Tatar və noqay
adıyla kimlər nəzərdə tutulur?
Bu gün "Monqol-tatar"
məfhumu deyiləndə,
tarixi nöqteyi-nəzərdən
monqollar ilə tatar tayfalarının (yəni türkköklü)
birgə hərbi ittifaqı və onların birgə istila yürüşləri
başa düşülür. Həqiqətən də bu belədirmi?
Əgər tarixin bu günə
daşıdığı "Monqol -tatar" anlayışı belədirsə,
onda bir çox suallar ortaya çıxır. Necə
ola bilər
ki, birgə hərbi ittifaqda olan "Monqol-tatar" yürüşləri zamanı
bütün türkköklü
xalqların obaları
oda qalanıb, özləri isə qılıncdan keçirilib?
1220-ci ildə Cəbə və Subutayın qoşunları
Təbrizə qədər
Azərbaycan sərhədlərini
dağıdıb, Marağa,
Ərdəbil, Naxçıvan,
Beyləqan şəhərləri
yerlə-yeksan edilib.
1222-ci ildə monqollar Şamaxını
alaraq əhalisini qılıncdan keçiriblər.
1231-ci ildə Çormağın Noyonun
30 minlik qoşunu Azərbaycana daxil olub, Marağa, Təbriz, Gəncə, Şəmkir, Tovuz, Bakı və Dərbəndi viran qoyub. 1221-ci ildə
Orta Asiya ölkələri bütünlükdə
işğal edilib, monqol zülmünə düçar olub. Təəssüf ki, bu sualların cavabını
tarixdə tapmaq mümkün deyil. Tarixə bir daha nəzər
salaq. Əgər biz Albaniya dövlətinin
b. e. II-III əsr inzibati
xəritəsinə baxsaq,
orada "Paytakaran"
şəhərinin yerləşdiyini
görərik. Albaniya dövlətinin
tarixindən məlumdur
ki, Paytakaran (Beyləqan) şəhəri
romalılar tərəfindən
Albaniyanın yeni mərkəzi kimi salınıb.
Romalıların latın dilli olmalarını nəzərə alaraq,
"Paytakaran" sözünün
etimologiyasını latındilində
araşdıraq.
"Paytakaran" sözünün
1-ci hecası "pay"(lat.) -"maaş, ödəmə",
2-ci heca "tax"- (lat. "tax", assimilyasiyada "tak")-"vergi", 3-cü heca
"arra" (lat) -"girov"
kimi dilimizə tərcümə olunaraq,
"Paytakaran" sözü
tam şəkildə "vergi,
girov ödəmə"
şəhəri (mərkəzi)
mənasını verir.
Romalılar tərəfindən Albaniyada vergilər torpaq sahələrinin ölçüsünə görə
aparılırdı. Bu
hətta romalılar tərəfindən Albaniyanın
inzibati ərazilərinin
adlanmasında da özünü büruzə
verir. Məsələn,
Sakasena, Kambisena, Araksena, Orxistena (əslində Orxisena ) və s. Şəhər adlarının sonunda gələn "sena" sözü əslində latın dilində "cenna" sözü olub, ruslardan bizə qalmış "desyatina" mənasındadır.
Ermənilər Qarabağda öz
"köklərini bərkitmək"
üçün latın
dilində olan "cenna" sözünü
erməni dilində olan "şen"-"kənd" sözü kimi təbliğ edərək, qədim Azərbaycan ərazilərini
Albaniya dövləti dövründə latın
dilində (məhz romalılar tərəfindən)
adlandırılması kimi
yox, ermənicə adlandırıldığını iddia etməyə çalışırlar. Sadalanan Alban şəhərlərinin
yer adlarına gəlincə, onların tərcümələrini oxuculara
təqdim edirəm.
Sakasena-"Sak" latın dilində
olan "sagitta" sözündən olub, mənası "ox" deməkdir.
"Ox" məfhumu qədim oğuzların inancı olduğundan onlar "oğuzlar"
(ox sözündən götürülüb)
adlanıblar və həmin ərazidə məskunlaşıblar. "Kambisena"-"kombi" latın
dilində "atəş,
alov" mənasını
verir (müasir qazla yanıb isidən cihazın adı da ordan
gəlir - "kombi"). Həmin ərazidə yaşayan əhali atəşpərəst
olub.
