Mirzə Fətəli Axundzadə irsinin daha bir maraqlı səhifəsi

 

BÖYÜK ƏDİBİN PARİSƏ GÖNDƏRDİYİ BİR TELEQRAMIN MARAQLI TARİXÇƏSİ VAR

 

 

AMEA M.Füzuli adına Əlyazmalar İnstitutunun arxivində böyük Mirzə Fətəli Axundzadəyə aid 2 saylı fondda mühafizə olunan olduqca qiymətli materiallar içərisində müəllifin öz əli ilə yazdığı Parisə göndərdiyi bir teleqramın surəti diqqətimizi cəlb etdi. Teleqram Parisdə kimə göndərilmişdi bu teleqramı göndərməyə M.F.Axundzadəni vadar etmişdi? Bu sualların cavabı irəlidə veriləcək, amma bəri başdan qeyd edək ki, teleqram Mirzə Fətəli ilə bağlı bir mətləbin aydınlaşdırılması üçün mötəbər mənbə sayıla bilər...

 

Azərbaycan ədəbi-mədəni, elmi-fəlsəfi, ictimai fikir tariximizin təkrarsız nümayəndəsi Mirzə Fətəli Axundzadənin həyatı yaradıcılığı ilə bağlı bu vaxta qədər ölkəmizdə xaricdə yüzlərlə monoqrafiya, dissertasiya, məqalə yazılsa da, hələ ortada böyük ədibin mükəmməl avtobioqrafiyası yoxdur. Məhz bunun nəticəsidir ki, onun həyatı ilə bağlı aparılmış tədqiqat işlərinin bir çoxunda yanlışlıqlara yol verilib. Təəssüfləndirici haldır ki, heç bir sənədə əsaslanılmadan, haradan götürüldüyü belə məlum olmayan bəzifakt”lar sonrakı araşdırmalarda da əsl fakt kimi təkrarlanıb beləliklə, uzun illər boyu çoxsaylı əsərlərdə M.F.Axundzadənin avtobioqrafiyasına tamamilə yanlışhəqiqət”lər hopdurulub. Bu yanlışlıqlardan biri M.F.Axundzadənin vəzifəsindən guya kənarlaşdırılması ilə bağlıdır.Tanınmış tədqiqatçı A.N.LermanM.F.Axundov rus mətbuatında. 1837-1962. Biobiblioqrafiyakitabında (rus dilində) M.F.Axundzadənin həyatı, fəaliyyəti yaradıcılığı ilə bağlı verdiyi xronologiyada onun 1861-ci ildə donos əsasında xidmətdən kənarlaşdırıldığını yazıb: “1861 - Po donosu uvolğnenie so slujbı”. Xronoloji materialın qaydalarına əməl edən müəllif M.F.Axundzadənin fəaliyyəti yaradıcılığının sonrakı mühüm tarixləri barədə rəqəmləri göstərmiş, nəhayət, onun 1876-cı ildə xidmətdən azad olunduğunu qeyd edib: “1876 - Uvolğnenie so slujbı ...”. Belə çıxır ki, M.F.Axundzadə 1861-ci ildə xidmətdən azad edildikdən sonra yenidən öz işinə bərpa edilmiş, 1876-cı ildə isə birdəfəlik uzaqlaşdırılmışdı. A.N.Lermanxidmətdən kənarlaşdırılmışM.F.Axundzadənin xidmətə yenidən vaxt bərpa edildiyini göstərmədən 1876-cı ildə onun bir daha xidmətdən uzaqlaşdırıldığını yazmaqla məsələyə bir düyün vurub, budüyünisə başqa müəlliflər tərəfindən sonrakı kitablarda bir qədər bərkidilib. Orta ümumtəhsil məktəbləri üçünƏdəbiyyatdərsliklərindən birində yazılır: “...ömrünün sonlarında hökumət əleyhinə fəaliyyətdə günahlandırılaraq işdən çıxarılmış, bir müddət qulluqdan kənarda qalmışdır...”. Dərslikdə daha sonra 1878-ci ildə dünyasını dəyişmiş M.F.Axundzadə ilə bağlı aşağıdakı fikirlər öz əksini tapıb: “... Hələ yazıçının cəsədi soyumamış gizli polis dərhal onun hökumət əleyhinə əlyazmalarının axtarışına başlamış, lakin rəsmi nəşrlərdən başqa, heç tapa bilməyib, çıxıb getmişdi...”

