Çin - qədim sivilizasiya və
müasir möcüzələr ölkəsi
(Əvvəli
ötən şənbə sayımızda)
Parlament
fraksiyaları və ictimai rəy daha pis qaydada
parçalandı, general Çan
Hsünün tələbi ilə parlament buraxıldı.
Sonrakı günü Çan öz ordusu ilə (Sulla və
Qay Yuli Sezar Romaya girən kimi) Pekinə girdi ki, Tsin sülaləsini
bərpa etməyə yaxın bir iş qursun. O andaca hərbi
qubernatorlardan və generallardan Çanı və onun
çevrilişini məhkum edən teleqram axını daxil
olmağa başladı. Vitse-prezident general Li
Yuan-hui prezidentliyi öz üzərinə
götürmüşdü və bərpa dekretini imzalamaqdan
imtina etdi, Tuana tapşırdı ki, respublikanı bərpa etmək
üçün ordunu paytaxta gətirsin. Li
xahiş etdi ki, vitse-prezident Fen böhran müddətində
prezident səlahiyyətlərini öz üzərinə
götürsün və özü isə yapon elçiliyində
sığınacaq tapdı. Tuan iyunun 14-də
Pekini işğal etdi. Çan
sığınacaq tapmaq üçün Elçilər məhəlləsində
qaldı. Beləliklə, imperial sistemi bərpa
etməyin ikinci cəhdi də uğursuz qaydada başa
çatdı.
Fen fəaliyyətdə olan prezident kimi Pekinə gəldi,
öz fərdi mühafizəçiləri kimi buraya divizion gətirdi. Paytaxtda ordunun
dəstəklədiyi iki qüdrətli rəqibin hər biri
Fenin və Tuanın başçılığı
altında iki güclü fraksiya yaratdılar. Tuan
Çin bəyanatı vasitəsilə Almaniyaya müharibə
elan etdi, bu hadisə 1917-ci ilin avqustunda baş verdi.
Bu vaxt, iyunda Sun Yatsen Çin hərbi-dəniz qüvvələrinin
bir hissəsinin və parlamentin yüz üzvünün dəstəyi
ilə Kantonda rəqib bir hökumət yaratmağa cəhd
etdi. 31 avqustda Kantondakı parlament qanadı hərbi
hökumət qurdu və Sunu baş komandan seçdi. Ancaq real qüvvə hərbçilərin əlində
idi, onlar yalnız nominal olaraq Sunu dəstəkləyirdilər.
Cənub hökuməti Almaniyaya müharibə
elan etdi və Müttəfiqlərin onu legitim hökumət
kimi tanımalarına uğursuz qaydada çalışdı.
Konstitusiyanı himayə edən ordu Pekin
hökumətinə qarşı cəza kampaniyasına
başladı. Tuan cənub müxalifətini
qüvvə ilə susdurmağa cəhd etdi, bu vaxt Fen isə məsələnin
dinc qaydada həllinin tərəfdarı idi. Tuan vəzifədən getdi, öz qüvvəsini və
Feni hərbi fəaliyyətə cəlb olunmağa məcbur
etdi. Sun Kantonu tərk edib Şanxaya
qayıtdı. Onun cənubda hökumət
qurmaq cəhdi uğursuz olsa da, bu, Cənubla Şimal
arasındakı parçalanmanı xeyli ləngitdi.
Məhdud qaydadakı iştirakına baxmayaraq, Çin
müharibəyə girməkdən bir qədər fayda
götürdü, alman və Avstriya konsessiyalarını ələ
keçirdi və Boksçu kompensiyasının ödənilməmiş
hissəsini düşməninki olduğuna görə ləğv
etdi. Bu, ona həmçinin
Sülh Konqressində iştirak etmək üçün yer verdi. Yaponiya isə ancaq Çində
ələ keçirdiklərini genişləndirdi. Tuan Fenin istefasından sonra Yaponiyaya Şandunda,
Mancuriyada və Monqolustanda dəmir yolu xətti çəkməyə
konsessasiya vermişdi. Bu, Yaponiyaya 90 milyon
dollarlıq borcun əvəzi idi. 1917-ci
ilin noyabrında Birləşmiş Ştatlar Yaponiya ilə
münasibətdə çətinliklərin üstünə
Lansinq-İşin sazişi ilə girməyi də əlavə
etdi, bu, “Yaponiyanın Çindəki xüsusi
maraqlarının əraziyə bənzər” olduğunu əsas
götürürdü. Belə saziş
Yaponiyanı müharibədən əldə etdiyi faydaları
yoxa çıxarmaq təsiri bağışlayırdı.
