Daha təkmil statistika - daha yaxşı həyat

 

İlk baxışda cansıxıcı görünən statistik hesabatlar, əslində, dərin siyasi, sosial-iqtisadi mahiyyət kəsb edir. Statistik rəqəmlər bu ya digər ölkənin, bütövlükdə dünyanın ümumi inkişaf mənzərəsini, qlobal meyilləri, yeni çağırışları, Yer üzündə ekologiya, insan inkişafı, təhlükəsizlik digər sahələrdəki mövcud mənzərəni göz önündə canlandırır. Statistikaya əsasən, ayrı-ayrı ölkələr özlərinin yaxın uzaq perspektiv üçün hədəflərini bu hədəflərə çatmaq üçün fəaliyyət prioritetlərini müəyyənləşdirirlər. Statistik hesabatlar əsasında qəbul edilən proqramlar layihələr son nəticədə bu ya digər ölkədə daha yaxşı, daha firavan həyatın təmin olunmasında önəmli rol oynayır.

Azərbaycan praqmatik inkişaf strategiyasında daim təkmil statistikaya istinad edir

Müstəqil Azərbaycanda da dövlət siyasətinin prioritet istiqamətləri müəyyənləşdirilərkən beynəlxalq təcrübə standartlar nəzərə alınmaqla hazırlanan təkmil statistik hesabatlara istinad olunur. Son 12 ildə respublikamızda Prezident İlham Əliyevin rəhbərliyi ilə müxtəlif istiqamətləri əhatə edən ayrı-ayrı Dövlət proqramları uğurla tamamlanıb yeniləri qəbul olunub. Bu dövlət proqramlarının hazırlanmasında qəbul edilməsində bir qayda olaraq ölkəmizin reallıqları statistik göstəricilər əsas götürülür. Bunun təsdiqi kimi, Prezident İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarının qəbul edilməsini misal göstərmək mümkündür. Regionların sosial-iqtisadi inkişafı ilə bağlı 2004-2008-ci illəri əhatə edən ilk Dövlət Proqramının qəbul edildiyi dövrün statistik hesabatlarında bölgələrin inkişaf göstəricilərinin ölkənin ümumi inkişaf göstəricilərindən geri qaldığı aydın nəzərə çarpır. Həmin dövrdə regionlarda işsizliklə bağlı statistika da kifayət qədər kədərli idi. Bütün bunları nəzərə alan Prezident İlham Əliyev regionların sosial-iqtisadi inkişafının təmin edilməsi ilə bağlı güclü siyasi iradə ortaya qoydu. İndiyədək ölkəmizdə regionların sosial-iqtisadi inkişafına dair iki Dövlət Proqramı uğurla yekunlaşıb 2014-2018-ci illəri əhatə edən üçüncü Dövlət Proqramı da böyük müvəffəqiyyətlə yerinə yetirilir. Nəticədə, Azərbaycanın regionları iqtisadi güc amilinə çevrilib. Regionların sosial-iqtisadi inkişafına dair ilk Dövlət Proqramının icrasına start veriləndən indiyədək Azərbaycanın bölgələrində 60 mindən çox müəssisə fəaliyyətə başlayıb. Bu müddət ərzində regionlarda ümumi məhsul buraxılışı 3,2, sənaye məhsulu 3,1, rabitə xidmətləri 6,1, əhalinin gəlirləri 6,3, orta aylıq əməkhaqqı 7,3, əhaliyə göstərilən pullu xidmətlər 6 dəfə artıb. Dövlət Proqramlarının uğurlu icrası nəticəsində son 12 ildə respublikada 1,4 milyon yeni yerləri açılıb. Yeri gəlmişkən, Prezident İlham Əliyev ölkəmizdəki müsbət demoqrafik vəziyyət əhali artımı ilə bağlı statistikaya əsaslanaraq yeni yerlərinin yaradılmasının daimi prosesə çevrilməsi ilə bağlı yeni hədəflər müəyyənləşdirib.

