Yazıçılar Birliyində Sabir Rüstəmxanlının yeni kitabı təqdim olundu

 

Ötən gün Azərbaycan Yazıçılar Birliyində (AYB) Xalq şairi Sabir Rüstəmxanlının "Şair şər" kitabının təqdimat mərasimi keçirilib.

 

Tədbirdə Sabir Rüstəmxanlının həyat yaradıcılığı, onun ədəbi ictimai fəaliyyəti haqda ətraflı məlumat verilib. Qeyd edək ki, Sabir Rüstəmxanlı sözügedən romanı böyük millət şairi Məhəmməd Hadinin faciəli həyatına həsr edib. Roman-esse adlandıra biləcəyimiz bu əsər xalq şairinin "Xətai yurdu", "Göy tanrı", "Ölüm zirvəsi", "Qorxu", "Difai fədailəri", "Sunami" romanlarından sonra yeddinci irihəcmli nəsr əsəridir.

 

Xalq yazıçısı Çingiz Abdullayev tədbiri açaraq Sabir Rüstəmxanlının həyat yaradıcılığından, ictimai fəaliyyətindən söz açıb: "Mən xatırlayıram ki, 1980-ci illərin axırlarında Xalq Cəbhəsini birinci növbədə yazıçılar, alimlər yaratmışdı. Onların arasında Xudu Məmmədov, Yusif Səmədoğlu, İsmayıl Şıxlı, Bəxtiyar Vahabzadə ələlxüsus da, Sabir Rüstəmxanlı var idi. Bunun üçün Sabir Rüstəmxanlını yalnız xalq şairi yazıçı kimi təqdim etmək olmaz. O, həm publisist, ictimai xadimdir".

 

AYB-nin sədri, Xalq yazıçısı Anar çıxış edərək kitab haqda düşüncələrini bölüşüb: "Nakam şairimiz Hadi haqda roman yazmaq dəyərli tərifəlayiq bir işdir. Buna görə Sabir Rüstəmxanlıya  təşəkkür edirəm".

 

"Azərbaycan" jurnalının baş redaktoru İntiqam Qasımzadə S.Rüstəmxanlının "Azərbaycan" jurnalındakı fəaliyyətindən danışıb: "Sabir Rüstəmxanlının yaradıcılığı çoxşaxəlidir. Mən onu döyüşkən yazıçı adlandırardım. Sabirlə 70-ci illərdə tanış olmuşuq. Həmin vaxt Ayaz Vəfalıyla "Ədəbiyyat" şöbəsində işləyirdi. "Azərbaycan" jurnalında sıx-sıx yazıları dərc olunurdu mən deyərdim ki, Sabir "Azərbaycan" jurnalının ən fəal müəlliflərindən biridir".

 

Şair Vaqif Bəhmənli kitabla bağlı təəssüratlarını dilə gətirib: "Biz həmişə "Xeyir Şər" kimi eşitmişik. Şair, əslində, elə xeyir deməkdir. Bu baxımdan "Şair şər" xüsusilə maraqlıdır".

 

Yazıçı, ədəbiyyatşünas İslam Qəribli çıxış edərək Məhəmməd Hadi haqda roman yazılmasını əlamətdar ədəbi hadisə kimi səciyyələndirib Sabir Rüstəmxanlının bu missiyanı uğurla yerinə yetirdiyini deyib: "Mən Hadi haqda tədqiqatlar aparmışam bu mövzuyla bağlı üç monoqrafiya müəllifiyəm. Ancaq etiraf edim ki, bu kitabı oxuyarkən Məhəmməd Hadi onun faciəli həyatı haqda hələ bilmədiyimiz çox məqamların olduğunu öyrəndim".

 

Professor Qəzənfər Paşayev, hüquqşünas Adil Minbaşı başqaları çıxış edərək romanın ədəbi-bədii məziyyətlərindən söhbət açıblar.

 

Tədbirin sonunda müəllif çıxış edib, tədbirin təşkilatçılarına qonaqlara minnətdarlığını bildirib.

 

Müşfiq ŞÜKÜRLÜ

525-ci qəzet.- 2015.- 16 oktyabr.- S.7.