UNESCO-da
Azərbaycan mədəni
irsinin təqdimatı
olub
Ümumdünya mədəni və təbii irsin qorunması üzrə Konvensiyaya üzv dövlətlərin 20-ci Baş
Assambleyası UNESCO-nun baş
konfransı çərçivəsində
noyabrın 18-dən 20-dək təşkilatın mənzil
qərargahında keçiriləcək.
Azərbaycan Ümumdünya İrs Komitəsinə seçilmək
üçün namizədliyini
irəli sürüb. Bununla əlaqədar
olaraq müvafiq təbliğat kampaniyası
həyata keçirilir.
Kampaniya çərçivəsində Parisdə, UNESCO-nun mənzil
qərargahında Mədəniyyət
və Turizm Nazirliyi və Azərbaycan Respublikasının
UNESCO yanında daimi nümayəndəliyinin birgə
təşkilatçılığı ilə Azərbaycan mədəni irsinin təqdimatı mərasimi
və ziyafət təşkil olunub.
Azərbaycanın UNESCO yanında daimi nümayəndəsi Anar Kərimov təqdimat mərasimini açaraq ölkəmizin UNESCO-ya
1992-ci ildən üzv
olmasından, keçən
müddət ərzində
Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun xoşməramlı səfiri
Mehriban Əliyevanın
bu əməkdaşlığa
verdiyi dəyərli töhfələrdən və
dəstəkdən danışıb.
A.Kərimov ölkəmizin UNESCO-nun mədəniyyət
sahəsində 5 konvensiyasını
ratifikasiya etdiyini və onların milli və beynəlxalq
səviyyədə mövcud
mexanizmlər vasitəsilə
həyata keçirildiyini
bildirib.
Mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva UNESCO-nun baş direktoru İrina Bokovaya və qurumun bütün əməkdaşlarına Azərbaycan mədəni və təbii irsini nümayiş etdirmək üçün imkan yaratdıqlarına görə təşəkkür edib.
S.Məmmədəliyeva müstəqilliyimizin ilk illərindən başlayaraq ölkəmizin UNESCO ilə daimi və sabit əməkdaşlıq və qurumun bir çox layihələrində fəal iştirak etdiyini vurğulayıb. O, bu əməkdaşlığın inkişafında, canlanmasında və güclənməsində əvəzolunmaz rolu olan UNESCO-nun şifahi ənənələr və musiqi ənənələri sahəsində xoşməramlı səfiri adına layiq görülən Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya təşəkkürünü bildirib.
Mədəni və təbii irsin qorunmasının əhəmiyyətinə toxunan nazir müavini Azərbaycanın Fransa, İtaliya və bir çox digər ölkələrdə konservasiya və bərpa layihələrinə verdiyi dəstəkdən danışıb.
O, həmçinin IDEA təşkilatının təbii irsin qorunması, təşviqi, bioloji müxtəlifliyin zənginləşməsi və yerli ekosistemlərin qorunması sahəsində həyata keçirdiyi böyük işləri diqqətə çatdırıb.
Nazir müavini seçiləcəyi təqdirdə ölkəmizin Ümumdünya İrs Komitəsinin daha da inkişaf etməsinə və səmərəli fəaliyyət göstərməsinə öz texniki töhfələrini və Dünya İrs Konvensiyasına tövsiyələr təklif edəcəyini bildirib.
Mədəniyyət və Turizm Nazirliyinin mədəni irs şöbəsinin rəisi Rizvan Bayramov çıxış edərək ölkəmizin mədəni və təbii irsin qorunması və idarə olunması sahəsində təcrübəsi, eləcə də yüksək peşəkarlıqla həyata keçirilən bərpa və konservasiya layihələri haqqında ətraflı məlumat verib. O, azərbaycanlı ekspert və alimlərin Avstriya, İtaliya, Almaniya, Fransa və İrandan olan həmkarları ilə əməkdaşlığından danışıb.
Fransalı arxeoloq Bertiy Lyone Azərbaycanın
müxtəlif rayonlarında aparılan arxeoloji
qazıntılar haqqında danışıb.
525-ci qəzet.- 2015.- 17 oktyabr.- S.16.