Məlumdur ki, dünya üçün çətin keçən illərdə respublikamız öz iqtisadi potensialını artırmağa buna müvafiq surətdə dərin məzmunlu sosial tədbirlər reallaşdırmağa nail olur. Təbii ki, belə bir şəraitdə statistik hesabatların hazırlanması ictimaiyyətə çatdırılması da ölkəmizin dinamik inkişafına Prezident İlham Əliyevin müəyyənləşdirdiyi Azərbaycanın müasirləşdirilməsi siyasətinə adekvat olmalıdır. Müstəqil Azərbaycanda statistika sahəsində dövlət siyasətini tənzimlənməsini həyata keçirən Dövlət Statistika Komitəsi öz fəaliyyətini məhz bu prinsipə uyğun qurub. Bu gün öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını digər normativ-hüquqi sənədləri rəhbər tutaraq fəaliyyət göstərən Dövlət Statistika Komitəsi güclü maddi-texniki bazaya kifayət qədər səriştəli kadr potensialına malikdir. Bunun da sayəsində komitənin fəaliyyətinin səmərəliliyi çevikliyi təmin olunur. Müstəqil Azərbaycanın milli statistika qurumu belə yüksək inkişaf səviyyəsinə çatanadək bir sıra inkişaf mərhələlərindən keçib.

Ümummilli lider Heydər Əliyev dövlət siyasətində statistikanın əhəmiyyətini yüksək qiymətləndirirdi

Ötən əsrin 70-80-ci illərində respublikamızda uzaqgörən siyasətçi Heydər Əliyevin təşəbbüsü bilavasitə rəhbərliyi ilə mərkəzi statistika qurumunun onun yerli orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi nüfuzunun yüksəldilməsi istiqamətində bir sıra təşkilati-hüquqi tədbirlər həyata keçirilib. Bu sırada respublikamızda 1972-ci ilədək Azərbaycan SSR Nazirlər Soveti yanında fəaliyyət göstərən Mərkəzi Statistika İdarəsinin statusunun yüksəldilməsini xüsusi vurğulamaq lazımdır. 1973-cü ilin noyabrında Ümummilli liderin təşəbbüsü ilə Mərkəzi Statistika İdarəsi, Naxçıvan Muxtar Sovet Sosialist Respublikası, DQMV, şəhər rayon statistika orqanları haqqında əsasnamə yenidən təsdiq edildi. Nazirlər Soveti yanında MSİ-nin Azərbaycan SSR MSİ- çevrilərək respublika nazirliklərinin dövlət komitələrinin sırasına daxil edilməsi milli statistika orqanlarının həyatında çox əlamətdar hadisə idi. 1972-ci ildə isə MSİ üçün yeni inzibati bina istifadəyə verildi.

Ümummilli lider Heydər Əliyevin çox böyük səyləri hesabına yaradılan güclü maddi-texniki baza qanunvericilik bazası Azərbaycan müstəqillik qazandıqdan sonra respublikamızda milli statistika sisteminin yeni dövrün, bazar iqtisadiyyatının prinsiplərinə uyğunlaşmasında etibarlı baza rolunu oynadı. 1993-cü ildə xalqın təkidli tələbi ilə Azərbaycanın siyasi rəhbərliyinə qayıdan Ulu öndər Heydər Əliyev ölkə həyatının bütün istiqamətlərində olduğu kimi, statistika sahəsində islahatlara start verilməsinə siyasi iradə nümayiş etdirdi. Ümummilli liderin tövsiyəsi belə idi ki, statistika sisteminin fəaliyyəti ölkədə yeni formalaşan bazar iqtisadiyyatı prinsiplərinə adekvat olmalıdır. Bu baxımdan Ümummilli liderin Azərbaycan Prezidenti kimi 18 fevral 1994-cü ildəStatistika haqqındaAzərbaycan Respublikasının Qanununu imzalaması böyük tarixi əhəmiyyət daşıyır. Qanunda Avropa İqtisadi Komissiyasının 1992-ci il aprelin 15-də Cenevrədə keçirilən 47-ci sessiyasının qərarı ilə təsdiq edilmişAvropa İqtisadi Komissiyası regionunda rəsmi statistikanın əsas prinsipləri”nin bütün tələbləri nəzərə alınıb. Ümummilli liderin müstəqil Azərbaycana rəhbərlik etdiyi illərdə statistika orqanlarının fəaliyyətinin səmərəliliyinin artırılmasında həmçinin “1998-2002-ci illərdə Azərbaycan Respublikasının dövlət statistika sistemində islahatların aparılmasına dair Dövlət Proqramı”nın da böyük rolu olub.

