İtaliyanın nüfuzlu jurnalında Rəşad Məcidin şeirləri cap olunub
İtaliyanın ən mühüm elmi,
ədəbi və bədii elektron jurnallarından biri
- "Hind-Aralıq dənizi Elmləri"ndə
şair-publisist Rəşad Məcidin
bir neçə
ay öncə İtaliyada italyan dilində nəşr edilmiş
“O” adlı şeirlər kitabından seçmələr və kitab
haqqında italyan şair və tərcüməçi Davide Qualiteri tərəfindən yazılmış esse
çap edilib.Trend-in məlumatına görə,
Bolonya Universitetinə məxsus olan "Hind-Aralıqdənizi Elmləri" jurnalı səhifələrində Aralıq dənizininin sahillərindən Hind okeanın sahillərinə qədər olan ərazilərdə
yaşayan millətlərin ədəbi, bədii və antropoloji mədəniyyətlərinə
həsr edilmiş elmi yazılara yer verir.Adıçəkilən elm sahəsində
İtaliyanın ən görkəmli alimlərindən olan jurnalın baş redaktoru professor Karlo Sakkone jurnaldakı qeydlərində Rəşad Məcidin şeirləri haqqında həvəslə danışıb və onları yüksək qiymətləndirməklə
oxucuları
şairin yaradıcılığı ilə
tanış olmağa dəvət edib.
Jurnalda “Kimsən?”,
“Gedib daşa dəyən SMS-lərim”,
“Darıxanda”, “O”, “Bir
də gəlməyəcək”,
“Əgər”, “Düşüncə”
və s. şeirlər
Azərbaycan və italyan dillərində çap edilib.
Qeyd edək ki, “O” kitabı və müəllifin şeirlərinə
italyan dilində bəstələnmiş musiqilərdən
ibarət disk bu ilin may ayında İtaliyada fəaliyyət
göstərən Azərbaycan
Mədəniyyəti Assosiasiyasının
(AMA) və Milanın şəhər bələdiyyəsinin
birgə təşkilatçılığı
ilə ərsəyə
gətirilib. Azərbaycan
Mədəniyyət və
Turizm Nazirliyinin dəstəyi ilə Milan şəhərində təşkil
olunmuş təqdimat tədbirində xalq yazıçısı Anar,
AMEA-nın vitse-prezidenti,
Milli Məclisin deputatı, akademik İsa Həbibbəyli, nazirliyin şöbə müdiri, şair Vaqif Bəhmənli, xalq artisti Fikrət
Verdiyevin rəhbərlik
etdiyi sənətçilər
qrupu, eləcə də İtaliyanın ədəbi dairələrinin
nümayəndələri, incəsənət xadimləri,
mədəniyyətşünas alimlər, ölkəmizin
ədəbiyyatına maraq
göstərən kitabsevərlər
iştirak ediblər.
525-ci qəzet.- 2015.- 6 oktyabr.- S7.