"Araksena" -"Araks" Araz çayının avropalaşmış
adıdır. Avropalıların və rusların
tərtib etdikləri xəritələrdə "Araz
çayı" “Araks"
kimi adlanır. Əsl mənası "Ra" allahının
adı ilə bağlıdır. "Orxistena" əslində
"Orxisena", sonralar
"Arsax" kimi həmin ərazi adlanıb. "Arxi"
- latın dilində "qədim"
mənasını verir.
"Sax" isə latın dilində olan "sagitta" -"ox","oğuz" sözündəndir.
Bütövlükdə tarixi adımız
olan "Qədim oğuzlar" tərcüməsini
verir. Ermənilərin son ümidi olan
"Arsax" sözü
də məlum olur ki, "Qədim Oğuz" deməkdir.
Çox
maraqlıdır ki, latınca "tax" sözü
monqol dilində "alban tatvar", yəni "alban vergisi "
kimi tərcümə
olunur. Tarixən məlumdur ki,
monqollar özləri uzun müddət Roma işğalına məruz
qalıb. "Alban"
məfhumu orada tikilən Alban kilsələri
ilə əlaqədardır.
Roma imperiyası hakimiyyətini yerlərdə
Alban kilsələri vasitəsi
ilə idarə etdiyindən "Roma" məfhumu
"Alban" məfhumu ilə
eyniləşib.
Monqol istilasında
romalıların vergi
sistemi olan "alban tatvar" məfhumu "monqol tatvar" məfhumu ilə əvəz edilib.
Azərbaycan dilində olan "vergi toplayan" sözü monqol dilində "tatvar xuraaqç" kimi tərcümə olunur. Bu gün
dilimizdə işlənən
"xərac" sözü
də dolayısı ilə monqollardan qalmış ola
bilər. Dilimizdə olan "vergi"
sözünün Roma variantı
da günümüzə
gəlib çatıb.
Toplum şəkildə pul yığarkən "tasa
düş" ifadəsi
işlədirik. "Vergi" sözü romalıların dilində
"tasse" kimi tərcümə olunur.
Monqolların istila etdikləri
ölkələrdə ağır
vergi və mükəlləfiyyətlərin 14 növü mövcud idi. Misal üçün "qopçur"(kupça) - otlaq vergisi, sonralar can vergisi, "tamğa" (damğa) - sənətkarlardan
və tacirlərdən
alınan vergi, "kalan" - varlı adamlardan alınan vergi və s. Tarixdən məlumdur ki, monqollar istila
etdikləri bütün
ölkələri inkişafdan
saxlayıb, yalnız çapıb-talamaqla, ağır
vergilər qoymaqla, vergiyığanların (tatvar
- tatar) qorxusu ilə xalqları idarə ediblər.
Bu gün ruslar etiraf edirlər ki, monqol zülmü
onları sivilizasiyadan
200 il geri
qoyub. Eyni zamanda onu da bildirirlər ki, monqolların istila etdikləri torpaqlar onlardan ruslara miras qalıb.
Azərbaycanda işğal olunmuş torpaqlar "inci" (hökmdar və xan nəslinə məxsus) və"
divan" (dövlət) torpaqlarına
çevrilərək köçəri
monqol feodallarının
ixtiyarına verilib. Vergilərin toplanması
vergiyığanlara (tatvar
xuraaqç) həvalə
olunub.
Sonralar torpaq islahatına görə monqol qoşun hissələrində qulluq edənlərə torpaq sahələrinin verilməsi - "iqta" təşkil edildi. "İqta", "inci" və divan torpaqları, həmçinin "bayrat" (arat) adlanan istifadəsiz torpaqlardan verilirdi. Eyni zamanda bu növ torpaq mülkiyyəti müvəqqəti xarakter daşıyırdı. Həmin torpaq sahəsinin sahibi olan hərbçi ölürdürsə, torpaq onu əvəz edən hərbçiyə verilirdi. Vergilərin növləri, həcmi, toplama üsulu, vaxtı və s. kimi məsələlərdə dəqiq qayda-qanun yaratmaq üçün mütəmadi olaraq monqol xanlığı tərəfindən vergi islahatları aparılırdı.
