NuhçıxandanNaxçıvanakitabı təqdim olunur

 

 

Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Milli Məclisin deputatı, akademik İsa Həbibbəylinin "NuhçıxandanNaxçıvanakitabı "Elm təhsilnəşriyyatında çapdan çıxıb.Kitabda Azərbaycanın ən qədim elm, təhsil mədəniyyət mərkəzlərindən biri olan Naxçıvanın qədim tarixiinkişaf yoluna, müasir dövrdəki yüksəlişinə, ədəbi-elmi mədəni mühitinə, görkəmli şəxsiyyət¬lərinin həyat yaradıcılığına həsr edilmiş tədqiqatlar oxuculara təqdim olunur.

Kitabın "Dövlətçilik işığındabölməsində akademik İsa Həbibbəyli görkəmli dövlət xadimi, Azərbaycan xalqının Ulu Öndəri Heydər Əliyevin Naxçıvandan başlayan Azərbaycanın xilas yoluna işıq salınır. "Azərbaycanın qurtuluş zərurəti Heydər Əliyevin böyük xilaskarlıq missiyasıməqaləsində görkəmli dövlət xadiminin xilaskar kimi Azərbaycan miqyasında, o cümlədən Naxçıvan Muxtar Respublikasında həyata keçirdiyi tarixi xidmət nümunəsi olan böyük hərəkatın geniş elmi təqdimatı verilmişdir. Eyni zamanda, kitabda ölkəmizin Prezidenti İlham Əliyevin respublikamızda regionların inkişaf etdirilməsi proqramı əsasında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun böyük səyləri ilə Naxçıvanda aparılmış geniş quruculuq işlərindən yeniləşmə proseslərindən ətraflı bəhs olunur.

"Nuhçıxan-Nuhdaban "Azərbaycan tarixində Naxçıvan”bölmələrindəki məqalələrdə 5 minillik tarixə malik olan Naxçıvan diyarında ilkin şəhərsalmamədəniyyəti, arxeoloji tədqiqatların nəticəsində ortaya çıxan zəngin tarixi-mədəni irs, Naxçıvan sözünün etimologiyası sair kimi məsələlərdən genişbəhs edilir. "Gəmiqaya dünyası: Sivilizasiya prosesləri Naxçıvan”, "Naxçıvan Duzdağı: tarix müsirlikadlı məqalələrdə ilk dəfə olaraq Dünya tufanı Nuh peyğəmbərlə əlaqədarciddi elmi məsələlərə işıq salınır, aydınlıq gətirilir.

"Cəhalətdərdinin dərmanı: maarifçilikbölməsində XIX əsrin sonu XX əsrin əvvəllərində Azərbaycanda realist-demokratik ədəbi-maarifçi hərəkatın görkəmli rəhbərlərindən biri olan Cəlil Məmmədquluzadə onun Məhəmməd Tağı Sidqi, Eynəli bəy Sultanov, Mirzə Cəlil Şürbi, Mirzə Əbülqasım Sultanov, Məmmədqulubəy Kəngərli, Paşa ağa Sultanov, Xəlil Sadıqov, Ələkbər Məmmədxanov, Tağı bəy Səfiyev, Əliməmməd Xəlilov, Məmməd bəy Qazıyev başqaları kimi maarifçi müasirlərinin çoxcəhətli fəaliyyəti zəngin arxiv materialları nadir sənədlər əsasında oxuculara təqdim olunur.

Akademik İsa Həbibbəyli "Naxçıvan ədəbi mühitibölməsində Azərbaycan ədəbiyyatının çoxəsrlik inkişafında Naxçıvandan çıxmış tanınmış yazıçıların xidmətlərindən, muxtar respublikadakı müasir ədəbi proseslərdən bəhs edir. "Azərbaycan elmində Naxçıvanbölməsiisə qədim dövrlərdən bu günə qədərki Naxçıvanın elmə bəxş etdiyi töhfələri İsa Həbibbəylinin müasirləri olan elm adamları haqqındakı tədqiqatları əhatə edir, Azərbaycan elminin Naxçıvan məktəbi haqqında aydın geniş təsəvvür yaradır.

"Ulu qüvvət: mədəniyyət” –Azərbaycan teatrının Naxçıvan məktəbinin təsviri sənətdə Naxçıvan torpağının yetirmələrinin inkişaf yoluna, özünəməxsus¬luqlarına işıq salır. "Koroğluoperası Naxçıvan səhnəsindəməqaləsi Naxçıvan Muxtar Respublikasında mədəniyyətin yüksək inkişafını göz önünə gətirir.

"Əfsanələr diyarıbölməsində İsa Həbibbəylinin şifahi xalq ədəbiyyatı haqqında tədqiqatları, Naxçıvanda yaranan folklor örnəklərinə dair araşdırmaları ilə tanış olmaq olar. "Basatın Təpəgözü öldürdüyü boy”da Naxçıvanməqaləsində Naxçıvandakı Dədə Qorqud toponimləri haqqında geniş məlumat verilir.

"Poeziya mahnıbölməsində Naxçıvana həsr edilmiş şeirlər mahnılar yer alır.

"NuhçıxandanNaxçıvanakitabı Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvanın elmi-ədəbi salnaməsidir. Kitabda tarixilik müasirlik işığında Naxçıvanda çoxəsrlik inkişaf yeni ədəbi-mədəni proseslər elmi baxımdan geniş şəkildə təhlil edilib ümumiləşdirilir.

Filologiya üzrəfəlsəfə doktoru Ağahüseyn Şükürovun "Akademik İsa Həbibbəyli haqqında bir neçə söz, yaxud böyük ömrün tezisləriməqaləsitanınmış alim elm təşkilatçısınınçoxcəhətli elmi fəaliyyətinə bir "Baxış”dır.

Xatırladaq ki, 845 səhifəlik "Nuhçıxandan –Naxçıvana” adlanan kitabın elmi redaktoru akademik Teymur Kərimlidir.

 

525-ci qəzet.- 2015.- 13 oktyabr.- S.7.