Çin - qədim sivilizasiya və
müasir möcüzələr ölkəsi
(Əvvəli
ötən şənbə sayımızda)
Konfutsi ortodoksiyası müstəvisi ilə əlaqəsi
olmayan kommoner Sun Yatsen Havay adalarındakı və
Honkonqdakı Qərb üslublu məktəblərdə
oxumuşdu.
Tezliklə o, yenidən Havaya yollandı və orada
anti-Mancu qardaşlığını yaratdı, onun adı Bərpa
Olunan Çin cəmiyyəti idi.
Honkonqa qayıtdıqdan sonra dostları ilə birlikdə
ona oxşar cəmiyyət yaratdı. 1895-ci ildə Kantonu
tutmaq üçün uğursuz cəhddən sonra əvvəlcə
İngiltərəyə, sonra isə Yaponiyaya getdi,
axırıncı ölkədə xeyli dəstək
qazandı. Tokio inqilabçıların əsl
əməliyyat bazasına çevrildi. Kan
da Yaponiyaya qaçmışdı.
Dənizin arxasında yaşayan çinlilərdən
toplanan fondlar üstündə rəqabət aparan iki cəbhə
ölkənin özündəki gizli cəmiyyətə diqqətini
artırdı.
İslahatçılar güclü Qardaşlar
və Yaşlılar adlı gizli cəmiyyətlə
Yantszı vadisində birləşməyə
çalışırdılar. Erkən
1900-cü ildə bərpa olunan Çin cəmiyyətinin
inqilabçıları Qardaşlar və Yaşlılarla
ittifaq formalaşdırdılar, bu, Bərpa Olunan Han
assosiasiyası adlandı. Yeni orqan Sunu
öz lideri kimi təklif etdi. Bu qərar
onu həm də ilk dövrlər üçün Bərpa
olunan Çin cəmiyyətinin lideri etdi.
Millətçilər və inqilabçılar
Yaponiyadakı çinli tələbələr arasında daha
çox həvəsi ilə seçilən və çox
sayda olan tərəfdarlara malik idilər. 1896-cı ildə
Yaponiyaya 13 tələbə göndərilmişdi. 1905-1906-cı illərdə bu rəqəm 8 min nəfərə
çatdı. Bu tələbələrdən
çoxu təbliğatla məşğul olmağa
başladı və inqilabi səbəbin yaranması
üçün bilavasitə hərəkətə
keçdi. 1903-cü ildə
inqilabçı və millətçi təşkilatlar
anrti-Mancu bəyanatı olan “İnqilabi ordu” traktatını nəşr
etdirdilər və onun 1 milyon nüsxəsi buraxıldı.
Sun Yantsen artıq diqqəti mədəni olmayan
gizli cəmiyyət üzvlərinin səfərbər edilməsinə
verirdi. O, yüksək dərəcəli siyasi filosof
olmasa da, bir sıra nəzəri əsərlər yazdı. Onun cavabının nəticəsi xalqın
üç prinsipi - millətçilik, demokratiya və
sosializm oldu. Bunlar 1903-cü ildə meydana
gələnin prototipi idi. Amerika və
Avropaya iki illik səfərindən Sun Yatsen 1905-ci ilin
yayında Yaponiyaya döndü. Fəallar
Tokioda ona qoşuldular ki, Birləşmiş Liqa adlanan yeni təşkilat
yaratsınlar. Sunun liderliyi altında
intellektuallar öz əhəmiyyətlərini xeyli yüksəltdilər.
Sunun Liqadakı liderliyi heç də mübahisəsiz
deyildi. Onun xarici dövlətlər tərəfindən dəstəklənməsinin
Çin inqilabı üçün vacib olduğunu
anlaması, gənc intellektualların antiimperialist meylinə
mane olurdu. Yalnız mübarizlərin
yarısı xalqın həyat şəraitini
yaxşılaşdırmağı və ya sosializm prinsiplərini
ürəkdən qəbul edirdi, ondan üçdə biri isə
xalq prinsiplərinə rəğbətlə
yanaşırdı.
İdeoloji cəhətdən Liqa tezliklə
harmoniyasızlıq şəraitinə düşdü. Nüfuzlu nəzəriyyəçilərdən
bir hissəsi xalq prinsipini inkar etdi, bəziləri anarxizmə
yuvarlandı. Beləliklə, anrti-Manculuq,
Liqada yalnız ümumi bir ad kimi qaldı.