Çin
respublikasının ilk illəri ərzində mühüm
iqtisadi və sosial dəyişikliklər baş verdi. 1918-ci ildən sənayedəki
işçi qüvvəsinin sayı 1.750 min nəfər kimi
qiymətləndirilirdi. Müasir tipli
Çin banklarının sayı artdı və onlar öz
kapitallarını çoxaltdılar.
Yeni ziyalılar ordusu meydana gəldi. Tsinin son illərində
təhsil islahatları və sona çatan hökumət
imtahanları ərzində minlərlə gənc adama elmləri
- mühəndisliyi, tibbi, qanunu, iqtisadiyyyat elmini, müəllimliyi
öyrənməyə imkan vermişdi. Digərləri
Avropaya və Birləşmiş Ştatlara
yollanırdılar. Onlar vətənə
qayıtdıqda mühüm vəzifələr tutur və cəmiyyətdə
modernizasiya qüvvələrinə çevrilirdilər.
Onların yazıları və öyrəndikləri
tələbələrin gəlməkdə olan nəsli
üçün güclü təsir rolunu oynadı.
1915-1916-cı illərdə Çində 130 minə
yaxın yeni üslublu məktəblərdə 4 milyona
yaxın şagird və 200 minə yaxın müəllim var
idi. Bu, əsasən
şəhər fenomeni idi, kənd həyatı isə buna
çətinliklə nail ola bilərdi.
Respublikanın birinci onilliyində intellektual inqilab baş verdi. Yeni ziyalıların
çoxu Çin mədəniyyətinin və milli
etikanın bütün cəhətlərinə tənqidi
qaydada yanaşmaqla, onları dəstəkləyirdilər.
Onlar Çin institutlarında daha dərin islahatlar
aparılmasına can atırdılar.
Milli
inqilabın başlanğıc dövrləri
Bu yeni inqilaba Milli Partiya (Qomindan) və Kommunist
Partiyası (Kunqçantan və ya ÇKP)
başçılıq edirdi. Qomindan öz
başlanğıcını Mancuya qarşı olan əvvəlki
Birləşmiş partiyadan götürmüşdü.
Sun Yatsenin 1914-cü ildə yaratdığı
və ölkədə olan partiyanın, 1929-cu ildə vətənpərvərliyin
yüksəlməsi ilə onun yaradıcılarının və
veteranlarının kiçik qrupunun köməyi ilə fəaliyyəti
yenidən canlandırılmışdı. Sunun ardıcılları arasında sosializm
ideyaları populyar idi.
Sun Kantona 1920-ci ildə gəldi və onu yeni Cənub
rejiminin prezidenti seçdilər. Bu rejim
özünün Çinin legitim hökuməti olduğunu
iddia edirdi. 1922-ci ilin yazında Sun Mancuriya
hərb xadimi ilə ittifaqda Pekinə nəzarət edən dəstəyə
qarşı Şimal kampaniyasını başlamağa cəhd
etdi. Vaxtilə Kantondan Kuansi militaristlərini
qovan general Çen Çiu-minin əlaltılarından biri
Sunu Kantondakı prezident iqamətgahından 1922-ci ilin iyununda
qovdu. Sun Cənub hərbi-dəniz qüvvələrində
sığınacaq tapdı və yalnız 1923-cü ilin fevralında
Kantona qayıda bildi. Burada o, baza yaratdı
və partiyanı yenidən qurdu.
Çin Kommunist Partiyası birbaşa “4 May” hərəkatından
böyümüşdü. Onun liderləri və
ilkin üzvləri professorlar və tələbələr idi.
Onlar bir inama gəlmişdilər ki, Çin
sosial inqilaba möhtacdır və model kimi isə Sovet
Rusiyasını görürdülər. Yaponiyadakı
və Fransadakı çinli tələbələr əvvəllər
sosialist təlimlərini və Karl Marksın ideyalarını
öyrənmişdilər. Lakin 1917-ci il
Rusiya inqilabı bu marağı təzələmişdi.
