Kaşeyin ölümü - cəmiyyətin müflisləşməsi

 

 

YA DÜNYA MƏHVƏRİNDƏN QOPUR, YA DA İNSANLAR NƏFSİNDƏN

 

Ulduzjurnalının 9-cu sayında Xalq yazıçısı ElçininKölgəhekayəsi Kaşeyin taleyipovestinin yer aldığıKaşeyin taleyiadlı kitab AYBkitab layihəsi çərçivəsində  çap olunaraq  oxuculara hədiyyə edildi.

 

Xeyli vaxtdırKaşeyin taleyiilə bağlı yazmaq haqqındakı fikirlərimə bu kitab xüsusi ruh verdi. Kaşeyin xoruz-kişi kəsərsizliyi, cəmiyyətin əlində oyuncağa çevrilməsi, hətta onun kimilərinin sayının get-gedə çoxalması, eləcə saflıq-zəiflik, fərd-cəmiyyət konfiqurasiyasına  yazıçının poetik həyəcan təbilini duyurmaq məcburiyyətini hiss etdim özümdə.

 

Son illər Elçinin yaradıcılığı janrlar harmoniyası ilə seçilir: hekayələr, povestlər, ədəbi tənqid, esse, dramaturgiya nəhayət nağıllar. Elçinin nədən yazırsa yazsın həyat hadisələrinə realist qələmi ilə sığal çəkir. Dərin humanizm, səliqə-sahman, məntiqli  müəmma”ların açılması - reallaşması kimi parametrlər Elçin stixiyasının özəyidir. Onun əsərlərində Dolça da, canavar da, Kaşey insanların simvolik arxetipləridir. Bəs üçün yazıçı postmodernizmin təhtəlşüur qəbul olunduğu bir zamanda bitki heyvanların dili ilə danışır? Özü təmsil yox, məhz hekayə povest kimi janrlarda?

 

Bəşər övladı yaranandan sonra ondan daha yırtıcı bir məxluq yaranmayıb. Bəlkə elə buna görə yazıçı, insana hörmət əlaməti olaraq, onu onun özündən daha zərif heyvanın cildində təsvir edir. Ən vəhşi heyvanın da gözlərinin içinə tam səmimiyyətinlə baxdıqda o, insana toxunmur. Adəm övladına isə necə baxırsan bax, o, daxilindəki şərə qalib gələ bilmir. Lakin humanist yazıçı kimi Elçin zəif - “kiçik insanlar”ın mənafeyini qoruyur bütün yaradıcılığı boyu da bu ideala sadiqdir. Kaşeyin taleyipovestinə gəldikdə isə bu əsərində Elçin paradoksal cəmiyyətdə qəhrəmanlarının, əslində isə bizim dünyaya münasibət yaşamaq uğrunda mübarizəmizi əks etdirir.

 

Elçin əsəri üç  nöqtə ilə başlamaqla burada nağıl edilənlərin tarixinin daha əvvələ getdiyini göstərir povestdəki hadisə münasibətlərin silsilə şəklində davam etdiyini, təkrarlandığını göz önünə gətirir. Müəllif əsərin ideya-bədii qayəsini zaman-zaman, ardıcıllıqla açır. Diqqəti çəkən əsas məqamlardan biri əsas obraz olan Kaşeyin ictimai statusu məsələsidir. Kaşey kimdiryaxudnədirsualının hansı doğrudur? Qrammatik qanunlara zidd olsa da, burada sualınnədirşəklində qoyulması əsərinproseduralməramına görə daha uyğundur. Çünki: “Dünyanın hansı rəngini desəydin, Kaşeyin - Zərbalanın xoruzunun - tüklərində, qanadlarının, uzun dimdik pırpızaq quyruğunun ləçəklərində tapmaq olardı bu sağlam tüklər, ləçəklər xüsusən gün işığında par-par parıldayaraq rəng alıb, rəng verirdi. Uzun boynunu elə dik tuturdu ki, elə bil Allahın bacısı oğludur, bütün kürreyi-ərzə yuxarıdan aşağı baxırdı... uzun sözü qısası, Kaşey xoruz yox, dünyanın səkkizinci möcüzəsi idi”. Bu cümlələr bizə əsas verir ki, Kaşeyi geniş mənada məhvərindən qopan dünyanın, dar çərçivədə isə sütunu laxlamış cəmiyyətin - ictimai quruluşun simvolu kimi xarakterizə edək. Onun döyüşünü həyatın ölüm üzərindəki qələbə uğrunda savaşı da adlandırmaq olar. Baxmayaraq ki, yazıçı əsərin bir yerində bədii qayəsini Stomatoloq Feyzi bəyin dili ilə belə ifadə edir: “Ölümsüz Kaşey kalbine sahib çıkammadı!... - Kardeşim, bu dünyada ebedi bir şey yok!... Keçmiş olsun!...Yəni insan öz qəlbinin, hisslərinin quludur. elə buna görə dünyada əbədi heç yoxdur. Hətta Əminənin Zərbalayahara, Zərbala” - sualına - “Gora”... - deyə cavab verməsi ilə Elçin ölümün varlığın faktiki sonu olduğu gerçəyini nəzərə çatdırıb.

