Məlum və Naməlum Üzeyir Hacıbəyov

 

 

 

(63 illik ömrünün 60 ilini Üzeyir bəy Hacıbəyli Çar Rusiyası Sovet Azərbaycanında Hacıbəyov soyadı ilə yaşayıb yaradıb. Məqalə sənədlər əsasında yazıldığı üçün müəllif, Hacıbəyov soyadını saxlayıb) 

 

(Əvvəli ötən sayımızda)

 

Bir neçə ay çəkən "Gilan qastrolları"nın bu vilayəti bürümüş vətəndaş müharibəsi səbəbindən hər barədə zərərli ağır keçməsinə baxmayaraq, Üzeyir bəy İranda qalır Bakıya yalnız oktyabr ayının ortalarında, şəhər artıq azad olandan, Azərbaycan hökuməti paytaxta köçəndən sonra qayıdır. Bakı mətbuatı Üzeyir bəyin qayıtması xəbərini şəhərdə yenidən teatr musiqi mühitinin canlanacağı ümidi ilə böyük sevinclə əhaliyə çatdırır. Lakin yenicə istiqlalına yetişmiş vətənində Üzeyir bəy bəstəkar fəaliyyəti ilə deyil, dövrün siyasi-ictimai tələblərinə daha çox cavab verən "qəzetçiliklə" məşğul olmağı məqbul sayır 1918-ci ilin sentyabrında Gəncədə nəşrə başlayan, 5-ci sayından isə Bakıda, kiçik qardaşı Ceyhun Hacıbəylinin redaktorluğu ilə çıxan "Azərbaycan" (Azərbaycan dilində) qəzetinin Parlament müxbiri olmağa qərar verir. Qəzetdəki ilk yazılarını Ü.Hacıbəyov Azərbaycan Parlamentinin açılması üçün aparılan hazırlıqlara həsr etməklə bu tarixi hadisənin özünü - Parlamentin açılış mərasimini böyük bir hüsn-rəğbət fərəhlə işıqlandırır. 1919-cu ilin yanvar ayında C. Hacıbəylinin Paris Sülh Konfransında Azərbaycan nümayəndə heyətinin tərkibində Fransaya getməsi ilə bağlı, Ü.Hacıbəyov M.Ə.Rəsulzadə ilə birlikdə qəzetin redaktorları təyin olunurlar. Lakin tezliklə Azərbaycan Parlamentində "Müsavat" fraksiyasının başçısı Məhəmməd Əmin bəyin qəzetdəki fəaliyyətinin yalnız məqalə yazmaqla kifayətlənəcəyi məlum olduqdan sonra redaktorluq vəzifəsi Üzeyir bəyin öhdəsində qalır arada 2 ay fasilə olmaqla təxminən 15 ay müddətində - Azərbaycan Xalq Cümhuriyyətinin faciəli süqutuna qədər - Üzeyir Hacıbəyov bu mühüm missiyanı böyük şərəf ləyaqətlə yerinə yetirir.

 

"Azərbaycan" qəzeti sadəcə mətbuat orqanı deyildi. Azərbaycan milli ziyalılarının hələ 1905-ci ildən başlayaraq nəşr etmək arzusunda olduqları "Azərbaycan" adlı qəzet yalnız 1918-ci ildə işıq üzü görməklə Azərbaycan Xalq Cümhuriyyətinin, ilk Azərbaycan milli dövlətinin milli maraq siyasətini əks etdirməli Azərbaycan xalqını bu dövlət ətrafında sıx birləşdirməli idi. Təsadüfi deyil ki, Azərbaycan istiqlalı məsələsi yalnız qəzetin ümumi siyasi xəttini deyil, Üzeyir bəyin bu qəzet səhifələrində çap olunmuş 100-dən artıq məqalə yazılarının əsas mövzusunu təşkil edir. Xüsusi qeyd olunmalıdır ki, bu məqalələri Üzeyir bəy artıq "Hacıbəyov" deyil, "Hacıbəyli Üzeyir", "Üzeyir", "Ü.Hacıbəyli" digər imzalar altında yazır.

