Azərbaycan multikulturalizminin
İndoneziyadakı təntənəsi
Multikulturalizm həyat tərzimizdir
Azərbaycan multikulturalizminin İndoneziyadakı
təntənəsi
30 sentyabr-2 oktyabr tarixlərində
İndoneziya Bali adasının
Denpasar şəhərində
Xaricilərə İndoneziya
dilini Tədris edən Müəllimlər
Assosiasiyasının təşkilatçılığı
ilə beynəlxalq konfrans keçirilib. IX beynəlxalq
konfrans “Dünya keçid mərhələsində:
qloballaşma, multikulturalizm
və xaricilərə
dilin tədrisinin inkişaf strategiyası” mövzusuna həsr edilib.
Azərbaycanı bu konfransda Bakı
Beynəlxalq Multikulturalizm
Mərkəzinin (BBMM) nümayəndəsi
professor Həbib Zərbəliyev
təmsil edib. Professor bu ölkədə bir sıra vacib
tədbirlərdə iştirak
edib, İndoneziyanın
müxtəlif dairələrində
Azərbaycan multikulturalizminin
təbliğatı ilə
bağlı görüşlər
keçirib.
lll
Bugünlərdə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində
İndoneziyaya ezam edilən professor Həbib Zərbəliyevin iştirak
etdiyi tədbirlərdəki
fəaliyyətinə həsr
edilən hesabatı dinlənilib.
Professor əvvəlcə İndoneziyanın
Coqyakarta şəhərində
Muhammadiyyah dini-sosial təşkilatının üzvləri
ilə keçirilən
“Azərbaycan multikultural
ölkə modeli kimi” mövzusunda dəyirmi masa, sonra isə İndoneziya Bali adasının
Denpasar şəhərində
Xaricilərə İndoneziya
dilini Tədris edən Müəllimlər
Assosiasiyasının təşkilatçılığı
ilə düzənlənən
beynəlxalq konfrans barədə ətraflı
məlumat verib: “Dəyirmi masa Mərkəzin xarici ölkələrin intellektual
və administrativ məkanlarında Azərbaycan
multikulturalizmi mövzusunda
birdəfəlik mühazirələrin
(dəyirmi masalar) təşkil edilməsi layihəsi çərçivəsində
baş tutub”.
Alim dəyirmi masada bu təşkilatın baş katibi, professor Agung Danarto, Ahmad Dahlan Universitetinin beynəlxalq əlaqələr
üzrə prorektoru,
professor Sabiran, Coqyakarta
Muhammadiyah Universitetinin
Beynəlxalq əməkdaşlıq
idarəsinin rəisi
Toni Hariadi və digər şəxslərin
iştirak etdiyini diqqətə çatdırıb:
“Maraqlı keçən
dəyirmi masada İndoneziyanın hər iki universitetinin nümayəndələri Azərbaycan
multikulturalizmi ilə daha çox insanın ətraflı tanış olması üçün “Azərbaycan
multikulturalizmi” fənninin
həmin universitetlərdə
tədris edilməsində
maraqlı olduqlarını
deyiblər. Bunun üçün Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinə
müraciət edəcəklərini,
İndoneziyanın da multikultural ölkə olduğunu nəzərə
alaraq bu sahədə sıx əməkdaşlığın vacib olduğu qeyd edilib”.
Professor İndoneziyanın Bali adasının
Denpasar şəhərində
Xaricilərə İndoneziya
dilini Tədris edən Müəllimlər
Assosiasiyasının təşkilatçılığı
ilə keçirilən
“Dünya keçid mərhələsində: qloballaşma,
multikulturalizm və xaricilərə dilin tədrisinin inkişaf strategiyası” mövzulu
IX beynəlxalq konfransın
gedişatı haqqında
da məlumat verib. Konfransda multikulturalizm və
qloballaşma şəraitində
xaricilərə qeyri-ana
dilinin tədrisinin mövcud durumu ilə bağlı İndoneziya, Almaniya, Avstraliya, Azərbaycan, Çin, Taliand və digər ölkələrin nümayəndələri
məruzə ilə çıxış edib.
Professor konfransda “Multikultural şəraitdə
dilin fənlərin inteqrasiyasında tədrisi”
mövzusunda məruzə
edib. H. Zərbəliyev
məruzəsində çoxlu
sayda etnik qrupların və milli azlıqların məskunlaşdığı Azərbaycan
və İndoneziyada dövlət dili ilə yanaşı, etnik və milli
azlıqların dilləri
və mədəniyyətlərinin
öyrənilməsinə xüsusi
əhəmiyyət verildiyini
vurğulayıb. Məruzədə ölkəmizdə dövlət
siyasətinin əsas prioritetlərindən biri olan multikulturalizmin mövcud durumu barədə ətraflı
məlumat verilib.
Məruzənin mühüm hissəsini
dövlət dili və etnik dillərin
tədrisində ortaya
çıxan problemlərin
də araşdırıldığı
və bu sahədə tipoloji oxşarlıq və fərqliliklərin müəyyənləşdirilməsi
mövzusu təşkil
edib. Maraqla qarşılanan məruzə
ətrafında geniş
müzakirə aparılıb.