 

Bununla belə Kaşeyin əbədi tənqiddə təzadlı obraz olacağını düşünürəm. Çünki onu cəmiyyətin arxetipi yoxsa müəllifin sadəcəBessmertniy Kaşeyfilminin təsiri ilə Kaşey xoruz obrazını bir vasitə seçərək yazması tənqiddə müxtəlif variasiyalara gətirib çıxaracaq. Povestdə həm Zərbalanın Kaşeyə arpa, buğda alması, onların bir-birilərinə məhəbbətinin qarşılıqlı olması, Kaşeyin ərköyünlüyü bizi Kaşeyi həm cismani varlıq olaraq təhlil etməyə yönəldir.

 

Bədbəxtlk gələndə dalbadal gəlir” - deyən Anna Viktorovna haqlıydı. Çünki bazar iqtisadiyyatının sərt qanunlarıyla ayaqlaşa bilməyən Zərbala kimilərin timsalında taleyin hər addımda onları daha betər bədbəxtliklərə atacağını göstərir. Zərbala övlad həsrəti çəkir, sonra övladı xəstə doğulur, üstəlik həşərat əleyhinə dərmanlar satmaqla əldə etdiyi qazancla ailəsini dolandıra bilmir. Nəhayət Kaşey onların yenicə üzünü güldürdüyü bir vaxtda, o da döyüş meydançasından qaçmaqla Zərbalanın da taleyinin qaçağanlığına işarə edir. Molla Zeydulla da otuz ildən çox orta məktəbdə idman müəllimi işləyib, sonra təqaüdə çıxıb. İndi mollalıq edir. Əslində isə ürəyinin dərinliyində müəllim, molladır. Klassik ədəbiyyat vurğunu olan, şair təbli insandır. Gecələr yas mərasimindən gəlib yorğun yatsa da sabah erkəndən oyanıb mütləq kitabxanasına müraciət edər, Hafizdən, Nizamidən qəzəllər oxuyardı. Di gəl ki, xeyli zamandır Kaşeyin qartımış banı onu yatmağa qoymur. Qonşuluq xatirinə də Zərbalaya bir söz deyə bilmir. Digər tərəfdən də yazı-pozusundan olur, xoruz ilham pərilərini qovur. İki nəfərin bildiyi sirr olmasa da, Molla Zeydullanın şairlik sirrini ancaq arvadı Xeyransa və həkim Cəfərov bilirdi. Elçin burada maraqlı bir assosiasiya yaradıb. Əvvəla həkim Cəfərov kənddə savadlı, ağzıbütöv, təmkinli adam kimi tanınan, istefaya çıxmış tibb xidməti polkovniki idi. Onun Molla Zeydullaya münasibətini yazıçı belə qələmə alıb: “ ...və bu dünyada gərək Molla Zeydulla kimi qrafoman olasan ki, yaşının bu çağında sağlamlığının qeydinə qalmaq əvəzinə, başdan-başa xolestrin olan yağlı qoyun əti yeyə-yeyə kosmosinternet əsrində güldən, bülbüldən, Leyli və Məcnundan mənasız şeirlər yazasan”.  Burada yazıçı həm Zeydullanın əsl kimliyini açır, həm də peşəsinə uyğun, əsl tənqidçi kimi şairlərə elmi prizmada deyil, məhz obrazdan çıxış edərək dövrün tələblərinə uyğun şeir yazmağın və ümumilikdə, postmodernist dünyaya açılmağın vacibliyini vurğulayır.

