Dost sözü
Bugünlərdə dostum - tanınmış alim, filologiya elmləri
doktoru, professor, şair
Əsgər Rəsulovla
görüşdüm. Əsgər müəllimlə
uzun illərdir dostluq edirik. O, dost və tanışlarının,
yaxınlarının, iş
yoldaşlarının uğuruna
sevinən, onların sevincinə ürəkdən
şərik olan tək-tək insanlardandır.
Və hər dəfə də görüşəndə
özünün yox, tanıdığı dostların
uğurlarından söz
açar və ürəkdən sevinər.
Budəfəki görüşümüzdə isə Əsgər müəllim mənə br kitab verdi
və dedi ki, bu hekayələri
oxusan yaxşı olar. Kitabın üz qabığında
Ataxan Paşayevin adını görəndə,
düzü, təəccüblənmədim.
Çünki əvvəllər Ataxan müəllimin bir neçə hekayəsini mətbuatda oxumuşdum. Və kitabın
ilk səhifələrindən birində də uzun illərdən bəri yadımda qalan "Azar dağarcığı" hekayəsi
gözümə dəydi.
Doğrusu, bu hekayənin
o vaxtlar hansı mətbuat orqanında çap olunması yadımda deyil, ancaq o hekayə duzlu-məzəli obrazları
ilə yadımda qalıb.
Evə dönüb Ataxan Paşayevin 101 səhifədən
ibarət olan "Ötən günlərdən"
adlı bu hekayələr kitabını
sona qədər oxudum. Əslində hörmətli alimimiz Əsgər Rəsulovun təbirincə desək, uzun illərdən bəri müxtəlif mətbuat orqanlarının
səhifələrində səpələnib
qalmış bu yazıların kəpənək
ömürlərini uzatmaq
baxımından bu kitab uğurlu addımdır:
"Cəhənnəmə ki",
"Bəli mən stolam", "Vaqon qonşusu" və başqa hekayələrində
yüksək bədii
ovqat hiss olunur. Təbii ki, bu yazıların bir
kitab şəklində
çap olunmasını
müəllifin
bir daha ədəbiyyata qayıdışı
kimi təsdiqləmək
olar.
Mənə ən xoş gələn digər cəhətlər Ataxan müəllimin hekayələrindəki
yumor hissi, qəhrəmanlarının iç
dünyasındakı sadəlik, yaratdığı
obrazların daxili dünyasına yazıçı
təxəyyülünün uğurlu müdaxiləsidir
və bütün bunların cəminə ədəbi ustalıq deyilir. Təbii ki, Əsgər
Rəsilov öz yazısında
Ataxan Paşayevin
yaradıcılığına daha dərindən, daha peşəkar mövqedən yanaşıb.
Hesab edirəm ki, A.Paşayevin "Azar dağarcığı" hekayəsi
və onun kitabı haqqında Ə.Rəsulovun yazısı
oxucular üçün
çox maraqlı olacaq.
Nazim Əhmədli, şair-publisist
525-ci qəzet.- 2015.- 7 oktyabr.- S.7.