Azərbaycan
xalçaçılığı: keçmişdən gələcəyə
Köndələn çayının sahilində
yerləşən, XIX-XX əsrlərdə
qoyunçuluq təsərrüfatı
və xalçaları
ilə məşhur olan Füzuli rayonunun Kürdmahmudlu kəndindəyəm. Söhbət etdiyim sakinlər
deyirlər ki, Kürdmahmudlu xalçaları
xanların dəyərli
hədiyyəsi, tacirlərin
bahalı malları, gəlinlərin cehizi olub.
Burada yaşayanlar
Kəngərli türk
tayfalarıdır. Onlar əsasən
heyvandarlıqla məşğul
olduqlarından gah aranda, gah da
qışlaqda yaşamalı
olublar. Odur ki, məişətdə,
yaxud köç zamanı müxtəlif toxuculuq məmulatlarından
istifadə ediblər.
Əlbəttə, xalçasız, xurcunsuz, heybəsiz, fərməşsiz köç
həyatı olmaz.
Bu da xalq
sənətinin ən
zəngin növlərindən
olan xalçaçılığın
yaranmasında və inkişafında mühüm
rol oynayıb.
Kürdmahmudluda dünyaya gələn
Sumqayıt Dövlət
Universitetinin kafedra müdiri, pedaqoji elmlər namizədi Tarıyel Məmmədov bildirir ki, o, mənsub olduğu Kəngərli tayfasının
həyat və məşğuliyyətini araşdırıb,
bu barədə mətbuatda və kitablarda məqalələri
dərc olunub. Həmsöhbətim məlumatları əsasən yaşlı insanlarla söhbət edərək topladığını
vurğuladı.
Müasir dövrdə kəngərlililər
çoxluq olaraq Naxçıvanda və Qarabağda məskunlaşıblar. Türk mənşəli
Kəngərli tayfalarına
Cavanşirlər də
deyiblər. Onlar əvvəllər
əsasən İranla
İraqın sərhədində
yaşayıblar.
T.Məmmədovun sözlərinə görə,
Kürdmahmudlu sakinləri
olan kəngərlililər
ictimaiyyətə əsasən
qoyunçuluğa və
xalçaçılığa görə tanınıb:
"Ötən əsrlərdə
xalçaçılıq kəngərlililərin həyatında
mühüm yer tutub. Bu da təsadüfi deyil. Kəngərlililərin qoyun, dəvə
sürüləri olub.
Bu da toxuculuq
sənətinin yaranmasına
və inkişafına
səbəb olub.
Xalçaların toxunuşunda əsasən
xüsusi cins qoyunların bel hissəsindən qırxılan,
yüksək keyfiyyətli
yundan istifadə ediblər. Bu yun daha yumşaq
və parlaq olduğundan xalçalar uzun müddət öz keyfiyyətini və rəngini qoruyub saxlaya bilir.
Kəngərlililər toxuculuqda dəvə yunundan da istifadə
ediblər. Dəvə yunu əsrlər boyu ən keyfiyyətli
və ondan hazırlanan paltar və xalçalar ən davamlı hesab olunub.
Yun lifə,
lif ilməyə, ilmə isə xalça-palaza çevrilir,
təbii boyaq vasitələri isə xalçaçılığın inkişafına güclü
təkan verib. Xalçaçılar hesab edir ki,
xalçanın keyfiyyətinin
ilk zəmanəti olaraq
iplərin düzgün
boyanmasıdır. Xalçanın boyanması üçün
ipləri Şuşaya
və Şəkiyə
aparıblar. Kürdmahmudluda da boyaçılar olub. Hətta xalçaçıların özləri toxuyacaqları
ipləri belə özləri boyayıblar.
Belə ki, onlar müxtəlif
bitkilərdən, gül-çiçəklərdən,
ağac qabıqlarından
fərqli rənglər
alaraq ipləri boyayıblar. Xalçalar islanardı,
amma özündən
rəng buraxmazdı.
İndi də Kürdmahmudluda xalça toxunur, amma iplər ənənəvi şəkildə
boyanmır.
XX əsrin əvvəllərində və ortalarında tikilən xalçalar evlərdə indi də var. Həmin xalçalara toxunanda sizə məlum olacaq ki, Kürdmahmudlu xalçaları ağır çəkili, hündür, lakin yumşaq və parlaq xovlu xalçalardır. Bu xalçalar iplərin zərifliyi və ilmələrin sıxlığı ilə fərqlənir. Kürdmahmudlu xalçalarının şöhrət qazanmasının səbəbləri də bax bunlar idi".