 

Sitatlar gətirdiyimiz hər iki mənbəni birləşdirən ümumi cəhət müəlliflərin M.F.Axundzadənin işdən çıxarılması ilə bağlı heç bir real sənədə əsaslanmadan hökm vermələridir. Bu barədə danışacağıq. M.F.Axundzadəninhökumət əleyhinə fəaliyyəti”ndən bəhs etmək isə, zənnimizcə, rənglərin həddindən artıq tündləşdirilməsindən başqa bir şey deyildir. Qaldı ki, M.F.Axundzadənin evində axtarış aparılmasına, bu həqiqətdir, lakin bu axtarış heç onuncəsədi soyumamışbaş verməyib. Məsələ ilə bağlıMirzə Fətəli Axundzadənin gürcü müasirlərimonoqrafiyamızda (Bakı, Mütərcim, 2012) ətraflı bəhs etdiyimizdən burada təfərrüata varmaq istəmirik. Sadəcə olaraq qeyd etməyi lazım bilirik ki, M.F.Axundzadəyə ömrünün sonlarında rəsmi dairələr tərəfindən bəslənilən ögey münasibət, heç bəzi tədqiqatçıların fikirləşdikləri kimi, onunKəmalüddövlə məktublarıfəlsəfi traktatındainqilabi-demokratik mövqe tutmasıilə əlaqədar deyildir. Ən azından ona görə ki, “Kəmalüddövlə məktublarıməsələsində hətta çarın özünün etimad bəslədiyi A.Berjenin adı keçir; əsərin ruscaya tərcüməsi, redaktəsi s/ ilə bağlı.  M.F.Axundzadənin bütün əsərlərindən, eləcə zəngin epistolyar irsindən görünür ki, o, həyatı boyu rus hökumətinə sədaqətlə qulluq edib, hökumətə qarşı zərrə qədər olsa fəaliyyət göstərməyib. M.F.Axundzadəyə ömrünün sonlarında bəslənilən münasibət, bir az da konkretləşdirsək, böyük ədibin bir növ ikinci plana keçirilməsi əslində çarizmin Qafqaz siyasətində siyasi-tarixi gerçəkliklərdən doğan korrektələrlə bağlıdır (bu məsələ ayrıca bir tədqiqat tələb edir - Ş.Ş.). Qısası, müəyyən tarixi dövrdən, xüsusən Şamil hərəkatının süqutundan sonra çarizmin siyasi strategiyasındakı dəyişikliklər M.F.Axundzadəyə münasibətdən yan keçməmişdir. İkibaşlısillə kökəsiyasəti yeridən çarizm müridizmi məhv etdikdən sonra 5 aprel 1872-ci ildə Qafqaz şiə sünni müsəlmanları idarələrini yaratmaqla əslində incik düşmüş müsəlmanların könlünü ələ almağa çalışırdı. Maraqlıdır ki, ruhani idarəsinin yaradılması məqsədilə təşkil olunan komissiyanın tərkibinə M.F.Axundzadə daxil edilmişdi. Bu barədə Qafqaz canişini baş idarə rəisinin 975 saylı təliqəsi vardır. Sənəd M.F.Axundzadənin arxivində saxlanılır.

 

Təbii ki, burada subyektiv amillərdən danışmaq mümkündür. Çar Rusiyasına sədaqətlə qulluq edən A.Bakıxanovun vəzifədən getməsindən sonra, 1837-ci ildə Hacı Məhəmmədin başçılıq etdiyi Quba üsyanına dəstəkçi kimi şübhələnilərək nəzarət altına alınması, İ.Qutqaşınlının general rütbəsi ilə istefaya çıxmasından müəmmalı şəkildə ölümünə (1861) qədər xəfiyyələr tərəfindən izlənilməsi təsadüfi deyildir; çar Rusiyasında müsəlmanlara heç vaxt inam bəslənilməmişdir... M.F.Axundzadənin ölümündən bir qədər sonra onun evində axtarış aparılması, əlyazmalarınınov”una çıxılması məhz bununla bağlıdır. Lakin o, sağlığında ikən xidməti vəzifəsindən uzaqlaşdırılmamışdır. Bunu M.F.Axundzadəyə aid mötəbər arxiv sənədləri təsdiqləyir.

