Azərbaycan jurnalistikasının səsi olmağa layiq namizəd

 

 

Seçkilər hər bir ölkənin siyasi həyatında mühüm hadisə, eyni zamanda vətəndaşların, dövlətin ictimai həyatın idarə olunmasında kütləvi iştirak formalarından biridir.

 

Xalqın iradəsinin ifadəsi olan seçkilərin demokratik, azad keçirilməsi ölkədəki ictimai-siyasi sabitlikdən, ilk növbədə normal seçki keçirilməsinə əsaslı şərait yaradılmasından asılıdır. Seçkilərin ədalətli şəffaf keçirilməsi cəmiyyətin demokratik mühitinin yüksək olmasından xəbər verir.

 

Son 22 ildə 5 prezident, 4 parlament 4 bələdiyyə seçkilərinin keçirildiyi ölkəmiz növbəti mühüm siyasi hadisə - parlament seçkiləri ərəfəsindədir. Bu il noyabrın 1-də 5-ci çağırış Milli Məclisə seçkilər keçiriləcək.

 

Ən sonuncu məlumatlara görə, parlament seçkilərində 1233 namizəd qeydə alnıb. Onlar cəmiyyətin bütün təbəqələrini təmsil edirlər.

 

Mənsə, öz qeydlərimdə onlardan biri -  Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov barədə söz açmaq, öz fikirlərimi oxucularla bölüşmək istəyindəyəm.

 

Onun həyat yolu, fəaliyyətinin əsas konturları milli mətbuatımız jurnalistikamızla sıx bağlıdır.

 

Bakı Dövlət Universitetinin Filologiya 1984-cü ildə Moskva Dövlət Universitetinin Jurnalistika fakültələrinin məzunudur. 1985-1994-cü illərdə "AZƏRTAC" Dövlət Teleqraf Agentliyində bir sıra məsul vəzifələrdə çalışıb. 1998-ci ildə "RUH" Azərbaycan Jurnalistləri Müdafiə Komitəsinin sədri, 2003-cü ildə isə Azərbaycan jurnalistlərinin I qurultayında Azərbaycan Mətbuat Şurasının sədri seçilib. 2005 2008-ci illərdə keçirilən qurultaylarda bu vəzifə yenidən ona həvalə olunub.

 

Dünya Mətbuat Şuraları Təşkilatının İdarə Heyətinin Avropa Mətbuat Şuraları Assosiasiyasının üzvüdür. Azərbaycan Respublikası Prezidentinin 22 may 2009-cu il tarixli sərəncamı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının üzvü təyin edilib.

 

Onu da qeyd edək ki,  Əflatun Amaşov jurnalistika sahəsində çoxsaylı kitabların, bir sıra dərs vəsaitlərinin müəllifidir.

 

Bütün bu söylədiklərim mənə imkan verir, deyəm ki,  Azərbaycan Mətbuat Şurasının sədri əgər ölkənin qanunvericilik orqanına üzv seçilsə, namizədliyini irəli sürdüyü 62 saylı Saatlı seçki dairəsində ona bu etimad göstərilsə, onda Milli Məclisdə daha bir intellekt sahibi ziyalının kreativ düşüncəsi ilə fərqlənən parlament üzvünün sayı artacaq. Mənim fikrimcə, Milli Məclisdə jurnalistika sahəsindən qədər çox deputat olarsa, mətbuatın, medianın indiki durumu,  bu kontekstdə hansısa vacib layihələrin  reallaşması, problem qayğıların daha keyfiyyətli şəkildə həll edilməsi müstəvisində qərarlar vermək, qanunlar qəbul etmək daha asan olar.

 

Eyni zamanda bu faktı da vurğulamağa dəyər ki, jurnalistlərin Milli Məclisdə yer almaq haqqı var. Çünki Azərbaycan dövləti , xalqımız da media mənsublarına etimad göstərir, onlara inanır etibar edirlər.

 

Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov xalq içərisində gözəl insan, istedadlı jurnalist, nümunəvi ailə başçısı, əsl vətəndaş kimi tanınan qəbul edilən ziyalılardan sayılır. Onun adının qarşısında istənilən qədər xoş, isti sözlər yazmaq mümkündür. Onun örnək həyatı fəaliyyəti  bu imkanı verir.