Məruzəçi sonda Azərbaycanda
mövcud olan mulltikultural və multilinqual durum haqda daha ətraflı məlumat almaq üçün konfrans iştirakçılarının ünvanladıqları sualları
cavablandırıb.
Hər iki tədbirdə professor BBMM-in fəaliyyəti
və Azərbaycandakı
multikultural mühit barədə ətraflı
məlumat verib. Alim qeyd edib ki, Prezident
İlham Əliyevin fərmanı ilə belə bir Mərkəzin
yaradılması ölkəmizdə
mutikulturalizm dəyərinə
verilən önəmin
göstəricisidir: “Xalqımızın
ümummilli lideri Heydər Əliyevin siyasi iradəsi nəticəsində Azərbaycan
tarixən sahib olduğu
tolerantlıq və multikulturalizm ənənələrini
yenidən bərpa edib. Ümummilli lider multikulturalizm
siyasətini hər zaman ölkəmizin demokratik inkişafının
ayrılmaz tərkib hissəsi kimi görüb. Bu gün Prezident İlham Əliyev Azərbaycanda multikulturalizm
ənənələrinin qorunmasına
yönəldilmiş bu
siyasəti uğurla davam etdirir”.
lll
Bugünlərdə professorla söhbətləşib
İndoneziyada Azərbaycan
multikulturalizminin təbliği
və təşviqi ilə bağlı daha hansı tədbirlərdə iştirakı
ilə maraqlandıq. H. Zərbəliyev
vurğuladı ki, Coqyakarta şəhərində
Qacah Mada Universitetində (UGM) Beynəlxalq
Əlaqələr Departamentinin
müdiri İ Made Andi
Arsana ilə görüşüb və
bu universitetdə “Azərbaycan multikulturalizmi”
fənninin tədrisi məsələsini müzakirə
edib: “Müzakirələr
nəticəsində bu
fənnin Mədəniyyətşünaslıq
fakültəsində magistratura
səviyyəsində həftədə
1 dəfə olmaqla bir semestr (14 həftə x 2) ərzində
tədrisi barədə
razılıq əldə
olunub. İ Made Andi Arsana UGM-in rektoru adından başqa əməkdaşlıq
sahələri üzərində
düşünməyi də
təklif edib”.
Professor sentyabrın 28-də Coqyakarta şəhərində təkcə burada 100 mindən çox üzvü olan Muhammadiyah dini-sosial təşkilatının üzvləri ilə “Azərbaycan multikultural ölkə modeli kimi” mövzusunda keçirilən dəyirmi masanın əhəmiyyətindən, bu tədbirdən sonra Azərbaycan multikulturalizminə daha dərin maraq yarandığından söz açıb.
“Dünya keçid mərhələsində: qloballaşma, multikulturalizm və xaricilərə dilin tədrisinin inkişaf strategiyası” mövzusunda İX beynəlxalq konfransın da önəmindən danışan H. Zərbəliyev konfransdan sonra qonaqların ona yaxınlaşdığını, Azərbaycandakı dini və etnik tolerantlıq, mültikulturalizm ənənələri ilə yaxından maraqlandıqlarını diqqətə çatdırıb: “Konfransın 3-cü günü - oktyabrın 1-də mən çoxlu sayda etnik və milli azlıqların məskunlaşdığı Azərbaycan və İndoneziyada dövlət dili ilə yanaşı, etnik və milli azlıqların dilləri və mədəniyyətlərinin öyrənilməsi məsələlərinə və multikultural şəraitdə dövlət dili və etnik dillərin tədrisində ortaya çıxan problemlərə həsr olunmuş “Multikultural şəraitdə dilin fənlərin inteqrasiyasında tədrisi” mövzusunda plenar məruzə ilə çıxış etdim. Məruzə böyük maraqla qarşılandı və mövzu ətrafında aparılan geniş müzakirədə konfrans iştirakçıları Azərbaycanda mövcud olan multikultural və multilinqval şəraitlə daha ətraflı tanış olmaq üçün müxtəlif suallarla müraciət etdilər və ətraflı cavablar aldılar”.
H. Zərbəliyev oktyabrın 2-də konfransın yekununda müvafiq komissiyanın tərkibində təklif və tövsiyələrin hazırlanmasında da iştirak edib.
lll
Deyilənlərə, görünənlərə və yazılanlara sözardı: Yuxarıda haqqında söz açdığımız uğurla həyata keçirilən layihələr və tədbirlər silsiləsi Azərbaycan multikulturalizminin daha bir böyük ölkəni -İndoneziyanı da öz çoxəsrlik dəyəri ilə fəth etdiyinə sübutdur. İnanırıq ki, Cənub-Şərqi Asiyanın ən böyük dövləti olan İndoneziyada Azərbaycan multikulturalizminin tədrisi ölkəmizə, milli-mənəvi dəyərlərimizə marağı artırmaqla yanaşı, müxtəlif sahələrdə yeni perspektivli əməkdaşlıqların yaranmasının da əsasını qoyacaq.
Sevinc MÜRVƏTQIZI
525-ci qəzet.- 2015.- 17 oktyabr.- S.10.