Rusiya-Yaponiya müharibəsində (1904-1905-ci illər)
Yaponiyanın qələbəsi Çində konstituionalizm
harayını qaldırdı. 1906-cı ildə saray
konstitusiyanı qəbul etməyi qərara aldı. İmperatriçə Tzu-Hsi öldükdə,
Hsüan-te adlı oğlan öz atasının regentliyi
altında taxt-taca gətirildi və o, 1908-1912-ci illərdə
hökmranlıq etdi. 1911-ci ildə saray iki
dəmir yolunu milliləşdirdi. Qoşunların bir
hissəsini Hupehdən Szeçyana köçürdü.
Bəzi qoşunlar Hupehdə qiyam
qaldırdılar və oktyabrın 10-da paytaxt şəhər
olan U-hanı işğal etdilər və bu, indi də
Çin inqilabının xatirə günü hesab edilir.
1911-ci il inqilabı Birləşmiş Liqa tərəfindən
deyil, Hupeh ordu hissələri tərəfindən
başlanmışdı. İnqilab
aşağı dərəcəli zabitlərin və inqilabi
qoşunların qətiyyəti, Mancu və Çin
qulluqçularının qorxaqlığı hesabına
uğurlu olmuşdu. Bir günün
içərisində qiyamçılar cəbbəxananı və
qubernatorun baş idarəsini tutdular və əyalət
paytaxtını ələ keçirdilər. Onlar Hupeh əyaləti məclisini inandırıb,
razı saldılar ki, Çin respublikasının
qurulduğunu elan etsinlər. Məclisin sədri
mülki hökumətin başçısı seçildi.
Bu mühüm qələbədən sonra bir sıra
tarixi tendensiyalar Tsin sülaləsinin yıxılmasına gətirib
çıxardı.
Çin-yapon müharibəsində Huay ordusu süqut
etdikdən sonra Tsin hökuməti yeni Qərb üslublu ordu
yaratmaq uğrunda mübarizə apardı. Lakin 1911-ci il
inqilabı başlananda keçmiş qubernator, general Yuan
Şih-kayı öz yeni ordusuna komandanlıq etməyə
çağırdı. İlin sonunda Yuan emissarları
ilə inqilabçı nümayəndələr arasında
başlanan sülh danışıqlarında
razılaşıldı ki, Tsin istefa verməli və yeni
respublikanın prezidenti vəzifəsinə Yuanın təyin
edilməsi rəsmi qaydada Milli Məclis tərəfindən həll
edilməlidir. Lakin məsələnin belə
qoyuluşu Yuan tərəfindən rədd edildi, güman ki,
o, ümid edirmiş ki, istirahətə gedən Mancu
monarxı tərəfindən təyin ediləcəkdir.
Lakin hadisələr onun əleyhinə işlədi
və prezidentlik Sun Yantsenə verildi. O, Milli Məclis tərəfindən
respublikanın müvəqqəti prezidenti təyin edildi. 1912-ci ilin fevralında Tsin sarayı taxt-tacdan əl
çəkməsi barədə dekreti elan etdi. Beləliklə, Tsin sülaləsinin 296 illik
hökmranlığına heç bir varis-filan olmadan son
qoyuldu.
Tsin sülaləsi XVIII əsrin ortalarından Daxili Asiya
xalqları ilə xoş münasibətlər qurmuş və
bu, görünməmiş sosial stabilliyə və iqtisadi tərəqqiyə
yol açmışdı. Kommersiya və sənaye
proqressi Çin cəmiyyətini monetar iqtisadiyyata cəlb
etdi. Bu şəraitdə qulluqçular,
xırda torpaq sahibləri və mülkədarlar ümumi əhalini
daha ağır şəkildə istismar etməyə
başladılar. Məmurların mənəviyyatı
da sülh və inkişaf illərində pozulmağa
başladı. Nəticə XVIII əsrin
sonunda iğtişaşların meydana gəlməsi oldu.
Tsinin Qərblə müharibələrdəki məğlubiyyətləri də sülalənin gücsüzlüyündən xəbər verirdi. Çin bu vaxt həm də sənayeləşmə yoluna düşürdü. Tsinin sərhəd sistemi və onun qonşu xalqlarla münasibətləri XIX əsr ərzində tədricən tənəzzülə uğrayırdı və onun üstündə gedən mübarizədə Yaponiya tərəfindən Tsin məğlub oldu. Bundan sonra Çinin imperialist dövlətlər tərəfindən parçalanması təhlükəsi meydana çıxdı.
