"Bu da
belə bir ömürdü..."
Naxçıvan Dövlət Universitetində
"Məmməd Araz:
Bu da belə bir ömürdü" mövzusunda elmi konfrans keçirilib. Tədbirdə müstəqil Azərbaycan
dövlətçiliyi tarixində
ilk dəfə "İstiqlal
şair" adını
almış qələm
sahiblərindən Xalq
şairi Məmməd
Arazın həyat yolundan, yaradıcılığından
ətraflı söhbət
açılıb.
Konfransı giriş sözü
ilə ali
təhsil ocağının
rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov açaraq, milli poeziyamızın görkəmli
nümayəndəsi Məmməd
Arazın həyat və yaradıcılığından
danışıb. Alim qeyd
edib ki, Məmməd Arazın şəxsiyyətini, yaradıcılığını
xalqımız həmişə
yüksək qiymətləndirib.
Məmməd Araz xalqın,
vətənin hər daşını, qayasını
necə ürəklə
sevirdisə, xalq da onun poeziyasını,
şeirlərini həmin
böyük məhəbbətlə
sevir. Bildirilib ki, Azərbaycanda
istiqlal təfəkkürünün
formalaşmasında və
təkamülündə Məmməd
Araz yaradıcılığının
xüsusi rolu olub. Onun poeziyasının həyat fəlsəfəsi
milyonlarla insanı valeh edib, onlara
insanpərvərlik ruhu
və mənəvi paklıq gətirib. Şairin xalqımızın əsrlərlə
formalaşmış yüksək
mənəvi dəyərlərini
tərənnüm edən
əsərləri insanlara
vətənpərvərlik və mübarizlik ruhu aşılayıb.
Rektor çıxışında vurğulayıb
ki, Xalq şairi Məmməd Arazın kamil, müdrik sənəti yaşayır və xalqımızın müasir
inkişafına uğurla
xidmət edir.
"XX əsr Azərbaycan
ədəbiyyatı nümayəndələrindən
bəlkə də, tək-tək şairlərdən
biridir ki, Məmməd Arazın yaradıcılığında Vətən sevgisi bütövdür və onun yaradıcılığında
digər bütün şeirlər o sevginin tərkib hissəsidir.
Məmməd Araz lirikasında
elə bir şeir yoxdur ki, orada Vətən
məhəbbətinin motivlərini
tapmaq olmasın.
Məmməd Araz şeirində
"Vətən" sözü
qürurla səslənir.
"Vətən mənə oğul desə nə dərdim, mamır olub qayasında bitərdim!"-deyən
şairin şeirlərindən
də aydın görünür ki, Məmməd Araz qədər
öz Vətənini sevmək və onu tərənnüm etmək hər qələm sahibinə nəsib olmur!"- bu fikirləri
Tarix-Filologiya fakültəsinin
dekanı, filologiya üzrə fəlsəfə
doktoru, dosent İman Cəfərov
"Məmməd Araz
poeziyasında Vətən"
mövzusundakı məruzəsində
səsləndirilib.
Azərbaycan dilçiliyi kafedrasının
baş müəllimi
Mədət Səfərov
"Məmməd Araz
lirikası" adlı
məruzəsində bildirib
ki, 50 ildən artıq bədii yaradıcılıqla məşğul
olan şairin əsərləri ona geniş oxucu rəğbəti qazandırıb.
Müxtəlif janrlı
əsərlərin, şeirlərin
müəllifi olan Məmməd Arazın zəngin lirikası
mövzu rəngarəngliyi
ilə də seçilir. Məmməd Araz dilimizin
bütün poetik imkanlarını üzə
çıxarmağa çalışıb,
öz əsərlərində
bir sıra yeni sözlər, ifadələr işlədib.
Şairin Naxçıvana həsr etdiyi onlarla şeirində onun doğulub, boya-başa çatdığı
qədim diyara sonsuz sevgisi və məhəbbəti görünür.
"Məmməd Araz
Azərbaycan poeziyasına
yeni üslub və düşüncə,
monumental bir tarix gətirib. Öz əsərləri ilə oxuculara yüksək bədii sənətkarlıq
və əsl vətəndaşlıq qeyrəti
aşılayan, doğma
Vətəni sonsuz məhəbbətlə sevən,
qüdrətli qələmi
ilə xalqımıza
sədaqətlə xidmət
edən Məmməd Araz poeziyasını Azərbaycan torpağından,
el-obadan ayrı təsəvvür etmək
çətindir"- bu
fikirləri elmi konfransda tarix üzrə fəlsəfə
doktoru, dosent Sevinc Abbasova "Məmməd Araz yaradıcılığında
"Tarix" mövzusundakı
məruzəsində səsləndirib.
Sonra Tarix-Filologiya
fakültəsinin tələbələri,
şairin şeirlərindən
nümunələr səsləndiriblər.
Elmi konfransda
Xalq şairinin həyat və yaradıcılığını əks etdirən fotoslayd nümayiş olunub.
Mina QASIMOVA
NDU-nun Mətbuat şöbəsinin əməkdaşı
525-ci qəzet.- 2015.- 16 oktyabr.- S.7.