"Gül xalçası" və "Qızılquş xalçası"
Araşdırmaçı bildirir ki, Kürdmahmudlu məhəllələrinin özlərinə məxsus xalça toxumaları olub: "Kəndimizin Heydərlilər, Hacı Qaralılar, Qasımlılar, Gödəklər və başqa məhəllələri olub. Bu məhəllələrdə toxunan xalçalar da fərqlənirdi. Məsələn, Hacı Qaralılar məhəlləsində toxunan xalçada bir gül olurdusa, Heydərlilərdə iki gül olub. Ən uzun gəbəni də Heydərlilər toxuyarmış. Dekabrdan mart ayına qədər xalça toxuma mövsümü idi.
Hacı Mövlanverdi, Hacı Qara, Hacı Qulu və başqa hacıların hər birinin 20-30 min qoyunu, dəvə sürüləri olub. Kürdmahmudluda xalçanın dəvə yunundan hazırlanmasına üstünlük verilib.
Hacı Mövlanverdinin həyat yoldaşı Kərbəlayi Nənəxanım rəhbərliyi ilə 1880-1890-cı illərdə kəndimizdə toxuma işləri sürətləndirilib. Xalçaçılar toy mərasimlərinə hazırlıq görüb, xanlara hədiyyə üçün xalça toxuyublar.
Kərbəlayi Nənəxanımın və onun rəhbərlik etdiyi xalçaçıların toxuduğu xalçalar Naxçıvanda, Muğanda, Təbrizdə və Əhərdə şöhrət qazanıb. Onlar əsasən "Gül xalçası" toxuyublar. Bu xalçanın digər xalçalardan fərqi budur ki, xalça açıq rəngdə olub və ipləri dəvə yunundan hazırlanıb. "Gül xalçası" Azərbaycanın bir neçə bölgəsində olub, amma Qarabağın "Gül xalçası" toxunuşuna və ilmələrin keyfiyyətinə görə şöhrət qazanıb.
Kürdmahmudluda toxunan "Qızılquş
xalçası" da məşhur olub. O xalçanı ancaq varlılar ala bilirmiş. Kürdmahmudluda qoyun yunundan
hazırlanmış xüsusi
geyim də məşhur olub".
""Gül xalçası"nın
ən axşısını
ermənilər alıb..."
T.Məmmədov
hesab edir ki, xarici ölkələrin
muzeyində saxlanılan
və erməni xalçası kimi təqdim olunan xalçaların sırasında
Kürdmahmudlu xalçası
da var: "Kəndimizdə toxunan və şöhrət qazanan "Gül xalçası"nın ən
yaxşısını ermənilər
alıb, ermənilərin
yaşadığı ərazilərə,
xüsusən İraqa
aparıb baha qiymətə satıblar. Xarici ölkələrin bir neçə muzeyində ermənilərin xalçası
kimi təqdim edilən xalçalar var. Çox güman ki, həmin xalçalar Kürdmahmudlu
xalçalarıdır. Azərbaycanda sovet hakimiyyəti
qurulmamışdan öncə
Kürdmahmudlu xalçalarını
Bakı və Şəki tacirləri alıb satıblar".
Araşdırmaçı deyir ki, İmişlinin
Kürdmahmudlu kəndi
kəngərlililərin qışlağı,
Göyçədə, Naxçıvanda
və Kəlbəcər
isə yaylağı olub. "Payızda Füzulinin Kürdmahmudlu kəndinə köçürmüşlər.
Füzulinin Mandı kəndinin torpaqları da bizim, kəngərlilərin ərazisi
olub. Sovet hakimiyyəti o ərazini
bizdən alıb ermənilərə verib.
Bu hakimiyyət kəndimizin adını səhv yazmaqla bizə ikinci zərbəni vurub. Bizim kəndin adı Kürmahmudlu olub. Kəndimizin adındakı "Kür"
sözü dəlisov,
igid, qorxmaz mənasını verir.
SSRİ dövründə sənədlərə ya bilərəkdən, ya da bilməyərəkdən
Kürmahmudlu əvəzinə
Kürdmahmudlu yazıblar".
Hərbi
təcavüzün xalq
sənətinə vurduğu
zərbə
Sakinlərlə söhbət zamanı məlum oldu ki, bir zamanlar
xalçaçılıq sənəti ilə məşhur olar Kürdmahmudluda hazırda xalq sənəti məhv olmaq üzrədir. Bunun əsas səbəbi
1993-cü ildə Ermənistan
Silahlı Qüvvələrinin
Füzulini işğal
etməsi, Kürdmahmudlunun
hərbi təcavüzə
məruz qalmasıdır.
Nəticədə yerli əhaliyə
məxsus qədim, əvəzolunmaz qiymətli
mədəni sərvətlər
məhv edilmiş.
Belə ki, bir əsrdən
çox tarixi olan xalçaların bir hissəsi yandırılıb və
oğurlanıb.
Hazırda Kürdmahmudluda yaşayanların
çoxu yaşlı
nəslin nümayəndəsidir. Gənclər və cavanlar işləmək üçün
Bakıya üz tutublar. Xalçaçılar çətin vaxtlarda
toxuduqları xalçaların
bir qismini dəyər-dəyməzinə satmalı olublar.
