Şərq Əməkdaşlığı
fotoalbomunun təqdimatı keçirilib
Muzey Mərkəzində
“Ailə albomu” Şərq Əməkdaşlığı
fotoalbomunun təqdimatı
olub.
Azərbaycan Fotoqraflar Birliyinin
(AFB) sədri Mirnaib Həsənoğlu çıxış
edərək bildirib ki, fotoalbom 30 ay davam etmiş “Say Cheese” layihəsinin yekunu olaraq çapdan çıxıb. Avropa Birliyinin
“Mədəniyyət” layihəsi
çərçivəsində maliyyələşdirilən “Say Cheese” layihəsi Şərq Əməkdaşlığı ölkələrinin müsbət
imicinin formalaşması
məqsədi daşıyır.
Fotoalbomda Şərq Əməkdaşlığı
ölkələrindən bəhs
edən fotolar yer alıb. Şəkillər beynəlxalq fotoplenar zamanı çəkilib.
Azərbaycandan 8 fotoqraf bu ölkələrdə olub.
Azərbaycan Fotoqraflar Birliyi
isə Şərq Əməkdaşlığı ölkələrindən doqquz
fotoqrafı qəbul edib və ölkəmizin
görməli və tarixi yerlərində fotoplenar təşkil olunub.
Fotoalbomda
Şərq Əməkdaşlığı
ölkələrindən - Azərbaycan, Gürcüstan,
Ukrayna, Belarus, Ermənistan
və Moldovadan 50 fotoqrafın işi toplanıb. Bu ölkələrin
müsbət imicinin formalaşması məqsədini
daşıyan fotolarda
təbiət mənzərələri,
tarixi abidələri,
insanların portretləri
və s. əks olunub.
Mərasimdə Gürcüstan Fotoqraflar Assosiasiyasının sədri
Kaxa Pxakadze deyib ki, həmkarlarımla
bu möhtəşəm
albomu təqdim etməkdən məmnunam. Layihə müddətində
fotoqraflar arasında dostluq əlaqələrinin
yarandığını vurğulayan
K.Pxakadze gələcək
layihələrdə daha
maraqlı işlər
təqdim edəcəklərini
söyləyib.
“İrs” jurnalının
baş redaktoru Musa Mərcanlı albomda maddi-mədəni irslə
bağlı fotoları
xüsusi qeyd edərək fotoqrafların
bu abidələrə
eyni prizmadan yanaşdığını deyib. AFB ilə
bir neçə layihələr həyata keçirdiklərini vurğulayaraq
natiq fotoalbomda yer alan
Azərbaycanla bağlı
fotoları jurnalda dərc etməyə hazır olduqlarını söyləyib.
Fotoalbomun
ən yaxşı bələdçi olduğunu
söyləyən Moldovanın
Azərbaycandakı müvəqqəti
işlər vəkili
Georgi Botan deyib ki, bu
nəşrlə tanış
olan hər bir insan iştirakçı
ölkəni daha yaxından tanımaq imkanı əldə edəcək.
Sonra Azərbaycandan
layihəyə qatılan
iştirakçılara sertifikatlar
təqdim edilib.
S.ABDULLAYEVA
525-ci qəzet.- 2015.- 17 oktyabr.- S.17.