Bu situasiya inqilabi işi yanacaqla təmin edirdi. Ancaq Tsini nə
inqilabçılar, nə də kəndli liderləri devirdi.
Bunda hərbi siyasətbaz Yuan şih-kayın
hiyləgərliyi və xırda torpaq sahiblərinin rejimə
loyallıqdan geri çəkilməsi mühüm rol
oynadı. Artıq kütlələrin həyatını
necə stabilləşdirmək probleminin həlli Çin
Respublikası liderlərinin üzərində qaldı.
XX əsrin
birinci yarısında Çində köhnə qaydanın tədricən
pozulması və yeni cəmiyyətə
hazırlığın qarışıqlığı
baş verdi. Baxmayaraq ki,
inqilab respublika yaratmışdı, ancaq Çinin demokratiyaya
faktiki olaraq heç bir hazırlığı yox idi. Yeni hökumətdə həmçinin hakimiyyət
qollarının bölünməsi barədə heç bir
razılıq yox idi.
İlk illərdə rəqabət 1913-cü ilin
fevralında parlamentə (həmçinin Milli Məclis
adlanırdı) seçkilərlə başlandı. Millətçi
partiya (Qomindan) köhnə inqilabçılardan düzəlməklə,
yerlərin komanda çoxluğunu tutmaqla qalib gəldi. Parlament daimi konstitusiya əmələ gətirməli
idi. Qomindanın seçkilərdəki qələbəsinin
başlıca təşkilatçısı Sun Çiao-yen
İcra Hakimiyyətinin prezidentdən daha çox parlament
qarşısında cavabdeh olması fikrini dəstəkləyirdi.
20 mart 1913-cü ildə həmin Sun qətlə
yetirildi. Qatilin etirafı və sonrakı
şəraitin əmələ gətirdiyi sübut möhkəm
qaydada Baş nazirin və güman ki, Yuanın
özünün bu işdə əlinin olduğunu göstərdi.
Parlament Yuanın borc almaq cəhdlərinə kömək
etməyə çalışdı, apreldə Yuan xarici
banklar konsorsiumu ilə danışıqları başa
çatdırdı və 125 milyon ABŞ dolları məbləğində
borc aldı.
O, sonra üç millətçi hərbi qubernatoru vəzifədən
götürdü. Yayda inqilabi liderlər Yuana
qarşı, sonralar İkinci İnqilab kimi tanınan qiyam təşkil
etdilər, lakin onun hərbi ardıcılları tezliklə
qiyamı yatırtdılar. İnqilabın
başlanmasının ikinci ildönümündə parlament tərəfindən
prezident seçilən Yuan oktyabrın 10-da and içdi.
Onun hökumətini xarici dövlətlərin əksəriyyəti
tanıdı. İcra hakimiyyəti parlament tərəfindən
təşkil edildikdə Yuan Qomindanın üzvlərini bir az əvvəl baş vermiş qiyamda
iştirakda günahlandırdı. 1914-cü
ilin yanvarında parlamenti buraxdı və konstitusiyanı
hazırlamaq üçün yeni orqan təyin etdi. Prezidentlik diktatorluğa çevrildi və tezliklə
məlum oldu ki, Yuan özü taxt-tacda olmaq şərtilə
imperial sistemi bərpa etməyi planlaşdırır.
Birinci Dünya müharibəsinin 1914-cü ilin avqustunda
başlanması ilə Yaponiya Müttəfiqlərə
(Antantaya) qoşuldu və Şandunda almanlarla çinlilərin
birgə dəmir yolunu tutdu. Çinə
müdaxilə etməyə isə icazə verilmədi.
1915-ci ilin yanvarında Yaponiya hökuməti gizlicə 21
tələbini Yuana təqdim etdi. Yaponiya Çini
özündən asılı etmək istəyirdi. Yuan ağıllı
qaydada danışıqlara əl atdı ki, Çinin güzəştlərini
məhdudlaşdırmağa çalışsın. Lakin onun xaricdən dəstəyi yox idi,
avropalıların başı müharibəyə
qarışmışdı, Yaponiyanı dayandırmaq
üçün heç bir imkan yox idi. Birləşmiş
Ştatlar müdaxilə etmək istəmirdi. Yuanın siyasi əleyhdarlarının əksəriyyəti
Yaponiyanın tələblərinə onun şəxsi
münasibətini dəstəkləyirdilər. Mayda Yaponiya Yuana 48 saatlıq ultimatum verməklə,
onu məcbur etmək istəyirdi ki, irəli sürülən
şərtləri qəbul etsin.
