“Təyyarə qanadında uçan
ruh”un təqdimatı keçirilib
Azərbaycan Dillər Universitetində
(ADU) Almaniyada yaşayan,
ADU-nun məzunu olmuş,
yazıçı-publisist Əzimə
Ağalarovanın “Təyyarə
qanadında uçan ruh” adlı kitabının təqdimat
mərasimi keçirilib.
Azərbaycan dili və ədəbiyyatı kafedrasının
dosenti Əqidə Axundovanın təşkilatçılığı
ilə baş tutan mərasimdə Adil Babayev yazıçının
müəllimi olduğunu,
tələbəlik illərində
savadı, çalışqanlığı
ilə seçilən
tələbələrdən biri kimi həmişə
xatırlandığını söyləyib: “ 1959-cu ildə
Zərdab rayonunda dünyaya göz açan Ə.Ağalarova
1976-cı ildə rayondakı
Ş.Qurbanov adına orta məktəbi bitirərək Dillər İnstitutuna daxil olub. Əmək fəaliyyətinə 1984-cü
ildə Daxili İşlər Nazirliyində
başlayıb. 1993-cü
ilin dekabr ayından Almaniyada yaşayır. O, “Gecələrdə
gizli qaldım” və “Bakıdan Qahirəyə və Stokholma uzanan yol” kitablarının müəllifidir”.
Tədbirdə “Təyyarə qanadında uçan ruh” kitabında yazıçının
Şərqlə Qərbin
qarşılaşdırılması mövzusuna toxunulub.
Sonra tələbələrin
suallarını cavablandıran
yazıçı seçdiyi
mövzuların tam təxəyyül
məhsulu olduğunu söyləyib.
S.ABDULLAYEVA
525-ci qəzet.- 2015.- 10 oktyabr.-
S,17.