Bakıda Üzeyir Hacıbəyli və Müslüm Maqomayevin 130 illiyi qeyd olunub

 

 

Cövdət Hacıyev adına 3 nömrəli 11 illik musiqi məktəbində Üzeyir Hacıbəyli Müslüm Maqomayevin anadan olmasının 130 illiyi münasibətilə Mədəniyyət Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzi tərəfindən ədəbi-bədii tədbir keçirilib.

 

Tədbirdə Azərbaycan professional musiqisinin banisi, dahi bəstəkarı, publisist, dramaturq, ictimai xadim Üzeyir Hacıbəyli görkəmli bəstəkar, dirijor, pedaqoq, ictimai xadim Müslüm Maqomayev haqqında geniş məlumat verilib.

 

Tədbiri giriş sözü ilə açan Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin direktor müavini, filologiya elmləri doktoru Adilxan Bayramov hər iki bəstəkarın ömür yoluna yaradıcılığına nəzər salıb.

 

Tədbirdə Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin əməkdaşları ilə yanaşı, Azərbaycanın tanınmış incəsənət xadimləri iştirak ediblər.

 

Onlar Üzeyir Hacıbəyli Müslüm Maqomayevin yaradıcılıq yolundan, pedaqoji ictimai fəaliyyətindən, professional musiqi sənətinin inkişafındakı rolundan söhbət açıblar.

 

Ədəbi-bədii tədbirdə respublikanın Xalq artisti Adil Bağırovun rəhbərlik etdiyi AzTV-nin Əhsən Dadaşov adına "Xatirə" xalq çalğı alətləri ansamblının, incəsənət məktəblərinin şagird müəllimlərinin ifasında musiqi nömrələri dinlənilib.

 

Sonda Azərbaycan mədəniyyətinin inkişafına xidmət edən bir sıra tədbir iştirakçılarına Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin diplom fəxri fərmanları təqdim olunub.

 

S.ABDULLAYEVA

525-ci qəzet.- 2015.- 15 oktyabr.- S.7.