Dalğalar
Baxıram dənizə - sinəsi mərmər,
Durnatək düzəldir qatar dalğalar,
Elə şahə qalxıb, elə enirlər,
Qorxuram özündə
batar dalğalar.
Nəsə can atırlar nağıllayalar,
Yatmırlar, elə bil uğur yayalar,
Sanki zənn edirlər oğurlayarlar,
Suyunu, bir azca yatar dalğalar.
Çıxar məcrasından sahili
qoysa,
Sanır
ləkə qalmaz dünyanı yusa,
Bilir ki, insanın gözləri doysa,
Hamıya hər şeydən çatar, dalğalar.
Görəndə insanlar baxmır
heç nəyə,
Qəzəbdən az qalır cilovun yeyə,
Elimin köksünə batmasın
deyə,
Dərdi özü ilə dartar dalğalar.
Dəstə bağlayırlar gör
neçə vaxtdı,
Sanki Qarabağda quralar taxtı,
Yəqin
düşünürlər vətənin haqqı,
Məntək onları da tutar, dalğalar.
Yaxın
durmasın
Gözdən yan etmişəm
nəm gəmisini,
Çaşlıq əməlimə yaxın
durmasın.
Dəryaza vermişəm qəm
zəmisini,
Qəm sözü
dilimə yaxın durmasın.
Düz qurdum sevgimin təməllərini,
Danlağa verməyim əməllərimi,
Mən elə sıxmışam
dost əllərini,
Tost əli,
əlimə yaxın durmasın.
Rəbbə dua edir əsl analar,
Qara geyinməsin əlixınalar,
Dəli
tək qəlb sevir, dəlixanalar
Qoy mənim
dəlimə yaxın
durmasın.
Heç
zaman olmayıb nəfsim kəsirdə,
Harama düşməyib canım
əsir də,
Haqq söz demirəmsə, heç mürdəşir
də,
Ölərsəm, ölümə yaxın durmasın.
Ülviyəm, örtməyib gözümü
pərdə,
Ərmağan edərəm qanımı
mərdə,
Alsa, beh verəm canımı dərdə,
Xalqıma, elimə yaxın durmasın.
Gəlsin
Ay qardaş, əl gəzdir bir az çaşına,
Əməlin sevilsin, arşına gəlsin.
Rəğbət qat, sevgi at, atsan aşına,
Nifrəti qoymaya qarşına gəlsin.
Qəmi
qula çevir, qolunu bağla,
Görsən qul qudurur, qulunu bağla,
Nisgil gələn yolun, yolunu bağla,
Gəlsə də qoy boşu-boşuna
gəlsin.
Bilmirsən, öyrən bil
yaz nədir, qış nə,
Danışma anmasan göz nədir, qaş nə,
Baş bilə bilmirsə baş nədir, daş nə,
Qoy o baş
Tanrının daşına
gəlsin.
İbrət ol, ibrətsiz itdiyi yolda,
Gül bitir, tikanın bitdiyi yolda,
Yolçu qəsdən azsa
getdiyi yolda,
Yol vermə
yolçunun xoşuna
gəlsin.
Ay Ülvi, elimə o qədər tənəm,
Bir sirr var, qoy
deyim, saxlamır çənəm,
Vallah az qalıram
dərdə evlənəm,
Qoymayım heç kəsin başına gəlsin.
Bu, yaşam deyil...
Tanıdığım bir ailənin faciəsindən
Sən ey atasına yumruq atan qız,
O əllər nə vaxtsa quruyacaqdır.
Heç
kəs deməyəcək
sənə "matan qız",
Yolun cəhənnəmə
buyuracaqdır.
Heç
yada saldınmı bir vaxtlar atan,
Nə qədər
öpübdür o əllərindən.
Sənə bir ləkədir
sənin bu xətan,
Bacara bilirsən
yu əllərindən.
Çox
yığdın üstünə
cəhənnəm yükü,
Müqəddəs varlığı zəlil
etmisən.
Bəlkə əlillərə çatan
pul üçün,
Vurub ata gözün əlil etmisən?
Qoçuluq heç kəsə
deyil yaraşıq,
Bilmirəm Rəbb necə vəfa qılacaq.
Ata gözlərində sönən
o işıq,
Sənin başın üstə kabus olacaq.
Heç
bir davranışın
deyil düzünə,
Tamamən şər üstə tamamlanırsan.
Elin ağız suyu qonur üzünə,
Yəqin sən də belə hamamlanırsan?
Vicdanı, insafı, sən
ey yatan qız,
Bu yaşam deyildir
ondan qaç, qurtar.
Bu gün atasına yumruq atan qız,
Sabah vətənini atoma
tutar.
Mənim
Sənə ağuşumu açdım
gizlicə,
Sən isə dırmandın belimə mənim.
Min yol öldürürsən
dirigözlücə,
Bir yol əlin dəymir əlimə mənim.
Peymanı bağlayıb, əhddən
qaçan sən,
Olmadın sevgimə ali məkan sən,
Bu qədər başıma oyun açan sən,
Nə cavab verəcək elimə mənim.
Yolunu azanı dəli sanırlar,
Həsrəti gözlərin mili
sanırlar,
Dünyada ən sulu
Nili sanırlar,
Yəqin baxmayıblar selimə mənim.
Nə etdin dinmədim, canın sağ olsun,
Qoydun eşq çinarım dönüb tağ olsun,
Dedim məzəmmətlə, üzün
ağ olsun,
Sən yaxdın
o rəngi telimə mənim.
Tərsliyin Ülvini olaya saldı,
Zirvədən endirib çalaya
saldı,
Özümü öz dilim bəlaya saldı,
Atını gəl bağla dilimə mənim.
Dedi
Bir eşqi qıc olmuş ömrümü çaldı,
Yolunda gül əkdim, qara kol dedi.
Soruşdum: - Bəs əhdin
harada qaldı?
- O adi rol idi,
adi rol - dedi.
Bir məhəl qoymadı könül şəhrimə,
Dedim:- Gəl bürüyüm səni mehrimə,
Gözucu
baxmadı mehrin sehrinə,
Mehrə
də, sehrə də köhnə çul dedi.
Vermədi qoruyam macal, canımı,
Sanki iki böldü Qacar canımı,
Dedim:- Əzrayılsan gəl al canımı,
- Onsuz alacağam, - hazır ol-dedi.
Sevgi ocağından köz çıxarmadı,
Düzdür dedikləri göz
çıxarmadı,
Ağzından bir şirin söz çıxarmadı,
Rişxəndi yağdırdı, bola bol dedi.
Belə
gəlməyəydi gərək
qapıma,
Fələktək üz tutdu mələk qapıma,
Tənəni vurduqca ürək
qapıma,
Sanki futbolçuydu - "ura",
"qol"- dedi.
Ay Ülvi, gör hələ nə oldu sonda,
Səsini
qaldırdı ən uca tonda,
Dedim: - Cəhənnəmə gedirəm
onda,
Bir ona yandım ki, "Yaxşı yol" - dedi.
Əbülfəz
ÜLVİ
525-ci qəzet.- 2015.- 13 oktyabr.- S.7.