"Azərbaycanın elm və mədəniyyət xadimləri" seriyasından daha bir nəşr

 

"Azərbaycanın elm və mədəniyyət xadimləri" seriyasından daha bir nəşr "HÜSEYN RAZİ: BİBLİOQRAFİYA" KİTABI AMEA NAXÇIVAN BÖLMƏSİ RƏYASƏT HEYƏTİNİN TÖVSİYƏSİ İLƏ ÇAP OLUNUB

 

Naxçıvan "Əcəmi" Nəşriyyat Poliqrafiya Birliyinin 2015-ci il nəşri olan "Hüseyn Razi: Biblioqrafiya" kitabı AMEA-nın Naxçıvan Bölməsinin İncəsənət, Dil Ədəbiyyat İnstitutunun şöbə müdiri, filologiya elmləri doktoru Fərman Xəlilovun ciddi səmərəli axtarışlarının nəticəsi kimi meydana gəlib.

 

"Azərbaycanın elm mədəniyyət xadimləri" seriyasından nəşr olunan "Biblioqrafiya"  AMEA Naxçıvan Bölməsi Rəyasət Heyətinin qərarı ilə çapa tövsiyə edilib.

 

Ümumilikdə 1742 mənbəni əhatə edən,  zəngin fakt sənədlərə istinadən meydana gələn "Biblioqrafiya"ya əlli ildən çox bir şair, dramaturq, publisist, tərcüməçi kimi ədəbi mühitin inkişafına, zənginləşməsinə xidmət edən Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi Hüseyn Razi yaradıcılığının canlı salnamə abidəsidir desək, yanılmarıq.

 

Etiraf edilməlidir ki, Böyük Vətən müharibəsinin odlu-alovlu səngərlərindən  ədəbiyyat səngərinə gələn Hüseyn Razi bütün ömrü boyu poeziyamızın əyilməz, sərt canlı abidəsi olaraq qalmışdır. Elə buna görə Hüseyn Razi şəxsiyyəti şəxsiyyətini təsdiq edən zəngin yaradıcılığı haqqında  bir çox tanınmış fikir düşüncə adamları zamanında ölçülmüş, dəqiq fikir mülahizələrini demişdir,yazmışdır. Xalq yazıçısı, Sosialist Əməyi Qəhrəmanı Mirzə İbrahimov yazırdı: "Hüseyn Razi bilavasitə təbii bir əda ilə hissiyyatını ifadə edən şairdir... Onun sazı saxta havalar çalmır. Şeirlərindəki şirinlik inandırıcılıq da bununla bağlıdır".

 

Azərbaycanın ilk "İstiqlal" ordenli şairlərindən biri, Xalq şairi Xəlil Rza Ulutürk özünə xas olan bir təmkin səmimiyyətlə qeyd edirdi: "Hüseyn Razi yaradıcılığının mühüm keyfiyyətlərindən biri onun heç bir məhdudluq tanımaması, geniş zəngin poetik xəritəyə malik olmasıdır".

 

Akademik İsa Həbibbəylinin fikrincə, "Hüseyn Razinin coşğun ilhamının məhsulu olan "Azərbaycan gözəliyəm" şeiri Naxçıvanın poetik təqdimatının ifadəsi olan nümunələrin ideya-estetik bədii emosional keyfiyyətlərini müvəffəqiyyətlə yekunlaşdırır".

 

"Biblioqrafiya"dan alınmış bu fikirlər müxtəlif yazı maneralarına, düşüncə tərzlərinə malik olan görkəmli qələm adamlarının şair haqqında  yazdıqları, müşahidə etdikləri fikir münasibətlərin bir hissəsidir. Oxucuya, geniş mənada, ədəbi- elmi  ictimaiyyətə təqdim olunan "Biblioqrafiya" isə Hüseyn Razi yaradıcılığına tutulan iri aspektli bir güzgüdür ki, bu güzgüdə H.Razi yaradıcılığının  çağımıza qədər görünən görünməyən tərəfləri bütün aydınlığı ilə öz təzahürünü tapıb.

 

"Biblioqrafiya" tərtibçisinin qeyd etdiyi kimi, H.Razi yaradıcılığının biblioqrafiyası ilə bağlı ilk təşəbbüs bu sətirlərin müəllifi tərəfindən başlamışdır. 1997-ci ildə Naxçıvan Dövlət Universitetinin kitabxanaçılıq ixtisasının sonuncu kursunda təhsil alan tələbələrə diplom işi mövzuları veriləndə istedad bacarığına güvəndiyim tələbəm Ruhiyyə Tağızadəyə "Hüseyn Razinin həyat yaradıcılığının biblioqrafiyası" mövzusunu məsləhət bildim tələbə böyük səylə bu işə başladı, təbii ki, o zamanki diplom işlərinin qarşısında qoyulan tələblər səviyyəsində yaxşı bir ortaya çıxartdı. F.Xəlilov da tələbənin bu sahədəki ilk addımı  çox ürəkaçıqlığı ilə qeyd edərək yazır: "Naxçıvan Dövlət Universitetinin tələbəsi Ruhiyyə Tağızadənin 1997-ci ildə yazdığı "Hüseyn Razinin həyat yaradıcılığının biblioqrafiyası" adlı diplom işi öz elmiliyi həcminin böyüklüyü ilə daha çox diqqəti cəlb edir. ...R.Tağızadənin biblioqrafiyaların tərtib prinsiplərinin müasir tələblərinə tam cavab verən diplom işinin elmi səviyyəsini qənaətbəxş hesab etmək olar".