 

Ölkədəki gündəlik daxili siyasi iqtisadi vəziyyət, Qarabağ Zəngəzur, məsələsi, Andronikin digər erməni-daşnak dəstələrinin bu bölgələrdəki fəaliyyəti ingilis generalı Tomson ilə Azərbaycan hökumətinin birgə gördüyü tədbirlər, Ermənistan-Ararat Respublikası Gürcüstan Respublikası ilə AXC-nin münasibətləri, sərhəd d. mübahisəli məsələlərinin həlli yolları, Dağıstan, Naxçıvan, Lənkəran Zaqatala məsələləri, Bakıdakı qeyri-müsəlman qüvvələrin, ilk növbədə Rus Milli Komitəsinin Erməni Milli Şurasının onların mətbuat orqanlarının Azərbaycan istiqlalına qarşı yönəlmiş fəaliyyətlərinin kəskin tənqidi, ağqvardiyaçı Denikin bolşevik Sovet ordularından gözlənilən real təhlükə, yerli, o cümlədən, azərbaycanlı sosialist -bolşevik qüvvələrinin milli hökumətə qarşı mövqeyi, Azərbaycan Parlamentinin fəaliyyəti, Azərbaycanda hökumət böhranlarının səbəbləri, ölkədə rüşvətxorluq (xüsusilə polis sistemində) hallarının qarşısının alınması yolları, iqtisadi tətillərin təşkili arxasında duran məqsədlər Azərbaycan hökumətinin tədbirləri, aqrar-torpaq məsələsinin həlli, məktəblərin milliləşdirilməsi, s. s. mövzular Üzeyir Hacıbəyovun hələ özünün yazdığı baş məqalələrdə toxunulan əsas məsələlərdir. Nədən yazırsa yazsın, hətta beynəlxalq, xüsusilə Rusiyadakı vəziyyətə həsr olunmuş analitik yazılarında Üzeyir Hacıbəyov Azərbaycanın dövlət maraqları mövqeyindən çıxış edir.

 

Bu baxımdan Denikin, Kolçak qüvvələri ilə Sovet qoşunları arasında gedən gərgin döyüşləri dəyişkən hərbi vəziyyəti diqqətlə izləyən Ü.Hacıbəyovun sonda gəldiyi nəticə olduqca səciyyəvidir: "Bugünkü vəzifəmiz Rusiya işlərinə kənardan baxmaq Rusiya daxilində vaqe olan hadisələrə qarşı bitərəf qalmaqla bərabər, oradan bizi təhdid edən təhlükələrdən özümüzü qorumaqdır... Təhlükə bolşevik tərəfindənmi ya Denikin tərəfindən vaqe olacaqmı, bizdən ötrü təfavüt yoxdur, qorunmaq hər vasitə ilə istiqlalımızı mühafizə etmək, vəssalam!"

 

Maraqlıdır ki, millətlərin azadlıq hüququ məsələsinin beynəlxalq bir məsələ olub, xüsusilə I Dünya Müharibəsindən sonra ən ciddi şəkildə qoyulduğunu dəfələrlə vurğulayan Üzeyir bəy bu fikri Rusiyanın yalnız "imperialist" düşüncəli generallarının deyil, inqilabçılarından tutmuş bütün zümrələri tərəfindən qəbul etmədiklərini təəccüb heyrət doğurduğunu qeyd edir: "Hər bir millət azad müstəqil olmalıdır. Bu fikri bir rus irticapərəst generalının, bolşeviklik edən rus mujikinin, hansı firqədən olursa bir rus intilligentinin başına girdirmək mümkün olmayır".