 

Həkim Cəfərov da bəxti gətirməyənlərdən idi. İki övladı - Yekaterina və Aleksandrı görmək, “haçansa oturub nəvələrinə şirin-şirin xatirlər danışmaq perspektivi sıfıra bərabərdir”.  Üstəlik, o rəsmi şəkildə nə öz adı, nə də ata adı ilə tanınırdı. Adı Ağakərim, atasının adı Hüseynqulu idi. Lakin Sovet dövründə pasportunaAqa Kerimoviç Djafarov” yazılıb və o gündən eləcə tanınıb.Onun arvadı Anna da ata-anasını, sonra bacısını itirib. İndi də övladlarından ayrı yaşayır. Yəni povestdə yaradılan “kiçik” insanların hərəsi bir cürə bədbəxtdir. Və bunların taleyində biz asanlıqla özümüzü, ruhumuzu, çağdaş zəmanəmizi  görə bilərik. Bununla bahəm, bu uğursuz insanlar həm də həlim, kövrək, səmimidirlər. Zərbala Kaşeyin döyüşünü izlərkən oğlu Gülbala gözünün önünə gəlir,  “...xoruz döyüşü nə qədər gözəl bir olsa da, hər halda içində bir qəddarlıq var idi - xoruz olandaolar?- qan tökülürdüGülbala üçün alınan o vitaminli import ərzaqlarda nəsə Gülbalanın təmizliyinə yaraşmayan bir şey var idi, bəlkə Gülbalanın xəstəhal bir uşaq olması da elə bununla bağlı idi?” -deyə düşünürdü. Qəssab Mirzağa onun kafesindən peraşki oğurlayan uşaqlara dəyməz, “Allah əvəzini verəcək”- deyərdi.

 

Elçin İbad dayının biznesiniKaşeyin taleyindən kənarda qoymur.  İbad dayının timsalında bazar iqtisadiyyatını  iti gözlə qələmə alır. Gödəkboy, tösbərək kişi olan İbad dayı bazarın gecə növbətçisidir, amma gündüzlər də pul qazana bilir. Xüsusən də şənbə günləri xoruz döyüşü keçiriləndə. Burada bir paradoksallıq var: İbad dayı pul qazanmağın yollarını yaxşı bilir. Xoruzları izləməyə gələn azarkeşlərdən yer pulu alır, onlara samovar çayını otuz qəpiyə, arada limonlu çayı da əlli qəpiyə satır. Mərc pulunu özü yığır. Hətta qonşu kənddən qarğıdalı, tum satmağa gələn yeniyetmə uşaqları görüb o işlə də özü məşğul olmaq - maşın pulu da yığmaq istəyir. Lakin “artıq tamah baş yarar”- deyə də düşünür. Yəni pula hərisliklə, nəfsinin savaşını verir. Buradan göründüyü kimi, Elçin İbad dayıların arxetipi olan, böyük işlər görmək istəyən kiçik insanların dünyasını çox məharətlə təsvir edir.

 

Kaşeyin taleyi” hekayə-povesti sənətkarlıq xüsusiyyətləri baxımından da rəngarəngdir. Əvvəla, Abşeron kəndlərinin təsviri Elçinin yaradıcılığında rəssam dəqiqliyi ilə verilir. Əsər 2012-ci il iyunun 30-da Zuğulbada yazılıb. Burada təsvir olunan mövsüm  isti yay fəslidir.

 

Elçin təsvir və ifadə metodunda da özünəməxsus tərz, üslub yaradıb. Qəssab Mirzəağanı təsvir edərkən onun arıqlığını göstərmək üçün “hər dəfə nəsə yeyəndə onun çeynəmə prosesi rentgen şəkli kimi adamın gözünün qabağında baş verirdi” - deyir. Elçin yazıçı kimi ədəbi qəhrəmanlarının adlarını hər zaman diqqətlə nəzərdən keçirir. Odur ki, bütün əsərlərində adlar harmoniyası yaradır. “Gümüşü furqonda Məsməxanımla Məmmədağanı yaratdığı kimi, burada da Zərbala, Zeydulla, Gülbala isimlərini  məntiqli şəkildə poetik fiqur kimi mənalandırıb. Obrazların dil məsələsinə gəlincə isə, Elçin yenə də ənənəsinə sadiq qalaraq onları öz dilləri, dialektləri ilə danışdırır. Yeri gəlmişkən, burada sosial bir həyəcan siqnalı da verir müəllif. Həkim Cəfərovun rus dilində, Feyzi bəyin türk dilində danışması ilə Elçin hələ də dilimizin  təmizlənmədiyini göstərməklə “Anamın kitabı”na işarə edir.

 

Kaşeyin döyüşü bitsə də, Zərbalaların tale savaşı bitmir.

 

Rübabə SAHİB

525-ci qəzet.- 2015.- 10 oktyabr.- S.16