daxil olmaqla həyat səviyyəsi hüququna və
işsizlik, xəstəlik, əlillik, dul qalma, qocalıq və
ondan asılı olmayan səbəblər üzündən
yaşayış vasitələrinin itirilməsi zamanı təminat
hüququna malikdir. Ana və uşaqlar xüsusi
qayğı və yardım almaq hüququna malikdirlər.
Həm nikah nəticəsində, həm də
nikahdan kənar doğulmuş uşaqlar eyni sosial müdafiədən
istifadə etməlidirlər.
Təhsil
hüququna gəlincə, maddə 26-da deyilir: “Hər bir şəxsin
təhsil hüququ var. Ən azı ibtidai və ümumi təhsil
pulsuz olmalıdır. İbtidai təhsil icbari
olmalıdır. Hər kəs texniki və peşə təhsili
almaq imkanına malik olmalıdır, ali təhsil
də hər kəsin qabiliyyəti əsasında hamıya
eyni dərəcədə müyəssər olmalıdır.
Təhsil insan şəxsiyyətinin tam inkişafına
və insan hüquqları və əsas azadlıqlara hörmətin
artırılmasına yönəldilməlidir. Təhsil
xalqlar, irqi və dini qruplar arasında qarşılıqlı
anlaşmanın, dözümlülüyün və
dostluğun möhkəmləndirilməsinə və Birləşmiş
Millətlərin sülhü qoruma sahəsində fəaliyyətinə
yardım etməlidir.
Valideynlər öz azyaşlı uşaqlarının təhsil
növünü seçməkdə üstünlüyə
malikdirlər.
Maddə 27-yə görə, hər bir şəxs cəmiyyətin
mədəni həyatında sərbəst iştirak etmək,
incəsənətdən həzz almaq, elmi tərəqqidə
iştirak etmək və onun faydasından istifadə etmək
hüququna malikdir. Hər bir şəxs müəllifi
olduğu elmi, ədəbi və incəsənət əsərlərinin
nəticəsində meydana çıxan maddi və mənəvi
mənafelərinin qorunması hüququna malikdir və s.
Uğur
Xalq Cəbhəsi.- 2015.- 3 oktyabr.-
S.13.