Dilçilik baxımından "alban tatvar" sözü ilə "monqol tatvar" sözlərini müqayisə etsək, "tatvar" - ("vergi") sözünün assimilyasiyaya uğrayaraq "tatar" sözü kimi günümüzə gəlib çatıb.
Monqol istilası dövründə vergi yığılması (tatvar-tatar) o həddə yetişib ki, artıq XIII yüzilikdən "monqol", "moğol" sözü yerinə "tatar" kəlməsi işlənməyə başlanıb.
Əgər biz bu gün tatar xalqlarının inzibati ərazisinə diqqət yetirsək, onlar Rusiya Federasiyasında Kazan tatarları, Krım tatarları, Sibir tatarları və Astraxan tatarları kimi 4 qrupa bölünüb. İnzibati bölgüdə həmin ərazilər biri-birlərindən uzaq məsafədə yerləşib, onların danışıq dilləri və anatomik sifət quruluşları fərqlidir. Orta Asiya, Azərbaycan, Türkiyə və s. xalqları da buraya qəbul etsək, onda "tatar" məfhumunun" "vəziyyəti" çox mürəkkəb olacaq. Tarix özü etiraf edir ki, bu xalqlar XII-XV əsrlərdə "tatar" adlanıb. Avropalılara "tatar" məfhumu 13-cü əsrdə məlum olub. 16-20-ci əsrlər rus mənbələrində bir çox türkdilli xalqlara (o cümlədən, azərbaycanlılara) və Rusiyanın ucqarlarında yaşayan bir sıra xalqlara da tatarlar deyilirdi.
"Tatar" məfhumu ilə eyni tarixi prosesdə yaranmış "Noqaylar" məhfumuna aydınlıq gətirməyə çalışaq. Əgər biz hər iki xalqın tarixinə baxsaq, onlarda yaxın oxşarlığın şahidi olarıq. "Noqaylar" kimdir?
Noqay - Qızıl Ordanın sərkərdəsi, (1250-1300) Bərkə xanın qoşun başçısı olub. Bərkə xanın ölümündən sonra Noqay ta Dondan Dünayadək istila edilmiş torpaqlara nəzarət edib, daha doğrusu Qızıl Ordadan aralanaraq özünə müstəqil hakimiyyət qurub.
Bu səbəbdən Toxtamış Noqayın üstünə qoşun yeridib və döyüş zamanı onu əsir götürərək öldürüb. Noqay xanın dövründə ona tabe olan ərazilərin xalqlarından "Noqol" adlı vergilər toplanıb.
Dilçilik baxımından "noqol" sözünün "Noqay" sözündən yaranması özünü göstərir. "Noqol" sözü monqol dilindən "dividend"-"gəlir" kimi tərcümə olunur. Rus dilində işlənən "naloq" (vergi) sözünün kökündə də "noqol" sözü nəzəri cəlb edir. Bu gün Rusiya Federasiyasının Stavropol, Dağıstan, Qaraçay ərazilərində yaşayan türkdilli xalqları "noqaylar" adlandırırlar. Onları Noqayın ulusuna daxil edirlər. Yuxarıda qeyd olunan fikirlərdən və müqayisələrdən aydın olur ki, nə "tatar", nə də "noqay" xalqları monqollarla hərbi ittifaqda olmayıb. Bu adların monqol zülmü zamanı həmin xalqlardan vergiyığan (tatvar -tatar, Noqay-noqol) qurumların və onların icraçılarının adından yarandığı aydın olur.
Araşdırmalardan belə nəticəyə gələ bilərik ki, 300 ilə yaxın bir dövrdə monqol istilası və zülmündən əziyyət çəkən türkdilli xalqların heç biri monqollarla bir hərbi ittifaqda olmayıb və bu fikir yanlışdır. Bu xalqların "tatarlar" və ya "noqoylar" adlandırılması tarixi baxımdan əsassızdır, əslində bu xalqların özləri nonqol zülmünün qurbanları olublar.
Həsən ƏLİYEV
525-ci qəzet.- 2015.- 8 oktybar.- S.7