1920-ci ilin martına Sovet Rusiyasının
inqilabı xarici siyasətinin bəzi tədbirləri Çinə
də gəlib çatdı. Onlardan biri
çar Rusiyasının Çindəki xərclərinə
görə əldə etdiyi bütün hüquqlardan imtina
edilməsi və Rusiyaya məxsus olan Mancuriyadakı Çin
Şərq Dəmir yolunun heç bir kompensasiya almadan
Çinin özünə qaytarılması idi. Baxmayaraq ki, Sovet hökuməti sonralar bu vədini
inkar etdi və dəmir yola nəzarəti ələ
keçirməyə cəhd etdi, həmin birinci Karaxan
manifesti, çinli vətənpərvərlər arasında
böyük təsir gücünə sahib olmuşdu.
Rusiya
1919-cu ildə beynəlmiləl Kommunist təşkilatı olan
Kommunist İnternasionalını - Kommunterni yaratdı və
sonrakı ili öz nümayəndəsini
Çinə göndərdi. Li Ta-çao Pekində, Çen
Tu-hsiu isə Şanxayda Sosialist Gənclər Liqası təşkil
etdilər, bu, Kommunist Partiyası üçün plan rolunu
oynayırdı. 1921-ci ilin yazında
partiyanın Çinin müxtəlif şəhərlərində
və Yaponiyada 50-yə yaxın üzvü var idi. Linin protejesi olan Mao Tszedun Çanşada belə
qrupların birində fəaliyyətə başladı.
Partiyanın I qurultayında Çen Tu-hsiu partiyanın
başçısı seçildi.
ÇKP
sonrakı iki ili özünə üzvlər
toplamaqla, marksizmin təbliği ilə yanaşı, həmçinin
xarici imperializmə və Çin militarizminə qarşı
yönələn milli inqilaba ehtiyac olduğunu, dəmir yolu və
fabrik fəhlələri arasında isə yeni həmkarlar
ittifaqları təşkil etməyi təbliğ edirdi. Kominternin Marinq adlanan nümayəndəsi olan holland
kommunisti Milli İnqilabi Hərəkatda Qomindanı və
ÇKP-ni bir yerə gətirmək üçün vasitəçi
rolunu oynayırdı. Bir neçə gənc
təcrübə keçmək üçün Rusiyaya
göndərildi. Onların arasında gələcək
baş nazir Çjou Enlay da var idi. 1923-cü
ildə partiyanın artıq 300 üzvü var idi. Köməkçi Sosialist Gənclər Liqasında
isə üzvlərin sayı 3 minlə 4 min arasında idi.
ÇKP-nin III qurultayında Kominternin təzyiqi ilə
kommunistlər Qomindanla birləşdilər və bu birliyi
Milli İnqilabi hərəkatın mərkəzi etdilər. Sun çoxpartiyalı
ittifaqı rədd etsə də, kommunistlərin
özünün partiyasına daxil olmalarına razılıq verdi. Liderlər də daxil olmaqla
artıq bəziləri Qomindana birləşmişdi. Kommunistlər digər partiyaya fərdlər kimi daxil
olmalı idilər. ÇKP ayrıca
varlığını qoruyub saxlamaq qərarına gəldi.
Rusiya liderləri köhnə bolşevik Mixail Borodini
özlərinin Sun Yatsenə məsləhətçisi kimi
seçib göndərdilər. Marinq və Voytinski isə
ÇKP-nin məsləhətçiləri idilər,
partiyanın qərargahı Şanxayda idi. Üç
adam - Lev Karaxan Pekində, Borodin Kantonda, Voytinski isə
Şanxayda olmaqla, Çini “dünya inqilabının”
antiimperialist cəbhəsinə gətirmək cəhdini
bilavasitə həyata keçirməklə məşğul
idi. Hücum hədəfi ilk növbədə
Böyük Britaniyanın, Yaponiyanın və Birləşmiş
Ştatların Çindəki mövqeləri idi. Həmin dövlətlər də müharibədən
sonra Çinlə yeni əlaqələr qurmağa doğru hərəkət
edirdilər. Vaşinqton Konqressində
(noyabr 1921- fevral 1922-ci illər) səkkiz dövlət
Çinin suverenliyinə, müstəqilliyinə, ərazi və
inzibati varlığına hörmət etmək barədə
razılığa gəldi. Onlar istəyirdilər
ki, Çinə öz stabil hökumətini inkişaf etdirmək
imkan verilsin. Bütün millətlərlə
bu dövlətin kommersiya və sənaye əlaqələri
üçün imkan yaradılsın və həm də
Çindəki şəraitlərdən fayda götürmək
üçün müstəsna imtiyazlar axtarmaqdan vaz
keçilsin. Yaponiya Şandundakı
keçmiş alman mülkiyyətinin qaytarılmasına
razılıq versə də, əyalətdə öz
imtiyazlarını saxladı.
