İsrafil İsrafilov
TÜRKSOY Teatr Direktorları
Şurasının toplantısında iştirak
edib
Türkmənistanda TÜRKSOY-a üzv
olan dövlətlərin
Teatr Direktorları Şurasının toplantısı
keçirilib.
Milli Dram Teatrının
mətbuat xidmətindən
APA-ya verilən məlumata görə, tədbirdə TÜRKSOY-un Azərbaycan
üzrə təmsilçisi
Elçin Qafarlı çıxış edərək
toplantının əhəmiyyətindən,
türkdilli ölkələrin
teatrları arasında
olan əlaqələrin
vacibliyindən, gələcək
əməkdaşlıq münasibətlərindən
danışıb.
Beynəlxalq toplantıda Akademik
Milli Dram Teatrının
direktoru, professor İsrafil
İsrafilov türkdilli
ölkələrdə teatrın
yeri və fəaliyyət perspektivləri
haqqında məruzə
ilə çıxış
edib: "Məruzədə
irəli sürülən
məsələlərin aktuallığı
ilə bağlı Qazaxıstan, Başqırdıstan,
Tatarıstan, Türkiyə
və digər ölkələrin teatr rəhbərləri həmrəy
olduqlarını bildirdilər
və qarşılıqlı
əlaqələrin vacibliyini
təsdiqlədilər. Tədbirdə türkdilli dövlətlərin
teatr rəhbərlərinin
yekun sənədi qəbul edildi. Qəbul olunmuş sənəddə
türkdilli ölkələrin
teatrlarının qarşılıqlı
qastrol səfərlərinin
təşkili, dramaturji
materialların, rejissor
və teatr rəssamlığı sahəsində
mübadilə məsələlərinin
zəruriliyi və qarşılıqlı mədəni
bəhrələnmənin perspektivləri
əksini tapıb".
Teatr Direktorları
Şurasının toplantısında
Akademik Milli Dram Teatrının direktoru İsrafil İsrafilova xüsusi sertifikat təqdim olunub.
525-ci qəzet.- 2015.- 13 oktyabr.- S.7.