Türk xalqlarının kitab abidələri. Elektron kitabxana” təqdim edilib

 

Prezident Kitabxanasının əməkdaşları türkdilli xalqların mədəni irsinin bir hissəsi olan kitab abidələrinin Kitabxananın fondunda olan nüsxələrinin elektron versiyalarını hazırlamış, bir qisminin isə elektron versiyalarını virtual məkandan toplayaraqTürk xalqlarının kitab abidələri. Elektron kitabxanaadlı resurs (www.turklib.az) yaradıblar.

 

Prezident Kitabxanasında bu elektron resursun təqdimatı olub.

 

Prezident Kitabxanasının direktoru Mayıl Əhmədov çıxış edərək elektron resurs barədə məlumat verib. Bildirib ki, bu layihənin həyata keçirilməsində başlıca məqsəd türk xalqlarının pərakəndə halda olan kitab abidələrini vahid portalda internet istifadəçilərinə təqdim etməkdən ibarətdir.

 

Mayıl Əhmədov XX əsrin sonlarından etibarən türkdilli dövlətlər arasında əməkdaşlıq proseslərinin genişləndiyinə diqqət çəkərək türkdilli ölkələrin dövlət başçılarının ilk zirvə toplantısının 1992-ci ildə Ankarada baş tutduğunu söyləyib: “Sonrakı illərdə belə görüşlər müxtəlif vaxtlarda İstanbul, Antalya, Bişkek, Daşkənd, Bakı, Naxçıvan Astanada keçirilib. Bu zirvə görüşlərində türk xalqlarının dövlətlərinin bir-birinə inteqrasiyası, ortaq milli-mənəvi dəyərlərin qorunması gələcək nəsillərə çatdırılması məsələləri ön plana çəkilib”.

 

Direktor, türkdilli ölkələrin dövlət başçılarının 2009-cu ilin oktyabrın 3-də Naxçıvanda keçirilmiş IX Zirvə Toplantısında isə münasibətlərin keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu vurğulayıb. Diqqətə çatdırıb ki, Naxçıvan Zirvə toplantısında Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası təsis olunub, TÜRKSOY fondunun yaradılması haqqında Azərbaycan Prezidentinin təklifi qəbul edilib.

 

M.Əhmədov deyib ki, cari ilin sentyabrın 11-də Astanada Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının V Sammitində ortaq türk televiziya kanalının ortaq xəbər agentliyinin yaradılması ilə əlaqədar Anlaşma Memorandumlarının imzalanması xalqlarımız arasında əlaqələrin inkişafına güclü təkan verəcək. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev həmin sammitdəki çıxışında Türk Akademiyasının Türk Mədəniyyəti İrsi Fondunun yaradılmasının gələcəkdə türkdilli dövlətlər arasında müxtəlif layihələrin icrası üçün gözəl imkanlara yol açacağını vurğulayıb.

 

Sonra elektron resurs təqdim olunub.

 

Elektron resursun əsas bölməsiÜmumtürk yazılı abidələriadlanır. Orta türk dövrünün möhtəşəm yazılı abidələrindən olanKül-Tegin: Orhun-Yenisey Yazıtları VI-VIII” kitabəsi, “Bilqamıs”, Kitabi-Dədə Qorquddastanları, Yusif BalasaqunlununQutadğu bilig”, Mahmud KaşğarininDivanü lüğət-it-türk”, Əhməd YasəvininDivani-Hikmət”, “Fəzlullah RəşadəddininOğuznaməəsərlərinin elektron variantları bir neçə dildə bu bölmədə toplanıb.

 

Manas”, “Alpamış”, “Koblandı batır”, “Qırx qız”, “Ural Batır”, “Maday Kara”, “Olonxo”, “Ulıp”, “Edigey”, “Nart”, “Koroğlu s. türk epik dastanlarının elektron variantları layihənin ikinci bölməsində təqdim olunur.

 

Layihənin üçüncü bölməsində ümumtürk yazılı abidələrinin ayrı-ayrı türk xalqlarının eposları, dastanları, əsatirləri, nağılları haqqında dünya şərqşünaslarının tədqiqat əsərləri, monoqrafiyaları ensiklopediyaların elektron variantları verilib. Məşhur alimlərdən V.V.Radlovun, S.Y.Malovun, B.A.Jetpisbayevanın, H.B.Paksoyun, M.İ.Çığın, Nizami Cəfərovun, Kamal Abdullanın, yazıçı Anarın başqalarının tədqiqat əsərləri bu bölmədə toplanıb.

 

Resursun dördüncü bölməsində ayrı-ayrı elmi nəşrlərdən - “Türkologiya”, “Bakı Slavyan Universitetinin Elmi əsərləri”, “Türk Dünyası İncelemeleri Dergisi”, “Milli Folklor”, “Kitabxanaşünaslıq informasiya”, “İRS Naslediye”, “Sovetskaya tyurkologiyajurnallarından ədəbi-bədii nəşrlərdənAzərbaycan”, “Qobustan”, “Ozan dünyası”, “Dədə Qorqud”, “Ulduzjurnallarından seçmə məqalələrin mətnləri verilib.

 

Resursun tədqiqatçılar üçün xüsusi önəm daşıyan bölmələrindən biri türkdilli xalqların kitab abidələri folklor nümunələrinə aid müxtəlif dillərdə yazılmış kitabların dissertasiyaların biblioqrafiyasının tərtib edilməsidir. Elektron resurs vasitəsilə internet istifadəçilərinə həmçinin, bu mövzuya dair faydalı linklərin ünvanları da təqdim olunur.

 

Tədbirdə Milli Məclisin Mədəniyyət Komitəsinin sədri, AMEA-nın müxbir üzvü Nizami Cəfərov, professorlar Məhərrəm Qasımlı, Buludxan Xəlilov digər çıxış edənlər elektron kitabxananın əhəmiyyətini qeyd ediblər.

 

Bildirilib ki, bu resurs türk xalqları arasında ilk dəfə Azərbaycanda hazırlanmış ciddi bir layihədir. Bu layihə türk xalqlarına məxsus olan müştərək yazılı abidələri bir sistem kimi elektron versiyada təqdim edir. Buraya xüsusilə qədim dövrdən başlayaraq bütün müştərək yazılı abidələr daxil olunub. Bu resursda diqqəti cəlb edən, türkoloji düşüncənin inkişafında mühüm addım hesab olunan əsas amil ondan ibarətdir ki, resursda ən görkəmli türkoloqların türk xalqlarına məxsus olan yazılı abidələri barəsində tədqiqatları yer alıb. Eyni zamanda konkret türk xalqlarına məxsus olan yazılı abidələr bu elektron resursda öz əksini tapıb.

 

Çıxış edənlər yeni yaradılan resurs barədə irad təkliflərini səsləndiriblər. Bildirib ki, elektron kitabxanada əsas diqqət yetirilməli məqamlardan biri təsnifat məsələsidir.

 

Tədbir müzakirələrlə davam etdirilib.

 

S.ABDULLAYEVA

525-ci qəzet.- 2015.- 10 oktyabr.- S.10