"Anar dünyası" Pərvinin təqdimatında  

 

 

"Anar dünyası"na Ramiz Rövşənin aşağıdakı misralarıyla qoşuldum:

 

Yenə tək

Gəzirəm boş küçələri.

Qapıdan qovulmuş bir qonaq kimi.

Yenə zəng vurmağa gicişir əlim

Sənə qəfil bir zəng - şapalaq kimi!

 

Şənbə günüdür Milli Kitabxanada Pərvinin "Anar dünyası" kitabının təqdimat mərasimi keçirilir. Bu, açığı, mənim Pərvinin kitab təqdimatında ikinci iştirakımdır. Bir il öncə Yazıçılar Birliyində yeni çıxan kitabıyla tanış olmuşdum. Bu kitab Pərvinin müsahibələr toplusuydu bu gün həmin təqdimatın fonunda yeni bir təəssürat qazandım. Müşahidəmin nəticəsi budur ki, Pərvin hər zamankı, görməyə öyrəşdiyimiz kitab təqdimatlarına xas rəsmi atmosferi dağıtmağa qadirdi. Bəli, gənclər, tələbələr müəlliflə ünsiyyətə, müzakirəyə qatılır tribunadakı rəsmi çıxışların hamısı bu kiçik, ancaq qaynar ədəbi cücərtilərin ucqarında qalır. Bu gün belə oldu mən "Anar dünyası" ilə yanaşı "Pərvin dünyası" kəşf elədim...

 

Qapını açıb zala girirəm. Uzaqda, tribunanın arxasında Ramiz Rövşən dayanıb xəfif, sakit təbəssümlə danışır. Ondan sağ tərəfdəki masada isə Anar, Pərvin onların arasında orta yaşlı bir kişi oturub. Bu, çox güman, tədbirin aparıcısıdır. Zal tamam doludur. Görünür, ayaq üstə qalmalıyam. Ancaq xoşdur. Çünki Ramiz Rövşən 60-cı illərin Anarından danışır:

 

- Mənə elə gəlir, Anar təkcə Azərbaycan ədəbiyyatını deyil, həm mədəniyyətini ortaq məxrəcə gətirən şəxsdir. Yəni, Azərbaycan kinosunu, teatrını, ədəbiyyatını, rəssamlığını öz fəaliyyət yaradıcılığı ilə bütünləşdirən yazıçıdır. Anarın yazılarında biz hamımız varıq. Anarın 60-cı illər yaradıcılığı ədəbiyyatımızın intibah dövrünə təsadüf edir. Ədəbiyyatımızın iki intibah dövrü var. Birincisi, XX əsrin əvvəllərində yaranan intibah. Bu, Mirzə Cəlilin, Əli bəy Hüseynzadənin, Üzeyir bəyin, Hüseyn Cavidin başqa böyük sənətkarlarımızın adıyla bağlıydı. İkincisi isə 60-cı illər intibahıydı. Bu cür işıqlı dövrün ən parlaq simalarından biri Anardır. hətta deyərdim ki, Anarın obrazı o dövrün vizual obrazlarından biridir. Bax həmin obrazı bütün detalları ilə Pərvin bizə təqdim edib.

 

bunun ardınca Ramiz Rövşən Anarın "Mən, sən, o telefon" əsəriylə səsləşdiyini söylədiyi "Qəfil bir zəng" şeirini oxuyur. Ramiz Rövşənin gənc yaşlarında yazdığı bu şeir tədbirə çox güclü poetik ovqat gətirir.

 

Pərvinin tələbələri Anarla - ilk növbədə Təhminənin, Zaurun müəllifi kimi - ünsiyyətə maraqlıdılar. Pərvin isə bunları, sadəcə, belə adlandırır: "Tələbələrim yazıçımızı imtahana çəkirlər". bu imtahan olduqca maraqlıdır. Söz gənclərə verilir. Onlar zalın sağ tərəfinə axışırlar. Oturacaqların arasındakı uzunsov boşluqda döşəməyə, lap ev sahiblərinin oturduqları yuxarı pillədəki masaya yaxın bir mikrofon qoyulur. tələbələr tək-tək həmin mikrofonun önünə keçir. Gənclərdən biri soruşur: "Yazıçı Anar özü haqda bu monoqrafiyanı oxuyarkən nələrdən narazı qaldı?" Anar isə tələbəyə müəlliməsinə təşəkkürünü bildirir. Ardınca sualı özünəməxsus yumorla cavablayır: "Kitab bir az da qalın olsa, yaxşı olardı".