 

Ömür-gün yoldaşı ilə birlikdə oğlu Orxanı soy-köklərinin adına  layiq böyüdüblər. Orxan da vətənpərvər, torpağına, yurduna sədaqətli, bacarıqlı bir gəncdir. Ailəyə bağlılığı, doğmalarının bütün insanların yolunda fədakarlığı öyrədiblər yeganə övladlarına. Hər işdə, hər sahədə layiqli olmaq, haqqı itirməmək. Elmdə , ölkəsinin rifahı naminə çalışmaqda da, ictimai işlərdə yaxşıların yaxşısı olmaq. Əflatun bəylə Nərgiz xanım bunu bacarıblar.

 

O,  hər il müntəzəm olaraq ölkənin müxtəlif bölgələrində olur, formaca məzmunca seçilən tədbirlər təşkil edir, çalışır ki, daha çox sayda insanlarla görüşsün, onların qayğı problemlərinə nüfuz etsin, heç olmasa bunlara bələd olsun. O, bölgələrdə fəaliyyət göstərən jurnalistlər üçün daim narahatlıq keçirən biridir. Əyalət qəzetlərinin fəaliyyətində baş verən yeniliklər, inkişaf onu hər zaman məmnun edir.

 

Yaşadığım Yevlax şəhəri məhz respublikanın belə bölgələrindən biridir. Şəhərimizdə əyalət mətbuatının ən öncül nümunəsi olan "Kür" qəzeti dərc olunur. Artıq müasir günümüzün reallıqları şəraitində sözügedən qəzet  7 mindən artıq tirajla çıxır, maddi bazası etibarlıdır, burada çalışanlar yüksək maaş alırlar. Göstərilən uğurlu nəticə faktlarda, qəzetin bugünki müsbət durumunda Azərbaycan Mətbuat Şurası sədrinin böyük rolu, danılmaz fəaliyyəti var. Sədr əslində  bizim nəşri heç zaman unutmur, "Kür" onun yazarları daim onun diqqət qayğısını öz üzərlərində hiss edirlər.

 

Əflatun Amaşov tez-tez şəhərimizdə olur. Təşkil edilən zona regional tədbirlərdə fəal iştirak edir, konstruktiv əhəmiyyətli, əyalət mediasının inkişafına yönəlik çıxışları ilə diqqəti çəkir. onun sevərək təkrar etdiyi "Fəaliyyətimiz ictimaiyyətə doğru açılan körpüdür" ifadəsini mən yerində işlənmiş həqiqətlərə güzgü tutan fraza hesab edirəm.

 

Qarşıdan gələn taleyüklü seçkilərdən danışarkən Azərbaycan Mətbuat Şurasının sədri dərin inamla qeyd edir ki, parlament seçkisi hər bir şəxsin öz xalqı üçün çalışmaq əzminin böyük nümayiş meydanı, özünütəsdiq şansıdır. Mən bu şansdan yararlanmaq, daha geniş toplum üçün faydalı olmaq niyyətindəyəm. Buna görə Azərbaycan Respublikasının Milli Məclisinin deputatı olmağa iddialıyam.

 

gələcək üçün, 1 noyabrda baş tutacaq parlament seçkilərində uğur qazanarsa, qarşısında duran vəzifələrə belə aydınlıq gətirir: "Ölkə parlamentində jurnalistika ilə əlaqəli şəxslərin təmsilçiliyi çox önəmlidir. Milli Məclis canlı orqanizmdir. Orada bütün orqanların funksional fəaliyyət göstərməsi zəruridir, həyati prosesdir. Parlamenti mediasız, jurnalistlərsiz təsəvvür etmək qeyri-mümkündür.Mən deyərdim ki, jurnalistikanın parlamentdə təmsilçiliyi vacibdir. Deputat olmaq istəyim həm bu nöqteyi-nəzərdən dəyərləndirilməlidir".

 

Jurnalistlərin daim qayğısını çəkən, bu sahədəki problemlərin çözülməsinə məsul olan bir qurumun rəhbərinin bu iddiası  söylədikləri məni çox sevindirir duyğulandırır. Elə bilirəm ki,  Saatlıdan olan seçicilər Əflatun Amaşova etimad göstərsələr, o noyabrın 1-də mandat uğrunda mübarizədən qalib çıxsa, bu həm o deməkdir ki,  cəmiyyətin güzgüsü sayılan medianın problemləri sistemli şəkildə ardıcıl olaraq parlament tribunasından gündəmə gətiriləcək. Jurnalistika parlamentdə daha güclü effektli formada təmsil olunacaq.

 

Azərbaycan Mətbuat Şurasının sədrinə qatıldığı seçkilərdə qələbə arzusu ilə,

Əminə Yusifqızı

"Kür" qəzetinin baş redaktoru, əməkdar jurnalist

 

525-ci qəzet.- 2015.- 14 oktyabr.- S.4.