Rəssamlar İttifaqında “Açıq rəngkarlıq” sərgilənir

 

Rəssamlar İttifaqının Vəcihə Səmədova adına sərgi salonunda tanınmış rəssam Valentina Əfəndiyevanın əsərlərindən ibarətAçıq rəngkarlıqadlı fərdi sərgisi açılıb.

 

Rəssamlar İttifaqının katibi, Xalq rəssamı Ağəli İbrahimov həvəskar rəssam V.Əfəndiyevanın əsərləri haqqında fikirlərini bölüşüb. Onun rəsmlərində gözəllik duyğusu, işıqlı rənglərin çoxluğu, həyatsevərlik, xeyirxahlıq ifadə olunduğunu söyləyib.

 

Rəssamlar İttifaqının təşkilatçılığı ilə keçirilən sərgidə Xalq rəssamı Altay Hacıyev, Əməkdar İncəsənət Xadimi Rafiq Kərimov başqaları nümayiş olunan əsərlərdə təbiət, mənzərə, güllər, dəniz, ilin fəsilləri, müxtəlif fəlsəfi yanaşma emosional hisslərin rənglərlə öz bədii ifadəsini tapdığını bildiriblər.

 

Sonda müəllif tədbirin təşkilatçılarına iştirakçılarına minnətdarlığını bildirərək deyib: “Sərgidə nümayiş olunan 100-dək rəsm əsəri 5 illik zəhmətimin bəhrəsidir. Mənim bundan əvvəl fərdi sərgilərim açılıb. Bu sərgilərdə şəhidlər haqqında tablom, rəngkarlıq əsərlərim bir çox mövzulara həsr edilmiş yaradıcılıq nümunələrim nümayiş olunub. Bu mənim sayca altıncı sərgimdir”.

 

Sonda iştirakçılar 5 gün davam edəcək sərgi ilə yaxından tanış olublar.

 

Sərgidə nümayiş olunan rəngkarlıq, yağlı boya, akvarel, qrafika və tətbiqi sənətə aid olan müxtəlif mövzulu portretlər tamaşaçıların marağına səbəb olub.

 

525-ci qəzet.- 2015.- 17 oktyabr.- S.17.