 

Təsadüfi deyil ki, Azərbaycan Rusiyadan gələn təhlükəni daim diqqət mərkəzində saxlayan Üzeyir Hacıbəyov, bu zaman yalnız rus silahlı qüvvələrini nəzərdə tutmur. Rusiya siyasi qüvvələri, müxtəlif partiyaları və təşkilatlarının fəaliyyətinə dair söylədiyi bütün fikir və mühakimələrində Üzeyir bəy kəskin antibolşevik mövqe nümayiş etdirir, Azərbaycan sosialistlərinin, xüsusilə Parlamentə təmsil olunan solçu deputatların bolşevik Rusiyası ilə sıx əlaqə qurmaq, oraya neft göndərmək və s. çağırışlarına belə cavab verir: "Mart hadisətında bizi, yəni müsəlman burjuyundan tutmuş müsəlman füqərayi-kasibəsini və baxüsus müsəlman əlsiz-ayaqsızlarını erməni daşnak soldatlarının süngü, güllə və xənvərlərlə arvad-uşağına kimi qırdıran bolşüviklərə biztövr etibar edə bilərik? Bolşevik naminə erməni-müsəlman qırğını salanların hansı "gözəl" sözünə və "insanpərvərliyini" inana bilərik? Bolşevik dursun, menşeviklərinə nasıl bel bağlaya bilərik? İstiqlalımızı qəbul etmədiklərinə görəmi? Və bu gün hər vəsilə ilə olursa-olsun, istiqlalımızı əlimizdən almaq yolunda çalışmaqlarına görəmi?"

 

İstiqlalımızın qəbulu! Dövlətimizə Sədaqət! Ü.Hacıbəyova görə bu tələblər milliyyətindən, dinindən və dilindən asılı olmayaraq ölkədə yaşayan bütün vətəndaşların Azərbaycana münasibətinin meyarı olmalıdır. "İçimizdəki denikinlər" adlı məqaləsində "Azərbaycanımızdakı asudəlik ilə rahat-rahat yaşamaqda olan müxtəlif ünsürlərin içində" kifayət qədər "cümhuriyyətimizi rus dövlətinin bir parçası" hesab edənlərin olduğunu vurğulayır, bu sıraya ilk növbədə hökumət idarələrində işləyən çinovnikləri daxil edir, məhz onlara səbəb bir sıra mühüm işlərin qəsdən görülmədiyi, "bütün rəsmi kağızların, sənədlərin" rusca yazıldığını, "biçarə türk demokratiyasının öz milli dövlətində yenə də tərcüman aramağa məcbur" olduğunu göstərirdi. Çox sərt ruhda yazılmış bu məqalədə müəllif "gizli düşmən" kimi xüsusilə təhlükəli saydığı bu qüvvələrin Azərbaycan dövlətçiliyinə qarşı sui-qəsdə hazır olduğunu bildirir, "bu gün nəzakət və mərhəmət zamanı deyildir! Zatən xainlərə nə mərhəmət" - deyə Azərbaycan hökumətini "şübhəli görünənləri dərhal rədd etməyə", Azərbaycan xalqını sayıq olmağa, bu işdə hökumətlə birgə işləməyə, "dövlətimizə qarşı sui-niyyətilə məlum olan adamları, hansı millətdən olursa-olsun, hökumətə, lazım olan yerlərə xəbər verməyə"  çağırırdı: "Candan əziz olan istiqlalımızı əlimizdən almaq istəyirlər...İstiqlalımızı əldən verməmək üçün bu fövqəladə zamanda fövqəladə işlər də görülməlidir..."

 

(Qeyd edilməlidir ki, Azərbaycan dilinin rəsmi dil elan edilməsinə baxmayaraq istiqlaliyyətdən artıq bir il keçdikdən sonra da kargüzarlığın rus dilində aparılmasına dəfələrlə münasibət bildirən Üzeyir bəy ilk növbədə azərbaycanlılar da daxil olmaqla dövlət məmurları üçün Azərbaycan dili kursları açmağı lazım bilirdi).

 

(Ardı var) 

Solmaz Rüstəmova-Tohidi

tarix elmləri doktoru, prof.

525-ci qəzet.- 2015.- 6 oktyabr.- S.6.