Bəy qızının ömrünü
yaşayan xalçalar
7 evdə saxlanılır
Kürdmahmudluda xalq sənəti indi də yaşayır,
amma ənənəvi
toxuculuq və boyaçılıq tərzi
yoxdur. Sevindirici haldır ki,
hələ də evlərdə xalçaçılar
və xalçalar
var.
Onlardan biri, həmsöhbətim,
onlarla xalq sənəti nümunəsinin
müəllifi 1 iyul 1934-cü
il təvəllüdlü
Hüseynova Sayad Murtuza qızıdır.
O, 1955-ci ildən xalçaçılıq
sənəti ilə məşğuldur.
"Evdə anam xalça toxumayıb. Mənim atam bəy olub. Mən bəy nəslinin qızıyam. Toxumağı gəlin getdiyim evdə qayınanamdan öyrənmişəm. 21 yaşımdan xalça toxuyuram. 25 xalça, 2 klim, 12 palaz toxuyaraq onları yeddi övladıma hədiyyə vermişəm. Gəbənin görüntüsünün necə olacağını öncə dəsmalın üzərində çəkərək müəyyən edirdik. Xalçanı ev şəraitində toxuyurduq. İlmələrin rənglənməsində ağacın, narın və soğanın qabığından istifadə edirdik"-deyən S.Hüseynova vaxtilə toxuduğu xalçaların naxışlarından, rənglərindən danışır, həmin günlərin xoş xatirələri ilə yaşayır.
Onun dediklərindən məlum oldu ki, xalça toxuyan kəngərli qadınları xalçaların üzərindəki naxışları əsasən analarının, nənələrinin, ya da qonşularının vaxtilə vurduqları naxışlardan götürüblər. Bəzən ipləri də özü boyayırmış.
Kəngərlililərdə fərməş, xurçun, heybə, keçə, çul, palaz, cəhrə, cecim, yəhərüstü, örkən, çatı toxunulması da çox geniş yayılıb. Çünki bu tayfa köçə başlayanda adları çəkilənlərin hər birindən istifadə edib, onların hərəsi bir işə yarayıb. Əgər fərməşə yorğan-döşəklər, pal-paltarlar yığılırdısa, heybəyə yüngül yol azuqəsi, xurcuna məişətdə istifadə olunan əşyalar doldurulurdu.
"Özü də biz ustadlar bunların hamısına xalça naxışları qoyublar. Harada maraqlı bir naxış görüblərsə, onu ya xalçanın, ya da kilimin üstünə vurublar",-deyə S.Hüseynova bildirdi.
"Xalq sənətçiləri barəsində yazmasaydınız,.."
Mərhum xalçaçı Əsray Mustafayevanın (1918-1993) 1961-ci ildə toxuduğu "Zənçir xalça" və "Quraq xalça", həmçinin 1970-ci ildə toxuduğu "Maral xalça" hazırda da onun övladının evində qorunub saxlanılır.
"Xalq sənətçiləri barəsində yazmasaydınız, yəqin belə xalq sənətkarlarının nə vaxtsa mövcudluğunu yalnız qohum-əqrabası xatırlayacaqdı", - deyə Ə.Mustafayevanın adının çəkilməsini istəməyən övladı bildirir.
Onun yaşadığı evdə mərhum xalçaçıya məxsus və XIX əsrin sonuna aid poladdan hazırlanmış həvə qorunub saxlanılır. Xalçaçılar bu alətdən xalçaçıları ilmələri bərkidib və sıxlaşdırmaq üçün istifadə ediblər.
Kürdmahmudlu sakinləri ilə söhbət zamanı o da məlum oldu ki, sovet hakimiyyəti illərində bu elin xalçaçıları naxışlı xalçalarla yanaşı xeyli sayda portret xalçalar da toxuyublar.
Kürdmahmudlunun qonşu kəndi Alxanlıda onlarla
xalçanın müəllifi olan, 1922-ci
il təvəllüdlü Şövkət
Bəylərova ilə də görüşmək mənə
nəsib oldu. Səhhətindəki
problemlər səbəbindən onunla
söhbət etmək mümkün olmasa da, onun
şagirdi, qızı Validə Əliyeva
ilə söhbətləşdik. 1948-ci il
təvəllüdlü həmsöhbətim bildirir
ki, onun müəllifi
olduğu xalq sənəti
nümunələrindən hazırda evdə
saxlanılan 1961-ci ildə tikilən klim və
V.İ.Leninin portreti olan xalça var. "Biz
xalçanı, kilimi kitablarda
və qəzetlərdə olan şəkillərə
baxaraq toxuyurduq",-deyə V.Əliyeva bildirdi.
Həsənov İsgəndər
525-ci qəzet.- 2015.- 13 oktyabr.- S.6.