 

Bax, kitab təqdimatında dinamik ab-hava deyərkən bunu nəzərdə tuturam. Dinləyicilər heç elmi cümlələr eşitməyə məcbur olmur yorulmurlar. Əlbəttə, bu, kitab müəllifinin təşkilatçılığı psixoloji gedişidir.

 

Üç saat sürən təqdimatda çıxışlar da az olmadı. Ədiblər, alimlər, professorlar "Anar  dünyası" kitabının mövzusundan, mətnin xarakterindən əlbəttə, tədqiqat obyekti Anar olduğu üçün onun yaradıcılığından, şəxsiyyətindən xeyli ətraflı danışdılar. Professor Tofiq Məlikli kitabla bağlı təəssüratlarını xüsusi intizam, səliqə akademik incəliklə bölüşdü:

 

- Pərvinin bu kitabı başqa kitablarından üslubuyla fərqlənir. Kitab esse janrında yazılıb. Esse janrı ilk növbədə ədəbiyyat, publisistika fəlsəfənin qarışımından meydana gələn xüsusi bir dildir. Bu janrın özü bir neçə qola ayrılır: Ədəbi fəlsəfi tənqid. yazar bunun hər hansı birini seçərək öz obyektini öyrənməyə başlayır. Bu janrın bir xüsusiyyəti ondan ibarətdir ki, əsərin qəhrəmanından daha çox, müəllifi ön plana keçməlidir. Çünki burada individual baxış aparıcı rol oynayır. Kitabı oxuyarkən mən birinci növbədə Pərvini görmək istədim böyük məmnuniyyətlə qeyd etmək istəyirəm ki, gördüm.

 

Bunu da yenidən vurğulayım ki, gənclər tədbirin oynaq, canlı hərəkətli hissəsinə hakim idi. onlar ön cərgələrə dəvət olunmazdan əvvəl çıxış üçün Rəşad Məcidə söz verildi.

 

- Burda beş il bundan öncə, 2010-cu ildə Gənc Ədiblər Məktəbinin tədbiri keçirilirdi. Pərvinin Yazıçılar Birliyinə ilk gəlişi belə oldu. Bu beş ildə Pərvin həm Yazıçılar Birliyi, həm "525-ci qəzet”də misilsiz fədakarlıq zəhmət ortaya qoydu. Gənclər içərisində Pərvin qədər zəhmətkeş, inadkar biri olmayıb. Pərvinə göstərilən qayğının, diqqətin səbəbi onun zəhməti, istedadıdır. Bu illərdə Pərvin Azərbaycan ədəbiyyatının, mədəniyyətinin, dünya kinosunun ən müxtəlif sahələrindən çox fərqli yazılar yazıb. "Yüz gözəl sevgi şeiri" Azərbaycan şeirinin esseistika şəklində bəlkə ən gözəl təhlilidir. Anarın yaradıcılığına Pərvin həmişə üstün fərqli münasibət göstərib. Anarın bəzi kitablarına Pərvin önsözlər yazıb. bu, hətta bəzi insanları qıcıqlandırıb da. Ancaq bu bir faktdır ki, heç kim Anar yaradıcılığını Pərvin qədər bilmir, onun qədər duymur, ürəkdən yanaşmır.

