İncəsənət Muzeyində
Yaponiyanın bağışladığı xatirə simvolunun təqdimatı olub
Yaponiyanın "Sülh naminə
Daş Hirosima Assosiasiyası" təşkilatı
və Yaponiyanın
"Kyodo News" informasiya agentliyi dünyada sülhün təbliği
məqsədilə "Sülh
naminə Daş" adlı xatirə simvolunu Azərbaycan Respublikasına hədiyyə
edib.
Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı
ilə Azərbaycan Milli İncəsənət
Muzeyində bu simvolun təqdimat mərasimi keçirilib.
Tədbirdə çıxış edən
mədəniyyət və
turizm naziri Əbülfəs Qarayev İkinci Dünya müharibəsindən sonra
Yaponiyanın Hirosima şəhərinə atılmış
atom bombasının bəşəriyyət
tarixində ən böyük faciələrdən
biri olduğunu söyləyib.
Nazir diqqətə
çatdırıb ki,
müxtəlif ictimai təşkilatlar, dövlət
orqanları tərəfindən
sülhün bərpa
olunması naminə layihələr həyata keçirilir. "Sülh
naminə Daş Hirosima Assosiasiyası"
bu təşkilatlar arasında layiqli yer tutub. 1991-ci ildən bu
assosiasiya müxtəlif
layihələr reallaşdırır.
Assosiasiyanın təşəbbüsü və Yaponiya hökumətinin dəstəyi
ilə keçirilən
"Sülh naminə
Daş" adlı xatirə simvolunun təqdim edilməsi layihəsi bir sıra ölkələri
əhatə edir.
Faciənin baş verdiyi
ərazidən çıxarılan
daş lövhələr
dünyada sülh çağırışının simvoluna çevrilib.
Nazir ölkəmizin müharibə
şəraitində yaşadığını,
torpaqlarının 20 faizinin
düşmən tapdağı
altında olduğunu vurğulayaraq Azərbaycan
dövlətinin apardığı
siyasətin sülhə
yönəldiyini, mövcud
münaqişənin sülh
yolu ilə həllinə çalışdığını
söyləyib.
Ə.Qarayev qeyd edib ki,
"Sülh naminə
Daş" simvolunun Milli İncəsənət
Muzeyinin ekspozisiyasına
daxil edilməsi atom faciəsi qurbanlarına hörmət rəmzi olmaqla yanaşı, Azərbaycan-Yaponiya mədəni
əlaqələrinin inkişafına
yeni töhfədir.
"Sülh naminə Daş Hirosima Assosiasiyası"nın sədri Michio Umemoto nəzərə çatdırıb ki, bu faciədən 70 il ötməsinə baxmayaraq, onun yaratdığı fəsadları
hələ də bir çox insanlar öz üzərində daşıyırlar.
Hirosima qurbanlarının
xatirəsi hər il Yaponiyada
dərin hüznlə
yad edilir.
Michio Umemoto bu gün
təqdim edilən daş lövhənin atom bombasının düşdüyü
ərazidən 200 metr
aralıdan çıxarıldığını
qeyd edərək bildirib ki, simvolu
qəbul etməyə
razı olduğu üçün başda Prezident İlham Əliyev olmaqla Azərbaycan hökumətinə
təşəkkür edirik.
Ölkələrin bu simvolu qəbul etməsi ilə hədəf seçdiyimiz sülh çağırışı bir qədər də genişlənir.
Yaponiyanın Azərbaycandakı səfiri
Tsuquo Takahaşi vətəndaşlarımızın Yaponiyaya sevgi ilə yanaşmasının
onu çox sevindirdiyini dilə gətirib. O, təqdim edilən simvolun Azərbaycan ilə Yaponiya arasında dostluq münasibətlərində
irəliyə atılan
daha bir addım olduğunu vurğulayıb.
Sonra "Sülh
naminə Daş" adlı xatirə simvolunun açılışı
olub.
Azərbaycan hökuməti adından simvolun sənədini baş nazirin müavini Elçin Əfəndiyev qəbul edib.
Tədbir
iştirakçıları, həmçinin muzeydə
Hirosima faciəsini əks etdirən fotosərgi ilə də tanış
olublar.
S.ABDULLAYEVA
525-ci qəzet.- 2015.- 20 oktyabr.- S.7.