Respublika Çini ilk illər ərzində rəqib hərbi
rejimlər tərəfindən parçalanırdı. Cənub
Pekinin nəzarətindən çıxdı. Güclü Pekin ordusu iki böyük fraksiyaya
bölündü.
Qomindanın Kantonda 1924-cü ilin yanvarında birinci Milli
Qurultayı keçirildi. Borodin Kantona gələn
kimi təxirə salmadan Suna məsləhət gördü ki,
partiyanı yenidən qursun. O, nizamnamə
hazırladı və partiya proqramının layihəsini
cızdı, bu, milli siyasətin əsası olmalı idi. Qurultay nümayəndələri proqramı və
yeni nizamnaməni qəbul etdi. Proqram
geniş sosial islahatlar barədəki məqsədləri və
Çinin beynəlxalq statusuna yenidən fundamental əlavələri
elan etdi. Onun tonu millətçilik ruhunda
idi, Çinin düşmənlərini isə imperializmin və
militarizmin timsalında tanıyırdı.
Nizamnamə Rusiya Kommunist Partiyasından
götürülmüş model əsasında mərkəzləşmiş
təşkilat kimi təsvir olunurdu, hakimiyyət kiçik,
seçilmiş qrupun əlində cəmlənirdi, coğrafi
idarələrin aşağı iyerarxiyasına yuxarıdan
istiqamətlənən İcraiyyə Komitəsi nəzarət
edirdi. Üzvlər sərt intizama tabe olmalı və
sıx özəklərdə təşkil olunmalı idilər.
Onlar həmkarlar ittifaqları ilə
yanaşı digər təşkilatlara nüfuz etməli və
onların üzərində nəzarəti ələ
keçirməli idilər. Sun partiyanın
lideri oldu. Qurultay İcraiyyə Komitəsini
və Mərkəzi Nəzarət Komitəsini seçdi, onlar
partiyanın işlərini idarə etməli idilər və
Sunun qərarının kommunistlər tərəfindən qəbul
edilməsi üçün onu təsdiq etməli idilər.
Baxmayaraq ki, Qomindanın özünün üzərində
kommunistlərin hegemonluğunun yaranacağından
qorxduqlarından partiya veteranlarının bir çoxu buna
müxalif çıxmışdı. Bir
neçə kommunist, Li Ti-çao da daxil olmaqla İcraiyyə
Komitəsinə seçildi.
1924-cü
il ərzində Sun kolleqaları ilə
birlikdə Qomindanın milli miqyasda təsirinin artmasına nail
olmaq sahəsində bir sıra uğurlar qazandı. Sun noyabrda dəvətlə Şimala yola
düşdü. Pekinə gəlməmişdən
əvvəl o, özünün ciddi xəstə olduğunu
hiss etdi, onda qaraciyərin sağalmaz xərçəng xəstəliyi
var idi. Sun Yatsen 12 mart 1925-ci ildə Pekində
vəfat etdi. Onun vəfatından sonra
Qomindanda daxili münaqişələr dövrü
başlandı və bu münaqişələr Rusiyanın
köməyi ilə möhkəm qaydada çoxalırdı.
Münaqişənin başlıca səbəbi
kommunistlərin təsiri altında partiyanın
radikallaşması idi. Onlar həmkarlar
ittifaqları və kəndli assosiasiyaları təşkil
edir, sinfi mübarizəyə və antiimperializm hərəkatına
təkan verirdilər.
(Ardı var)
Telman Orucov
525-ci qəzet.- 2015.- 17 oktyabr.- S26.