 

Tərtibçinin "Biblioqrafiya" haqqında bir neçə söz"ü ilə başlanan 304 səhifəlik "Biblioqrafiya" "Dəyərləndirmə","Əsərlərin biblioqrafiyası","Başqa dillərə tərcümə olunan əsərləri","Ədəbi-tənqidi məqalələri","Həyat və yaradıcılığı haqqında ədəbiyyat","Naxçivan MR Dövlət arxivində H.Raziyə məxsus olan 700 nömrəli fondda olan  materiallar","Hüseyn Razinin ədəb-tənqidi və publisistik məqalələrinin əlifba göstəricisi","Haqqında yazan müəlliflərin əlifba göstəricisi","Hüseyn Razinin əsərləri və haqqında yazılanların dərc olunduğu mətbuat orqanları və elmi nəşrlər" və "Fotoşəkillər" adlı bölmələrdə öz bitkinliyini və mükəmməlliyini təcəssüm etdirir. Tərtibçinin "Biblioqrafiya"ya yazdığı və əhatəliliyi, elmiliyi ilə diqqəti çəkən giriş xarakterli yazısında indiki biblioqrafiyaya qədər bu sahədə görülmüş işlərdən danışır və hər bir kəsin də əməyinə diqqət, qayğı və hörmətlə yanaşır. Eyni zamanda H.Razinin həyat və yaradıcılığı ilə bu çağa qədər aparılmış araşdırmalara düşməyən bir sıra yeni faktları da diqqətə çəkir, şairin rusdünya klassiklərindən etdiyi tərcümələrinə, həmçinin H.Razinin türk, fransız dillərinə çevrilmiş əsərlərinə, onların nəşr olunduğu mənbə və tarixlərinə də bitkin bir fikir konsepsiyası şəklində yanaşır. Zəngin faktlara və mənbələrə söykənən arxiv materialları əsasında yazılmış "Biblioqrafiya" haqqında tərtibçi haqlı olaraq bu qənaətə gəlir ki: "...bu biblioqrafiyanın H.Razinin həyat və yaradıcılıq yolunu bütün parametrləri ilə öyrənmək istiqamətində oxucular və tədqiqatçılar üçün faydalı bir mənbə olacağına inanırıq". Yeri gəlmişkən bir faktı qeyd etmək gərəkdir ki, H.Razi kimi çoxşaxəli və çoxplanlı bir qələm adamı haqqında ayrı-ayrı elm və sənət adamları müxtəlif səpkili məqalələr, filologiya üzrə fəlsəfə doktoru N.İsmayılovun, R.Odayın (tərtibçi kimi) ayrıca kitabları nəşr edilsə də,  o yaradıcılığı daha geniş masştabda öyrənilməyə layiq bir sənətkardır. Haqqında danışdığımız bu "Biblioqrafiya", tərtibçinin də qeyd etdiyi kimi, H.Razi yaradıcılığının bundan sonrakı tədqiqində çox böyük yardımçı olacaqdır.

 

 "Biblioqrafiya"ya  H.Razi ilə bağlı  vaxtilə ayrı-ayrı müəlliflərin yazdığı məqalələrin, şeirlərin də salınması "Biblioqrafiya"nın elmi dəyərini daha da artırır,məzmununu dolğunlaşdırır.

 

 "Biblioqrafiya"da həmçinin şairin həyatının bütöv mənzərəsinin məzmun və formasını əhatə edən fotoşəkillərin də sərgilənməsi onu daha da dolğunlaşdırır. Bu fotoşəkillər təkcə H.Razinin  tərcümeyi-halının tərkib hissəsi kimi yox, onun yaşadığı, yazıb-yaratdığı bütöv bir epoxanın nadir cizgilərini əks etdirdiyi üçün dəyərlidir.

 

Bu da bir həqiqətdir ki, hər bir ciddi sənətkarın həyat və yaradıcılığına həsr olunmuş biblioqrafik göstərici o sənətkarın özündən çox, onu yetirən zamanın,mühit və şəraitin gələcək zamanlar qarşısında ədəbi və əməli hesabatıdır. Buna görə də H.Razinin həyat və yaradıcılığına həsr edilmiş bu "Biblioqrafiya" da dünənin, bu günün və sabahın qarşısında hesabatıdır.

 

Təbii ki, bu dəyərli kitab haqqında məqamı düşdükcə danışılacaq, yazılacaq. Ancaq yekun olaraq  deməliyəm ki, Azərbaycan MEA-nın həqiqi üzvü, tarix üzrə elmlər doktoru, professor İsmayıl Hacıyevin rəyi, Azərbaycan MEA-nın müxbir üzvü, filologiya üzrə elmlər doktoru, professor Əbülfəz Quliyevin elmi redaktorluğu ilə nəşr olunub elmi ictimaiyyətə təqdim edilən "Biblioqrafiya" təkcə Fərman Xəlilovun elmi fəaliyyətinin göstəricisi kimi yox, geniş mənada Naxçıvan elmi mühitinin nailiyyəti kimi də diqqəti cəlb etməkdədir.

 

Xanəli KƏRİMLİ

Filologiya üzrə fəlsəfə doktoru, Naxçıvan Dövlət Universitetinin dosenti

525-ci qəzet.- 2015.- 14 oktyabr.- S.