Azərbaycan statistika orqanlarının fəaliyyəti keyfiyyətcə yeni mərhələyə daxil olub

Hər sahədə Ümummilli lider Heydər Əliyevin siyasi xəttini ardıcıllıqla böyük uğurla davam etdirən Prezident İlham Əliyev milli statistika sisteminin fəaliyyətinin daha yüksək səviyyədə qurulmasına bu sahədə beynəlxalq miqyasda qazanılan müsbət təcrübədən bəhrənilməsinə böyük qayğı göstərir. Son 12 ildə ölkəmizdə statistika sahəsində beynəlxalq standartlara uyğun islahatların həyata keçirilməsində yeniliklərin tətbiqində dövlət başçısının siyasi iradəsinə uyğun olaraq qəbul edilən müvafiq surətdə 2003-2007, eləcə 2008-2012-ci illəri əhatə edən Azərbaycan Respublikasında rəsmi statistikanın təkmilləşdirilməsinə dair iki Dövlət Proqramının böyük rolu olub. Qeyd olunan Dövlət proqramları çərçivəsində reallaşdırılan tədbirlər sayəsində Azərbaycanın statistika orqanlarının fəaliyyəti keyfiyyətcə yeni səviyyəyə daxil olub. Bunu beynəlxalq səviyyəli qurumların hesabatları da təsdiqləyir. Eyni zamanda, sertifikatlaşdırma sahəsində dünya liderlərindən olanBureanVeritasşirkətinin apardığı audit nəticəsində Azərbaycanda dövlət orqanları arasında Dövlət Statistika Komitəsi ilk olaraq 15 avqust 2013-cü il tarixindəRəsmi statistika məlumatlarının istehsalı yayılmasısahəsində İSO 9001-2008 standartı üzrə sertifikata layiq görülüb.

Şübhə yoxdur ki, Prezident İlham Əliyevin 2012-ci il 21 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “2013-2017-ci illərdə Azərbaycan Respublikasında rəsmi statistikanın inkişafı Dövlət Proqramı” ölkəmizdə statistika sisteminin fəaliyyətinin daha yüksək səviyyədə, yeni qlobal çağırışlara uyğun qurulmasını təmin edəcək. Yeni Dövlət Proqramında respublikamızda statistika sahəsində həyata keçirilən islahatların daha da inkişaf etdirilməsi hədəflənib.

Dövlət Proqramının əsas məqsədi ölkədə statistika sahəsində işlərin təkmilləşdirilməsi, o cümlədən statistik məlumatlarla təminatın daha da yaxşılaşdırılması və milli statistik göstəricilər sisteminin dünya standartları səviyyəsinə çatdırılmasıdır.

Ölkəmizdə e-statistikanın böyük perspektivi var

Dövlətin siyasi iradəsi və ölkəmizdə İKT sektorunun sürətlə genişlənməsi e-statistikanın əhatə dairəsinin genişlənməsini şərtləndirən əsas amillər qismində çıxış edir. “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 23 may tarixli Fərmanının 2.1-ci bəndinin, “Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları”nın və “Elektron xidmət növlərinin Siyahısı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 24 noyabr tarixli 191 nömrəli qərarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 17 oktyabr tarixli 235 nömrəli qərarının icrasını təmin etmək məqsədilə Dövlət Statistika Komitəsi bir sıra istiqamətlər üzrə elektron xidmətlər göstərir. Hazırda ölkəmizdə rəsmi statistik hesabatların, statistik məlumatların buraxılış təqviminin və mətbu məlumatların yayım təqviminin təqdim edilməsi, statistik məlumatların (göstəricilərin) verilməsi elektron qaydada həyata keçirilir, statistik nəşrlərin (kitabların) onlayn satışı həyata keçirilir. Bundan başqa, statistik məlumatların verilməsi qaydalarının pozulmasına görə inzibati cərimələrin internet vasitəsilə ödənilməsi də mümkündür.

Qeyd edək ki, “2013-2017-ci illərdə Azərbaycan Respublikasında rəsmi statistikanın inkişafı Dövlət Proqramı” ölkəmizdə e-statistikanın inkişafına yeni təkan verəcək. Belə ki, Dövlət Proqramında elektron statistika xidmətlərinin çeşidinin genişləndirilməsi və keyfiyyətinin artırılması məqsədilə bir sıra tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub.

 

Həsənov İsgəndər

525-ci qəzet.- 2015.- 14 oktyabr.- S.5