 

Belə mötəbər sənədlərdən biri AMEA M.Füzuli adına Əlyazmalar İnstitutunun arxivində saxlanılan və M.F.Axundzadənin ölümündən az sonra - 8 mart 1878-ci ildə həyat yoldaşı Tubu xanıma təqdim edilən “Tam xidməti siyahı”dır. Həmin sənəddə M.F.Axundzadənin 1834-cü il noyabrın 1-dən 1878-ci il fevralın 26-dək, yəni vəfatı gününə qədər mülki və hərbi xidməti, ezamiyyətləri, Rusiya, İran və Türkiyə dövlətlərinin ali mükafatları ilə təltifləri, hərbi rütbəsinin ardıcıl olaraq yüksəldilməsi (hər birinin dəqiq tarixi göstərilməklə) öz əksini tapmışdır. Həmin sənəddə M.F.Axundzadənin xidmətdən uzaqlaşdırılması ilə bağlı heç bir qeyd yoxdur. Əksinə, “Tam xidməti siyahı”nın XIII bölümünün (“Hər hansı bir cəzaya və tənbehə... məruz qalıbmı”) qarşısında  “olmayıb” sözləri yazılmışdır. Bəlkə, “xidmətdən kənarlaşdırılıb”, yaxudistefaya göndərilib” deyəndə tədqiqatçılar M.F.Axundzadənin Qafqaz qeyri-nizami ordusumilisi sıralarından uzaqlaşdırıldığını nəzərdə tutmuşlar? Ortada olan daha bir mötəbər sənəd bu suala da yox cavabı verir. Polkovnik M.F.Axundzadənin adı ordumilis üzvləri siyahısından ölümündən hətta 3 ay sonra, 28 may 1878-ci ildə hərbi nazir, general-adyutant D.A. Milyutinin imzaladığı əmrlə çıxarılmışdır. Bu barədə rəsmi sənədi Moskva hərbi-tarix arxivindən mərhum tədqiqatçı Ə.Səidzadə tapmış və  1938-ci ildə M.F.Axundzadə ilə bağlı yazdığı bir məqaləsində həmin sənəddən də bəhs etmişdir. Beləliklə, ortada olan tarixi sənədlər sübut edir ki, iddialara baxmayaraq, M.F.Axundzadə 44 illik xidməti dövründə rəhbərlik tərəfindən cəzalandırılmamış, yaxud tənbehə məruz qalmamışdır. Lakin...

 

İndi isə M.F.Axundzadənin Parisə göndərdiyi teleqram barədə. Arxivdə, əvvəldə qeyd etdiyimiz kimi, teleqramın surəti saxlanılır. Cəmisi bir neçə cümlədən ibarət olan, bəzi sözlərin üstündən xətt çəkilərək, təshih edilən mətn rus dilindədir və M.F.Axundzadənin özü tərəfindən qələmə alınmışdır. Tarix göstərilməmişdir. Görünür, M.F.Axundzadə həmin surəti teleqramın əsas mətnini hazırlamaq üçün yazmışdır. Mətndə duyulan pərakəndəlik də bundan xəbər verir. Teleqram Parisə, Baron Nikolaiyə ünvanlanmışdır. M.F.Axundzadə bəlaya düşdüyünü, tutduğu vəzifənin ləğv edilməkdə olduğunu, Baş İdarədə NubarovYüzbaşovun müsəlmanlara aid tərcümələrdən baş çıxara bilmədiklərini yazır və Nikolaidən xeyirxahlıq göstərib, knyaz Muxranskiyə teleqram göndərərək onun Baş İdarədə saxlanılmasını istəməsini xahiş edir... Bu kiçicik mətn bizə M.F.Axundzadə ilə bağlı bəzi məlum “gizlin”lərin açarını ötürür. Baş İdarədə vəzifədə saxlanılması üçün Rusiya imperiyasından xaricə - Fransaya təlaşdolu teleqram göndərməsi, imdad diləməsi onun çar hökumətinə çoxillik sədaqətli fəaliyyətinin əslində adekvat dəyərləndirilmədiyindən xəbər verir.

 

Teleqramın surətində adları çəkilən şəxslərin kimliyindən bəhs etmək başqa bir vacib məsələnin - “M.F.Axundzadə və müasirləri” probleminin hərtərəfli işıqlandırılması üçün əhəmiyyətli olacağı düşüncəsindəyik. Bu, M.F.Axundzadə ilə bağlı digər mətləblərin də üzərinə işıq salmağa yardımçı olacaq.

 

Əvvəlcə Nikolai barədə...

 

(Ardı var)

 

Şahbaz ŞAMIOĞLU (MUSAYEV)

Filologiya üzrə fəlsəfə doktoru, dosent

525-ci qəzet.- 2015.- 10 oktyabr.- S.28