 

"Anar dünyası" əsəri bioqrafik romandır. ADPU-nun Azərbaycan ədəbiyyatı kafedrasının müdiri, professor Himalay Qasımov öz çıxışında bundan xüsusi söz açır. Kitabın monumental roman olduğunu, Anar şəxsiyyətinin bioqrafik kodlarını açmaqda oxucuya yardım etdiyini söyləyir. Professor Qəzənfər Paşayev isə kitabın müəllifinin yaradıcı enerjisindən bəhs edir, Pərvinin bu uğurunun yazıçı istedadı zəhməti ilə başa gəldiyinə diqqət çəkir:

 

- Mən Anar haqqında bütün yazılanları izləyirəm. Bu baxımdan Pərvinin bu yeni kitabı da mənim üçün xüsusilə maraqlı oldu. Vaqif Yusiflinin kitaba yazdığı giriş sözündən Pərvinin mətnindəki istiqamətləri təyin etmək olur. Açığı, ilk sərlövhəni görəndə çaş-baş oldum. Niyə "Anar dünyası?" Axı təyini söz birləşmələri və dilin müəyyən qrammatik qanunları var. Pərvin ki bundan xəbərdardır. Ancaq müqəddimənin son cümləsini oxuyanda gördüm ki, nə qədər haqlıymış. Bu kitabda məni ən çox qane edən monoqrafiyanın üslubuna xas elmi-publisistik çərçivənin sərhədlərinin aşılması idi. Bu cür məqalələr toplusunun həm yazılması, həm də oxunması daha rahatdır, məncə. Bu baxımdan Pərvinin "Anar dünyası" əsərini yüksək qiymətləndirirəm. Mən Pərvinin hələ Yazıçılar Birliyindəki çıxışlarından onun istedadını, təfəkkürünü, müşahidə qabiliyyətini, dünyagörüşünü görürdüm. Bu gün isə mən səviyyəli,oxunaqlı bir əsər gördüm.

 

Tədbirdə Pedaqoji Universitetin professoru Elman Quliyev, kinorejissor Ramiz Həsənoğlu, yazıçı-dramaturq Əli Əmirli, "Azərbaycan" jurnalının baş redaktoru İntiqam Qasımzadə, Pedaqoji Universitetin müəlliməsi Təranə Əzimova, yazıçı-publisist Hüseynbala Mirələmov, professor Asif Rüstəmli də çıxış etdilər. Onlar Pərvinin yaradıcılığının məziyyətlərindən danışdılar.

 

Sonda isə müəllifə söz verildi. Pərvin çıxışına kitabın nəşrində xüsusi rol oynamış  "Təhsil" nəşriyyatına təşəkkürlə başladı: "Müasir dövrdə oxucunu həm də zahiri effektlərlə cəlb etmək lazımdı. Biz "Anar dünyası"nın poliqrafik cəhətdən də sanballı bir kitab olmasını istəyirdik, ona görə məhz "Təhsil" nəşriyyatına müraciət etdik. Mən, Bəhruz Axundov başda olmaqla, nəşriyyatın kollektivinə öz minnətdarlığımı bildirirəm". Təşəkkür edilməli adamların siyahısının uzun olduğunu söyləyən Pərvin öz təşəkkürlərini maraqlı süjet quraraq çatdırdı. Sonluq isə hər kəsi kövrəltdi: "Bir neçə il öncə Anar adı ölkəmizdə oğlan uşaqlarına ən çox qoyulan ad idi. Mən bu xəbəri mətbuatdan oxuyanda çox sevindim, bunu millətin mədəni səviyyəsi kimi dəyərləndirdim. 8 aydı ki, bizim evdə də bir Anar böyüyür. Mən yazıçı Anardan, onun yaradıcılığından öyrəndiklərimi balaca Anara ötürə, öyrədə bilsəm, ən böyük və gözəl məhz bu olacaq!"

 

Tədbir boyu kitab haqda çox fikirlər deyildi. Amma məncə, kitabla bağlı ən maraqlı yanaşma Anardan gəldi: "Mənim əsərlərim haqqında Bakıda, Türkiyədə, Moskvada kitablar çıxıb. Çox müəlliflər bu haqda yazıb. Hamısına minnətdaram. Ancaq ən əhatəli kitab Pərvinin kitabıdır. Şəxsən mən nəsr əsərlərim haqqında bu qədər siqlətli, yüksək səviyyədə və bu qədər maraqlı kitab oxumamışam".

 

Müşfiq ŞÜKÜRLÜ

525-ci qəzet.- 2015.- 20 oktyabr.- S.7.