X Uluslararası Böyük Türk Dili Qurultayı mühüm elmi-mədəni tədbir kimi

 

Sentyabrın 28-dən oktyabrın 1-dək Bosniya Herseqovinanın paytaxtı Saraybosna şəhərində X Uluslararası Böyük Türk Dili Qurultayı keçirilib.

 

Əsasən Türkiyənin Bilkənd Universiteti Bosniya Herseqovinanın Sarayevo Universitetinin təşkilatçılığı ilə düzənlənən bu möhtəşəm məclisə qardaş ölkədə fəaliyyət göstərən Yunis Əmrə İnstitutu Türkiyə-Azərbaycan Dostluq Cəmiyyəti maddi mənəvi dəstək göstərib. Sarayevo Universitetində keçirilən konfransa daha çox Türkiyənin müxtəlif universitetlərindən gələn dilçi alimlər yerli türkoloq mütəxəssislər qatılmışdılar. 136 nəfərin qatıldığı qurultayda Azərbaycanı 10 nəfərdən ibarət nümayəndə heyəti təmsil edirdi. Onlar sırasında AMEA-nın müxbir üzvü, AMEA-nın Naxçıvan filialının Dil, Ədəbiyyat İncəsənət İnstitutunun şöbə müdiri Adil Bağırov, AMEA-nın Nəsimi adına Dilçilik İnstitutundan professor Roza Eyvazova, Bakı Dövlət Universitetindən professor Zemfira Şahbazova, fəlsəfə doktoru Qızılgül Abdullayeva dissertant Pərvin Eyvazov, Bakı Slavyan Universitetindən fəlsəfə doktorları Xatirə Abdullayeva Ziyafət Qasımova, Azərbaycan Dövlət Tibb Universitetindən fəlsəfə doktoru Dürdanə Rəhimzadə, Azərbaycan Dövlət Pedaqoji Universitetindən gənc araşdırmaçı Aynur Qafarlı bu sətirlərin müəllifi vardı. Yeddi bölmədə öz iclaslarını keçirən qurultayda, əsasən, türk ləhcəsi, türk dili tarixi, türkcənin tədrisi, türk dilləri dünya dilləri, ümumtürk dili, toponimika s. məsələlərlə bağlı məruzələr dinlənildi.

 

Professor Roza Eyvazova və AMEA-nın müxbir üzvü Adil Bağırovun sədrlik etdiyi bölmədə bu sətirlərin müəllifi "Əski Azərbaycan-Türk tərcümə əsərlərinin əlyazma nüsxələrinin dil baxımından dəyərləri" mövzusunda məruzə ilə çıxış edib. Məruzədə orta yüzilliklərdə ərəb və fars dillərindən Azərbaycan türkcəsinə tərcümə olunmuş Mustafa Zəririn "Siyərün-nəbi" (XIV əsr), Əhmədi Təbrizinin "Əsrarnamə" (XV əsr) və Nişatinin "Şühadanamə" (XVI əsr) adlı klassik tərcümə örnəklərinin səciyyəvi imla özəllikləri leksik xüsusiyyətləri diqqətə çatdırıldı. Məruzədə xüsusi olaraq vurğulandı ki, klassik Azərbaycan mütərcimlərinin ən böyük xidməti söz yaradıcılığı sahəsində səmərəli fəaliyyəti göstərmələri və tərcümə yolu ilə bir sıra yeni sözləri ədəbi dilə gətirmələri olmuşdur. Bu məsələ qurultay iştirakçılarının böyük marağına səbəb oldu. Onu da qeyd edim ki, 15 dəqiqəlik bu məruzəm əsasən AMEA-nın M.Füzuli adına Əlyazmalar İnstitutunda qorunub saxlanılan tərcümə əsərlərinin materialları əsasında hazırlanmışdı.

 

Qurultayda Azərbaycan nümayəndə heyəti üzvlərindən AMEA-nın müxbir üzvü Adil Bağırovun "Osmanlı arşiv bəlgələrindəki yer isimlərinin Naxçıvan bölgəsindəki izləri", filologiya elmləri doktoru, professor Roza Eyvazovanın "Azərbaycan dili və İrandakı Türk ləhcələri", fəlsəfə doktoru Dürdanə Rəhimzadənin "Oğuz dillərində ərəbcə alınmalarda saitlərlə bağlı səs olayları" mövzusundakı məruzələri də böyük maraqla dinlənildi.

 

Azərbaycandan gələn nümayəndə heyəti qurultay keçirilən müddətdə vaxt taparaq ölkəmizin Bosniya və Herseqovinadakı nümayəndəliyində də olaraq bu diyar haqqında bir sıra maraqlı bilgilər əldə etdilər.

 

İclaslararası fasilələrdə Türkiyənin elm adamlarından Ənvər Həsənoğlu, Həmzə Zülfüqar, Rasim Özyürək, Kərimə Ustinova, Funda ToprakSarayevo Universitetinin professoru Kərimə Filanla da görüşlərimiz, qısa söhbətlərimiz baş tutdu.

 

Qurultayın sonuncu günü ölkənin məşhur tarixi yerlərindən sayılan Mostar şəhərində və ətraf qəsəbələrdə də olmuş, buradakı qədim təkkələri və şəhidlik məzarını da ziyarət etdilər. İşgüzarlıq şəraitində keçən, olduqca müsbət təsir bağışlayan X Böyük Türk Dili Qurultayının yekunu olaraq növbəti iclasın Avropa ölkələrindən birində keçirilməsi qərara alındı.

 

Möhsün NAĞISOYLU

AMEA-nın müxbir üzvü

525-ci qəzet.- 2015.-  8 oktybar.- S.7