Yaponiya Mancuriyada geniş xüsusi imtiyazlar və güzəştlər
aldı, Şandunda Almaniyadan aldıqlarını daha da
möhkəmləndirdi. Mədənlər və metallurgiya məsələsi
birgə Çin-Yaponiya kompaniyasına çevrildi. Çin vəd etdi ki, başqa dövlətlərin
hansısa bir limana və ya sahil boyundakı adaya girməsinə
icazə verməyəcəkdir. Çin
heç bir başqa xalqa Yaponiyanın müstəmləkəsi
olan Tayvan yaxınlığındakı əyalətdə -
Fukien sahilində tərsanə və dəniz bazası tikməyə
imkan verməyəcəkdir.
Çətin xarici siyasət problemini həll etdikdən sonra Yuan öz taxt-tacı barədəki planına qayıtdı. Yapon hökuməti bu hərəkətə qarşı “məsləhət verməyə” başladı və Yuan planına əks olanlar buna qoşulmaqla öz müttəfiqliyini təklif etdi. Üstəlik, Qomindanın və Proqressiv partiyanın liderlərindən də müxalifət gəldi. Sun Yatsenin iki ardıcılı monarxiya əleyhinə hərəkətə başladı. Hərbi qiyamlar baş verdi. İnqilabçı generallar Yuandan öz planını ləğv etməyi tələb etdilər. O, bunu etməyəndə Yunnan ordusu Szeçuana və Kunasiyə müdaxilə etdi. Yapon hökuməti Sunu və Yunnan liderlərini fondlarla, silah və sursatla təmin etdi. Mart ayından üsyan ciddi ölçülər aldı və ictimai rəy güclü qaydada Yuana qarşı çevrildi.
Yuanın birbaşa tabeliyində olan iki general, onlardan
biri Tuan idi, əleyhdarlara qoşuldu. Onlara kömək
üçün müraciət etdikdə, hər ikisi
özünü xəstəliyə vurdu. Martın
22-də geniş dönüş başlandıqda, Yuan yeni
imperiyanın ləğv edilməsini elan etdi. Ona müxalif olanlar isə tələb etdilər ki,
prezidentlikdən də əl çəksin. Üsyan genişlənməkdə davam edirdi, daha
çox sayda hərbi lider öz əyalətlərini müstəqil
elan edirdilər. Nəticə Yuanın
istirahətə yollanması kimi bir uğura çevrilməli
idi. Lakin prezident ciddi xəstə idi və
6 iyunda 56 yaşında öldü.
Yuanın
dörd ili Çin üçün ciddi nəticələrə
səbəb oldu. Ölkənin xarici borcu xeyli
artmışdı, borcların siyasi məqsədlər
üçün alınması qaydası qoyulmuşdu. Ölkə rəqabət aparan
parçalanmış hərbi satrapiyalapa çevrilmişdi,
bu müharibə ağalığının
başlanğıcı idi. Çin adda
respublika olsa da, onun yalnız hərbi gücə əsaslanmaqla
idarə edilməsi bir siyasi reallıq idi. 1912-ci
ildə parlament Tuanı Baş nazir təyin etdi.
1917-ci ilin fevralında amerikan hökuməti Almaniya ilə
münasibətləri sərtləşdirdi və Çin də
daxil olmaqla neytral dövlətləri eyni qaydada hərəkət
etməyə dəvət etdi. Bu, Çin hökuməti
ilə münasibətdə böhrana səbəb oldu. Sun Yatsen Şanxayda sübut edirdi ki, müharibəyə
daxil olmaq Çinə heç bir fayda verməyəcəkdir,
üstəlik, Yaponiyadan təhlükə meydana gələcəkdir.
Ağır təzyiq altında parlament Almaniya ilə sərt
diplomatik münasibətlərin qəbul edilməsinə səs
verdi. Birləşmiş
Ştatlar apreldə I Dünya müharibəsinə girəndə,
Tuan istəyirdi ki, Çin də bunu etsin, lakin prezident yenə
də buna əks çıxdı.
(Ardı var)
Telman Orucov
525-ci qəzet.- 2015.- 10 oktyabr.- S.26