Multikulturalizm dəyərləri: Azərbaycandan
dünyaya
Ölkəmiz tarix boyu sivilizasiyaların
və mədəniyyətlərin
qovuşuğunda yerləşib,
Asiya ilə Avropa arasında körpü olması burada mədəniyyət müxtəlifliyinin yaranmasında
mühüm rol oynayıb.
Azərbaycan çoxmillətli, qonaqpərvər
bir diyardır. Burada tarixən
birgə yaşayan xalqlar, toplumlar özlərini azad, firavan hiss ediblər, çünki onlar özlərinə həmişə
tolerant münasibət görüb,
sıxılmadan yaşayıb,
yaşayır və mədəniyyətlərini yaşadırlar.
Bu gün ölkəmizdə
başqa xalqların nümayəndələri öz
ana dillərində təhsil ala bilir, öz dini inanclarına
uyğun ibadət edir, heç bir ögey münasibətlə
üzləşmədən müxtəlif sahələrdə
öz töhfələrini
verirlər. Bu da onu deməyə
əsas verir ki, Azərbaycan multikulturalizmin əsas məkanlarından biridir.
Məzmunca multikulturalizm ənənələri
Azərbaycanda əsrlər
boyu həmişə mövcud olub.
Multikulturalizm nədir? Sözün semantikası
ingilis dilindən hərfi tərcümədən çoxmədəniyyətlilik
(multi- çox, culture- mədəniyyət)
anlamına gəlir. Çoxmədəniyyətlilik dedikdə isə,
ilk növbədə etnik,
irqi, dini-mədəni
müxtəlifliklər və
dəyərlər nəzərdə
tutulur.
Multikulturalizm eyni bir ölkədə
yaşayan müxtəlif
xalqların nümayəndələrinin
mədəniyyət hüquqlarını
tanıyan humanist dünyagörüşü
olan siyasətdir.
Multikulturalizmin əsasını tolerantlıq,
qanunlara, bir-birinin azadlığına hörmət
hissi təşkil edir. Elmi ədəbiyyatda verilən məlumata görə, multikulturalizm anlayışı çox
da qədim tarixə malik deyil. Multikulturalizm 1960-cı illərin sonunda Kanadada meydana gəlib. Termin kimi o, 1970-ci illərdə
ədəbiyyatda əks
olunub.
Orta əsrlər
Azərbaycan poeziyası
nümayəndələrinin əsərlərində ümumbəşəri
dəyərlərin təbliği
məsələsi başlıca
yerlərdən birini tutur.
Söz sərrafı
olan və bədii yaradıcılığın
ən gözəl nümunələrini yaradan
Nizami Gəncəvinin
(1141-1209) əsərləri bu cəhətdən xüsusilə fərqlənir. Onun yaradıcılığına
əsasən deyə bilərik ki, Nizamidə multikulturalizm və tolerantlıq elementlərinə
rast gəlmək mümkündür.
Nizami Gəncəvi
üçün şəxsiyyətin
ən yüksək meyarı İnsanlıq idi. İrqi, milli və dini ayri-seçkiliyi
qəbul etməyən
bu şairin qəhrəmanları içərisində
türk, fars,
ərəb, hindli, çinli, həbəş,
yunan, gürcü və başqa xalqların nümayəndələrinə
rast gəlirik. Nizami xalqların adını çəkərək onlara
hörmətlə yanaşır.
Zəncinin zahiri qaradır,
ancaq,
Sən ağzından
çıxan saf sözlərə bax.
Zənci
dəmir kimi qara , parlaqdır,
Üzü qaradırsa, ürəyi ağdır.
XX əsrin
əvvəllərində Bakı
multikultural mədəniyyətə
yaxınlaşmağa davam
edirdi. Azərbaycanda ilk milli teatr
binasının tikilməsi
Hacı Zeynalabdin Tağıyevin adı ilə bağlıdır.
Teatr binası 1883-cü ildə
memar Koqnivitskinin layihəsi əsasında tikilmişdi. Bu teatrda 1908- ci ildə "Leyli və Məcnun" operası oynanılmışdı.
Beləliklə, cəmiyyət Qərb
mədəniyyətini qəbul
edərək, şərqli
davranışını qoruyub
saxlayırdı. İlk dəfə
olaraq, Şərqdə
Azərbaycanda, Qərb
mədəniyyətinin komponenti,
opera qəbul edilir və böyük Üzeyir Hacıbəyov tərəfindən Şərq
motivləri əsasında
yazılır.
Ötən əsrin 90-cı illərinin
əvvəllərində Ümummilli
lider Heydər Əliyevin siyasi iradəsi Azərbaycanda tolerantlıq və multikulturalizm ənənələrinin
bərpa olunmasını
təmin edib. Heydər Əliyev
ilk dəfə olaraq multikulturalizmi azərbaycançılıq
ideyasının tərkib
hissəsi kimi təqdim etdi və Azərbaycanın çoxmədəniyyətlilik ənənəsini inkişaf
etdirib onu keyfiyyətcə yeni müstəviyə keçirdi.
-"Dinindən, dilindən,
irqindən asılı
olmayaraq Azərbaycanın
bütün vətəndaşları
eyni hüquqlara malikdirlər və bu hüquqlar qorunmalıdır".
"Azərbaycan əhalisinin
çoxmilli tərkibi
bizim sərvətimizdir,
üstünlüyümüzdür. Biz bunu qiymətləndiririk və qoruyub saxlayacağıq".
Ulu öndər Heydər Əliyev bununla ilk növbədə multikulturalizm modelinin assimilyasiya və izolyasiya kimi digər mümkün siyasi modellərdən üstün olduğunu bütün dünyaya göstərmişdi.
Qeyd edək ki, hazırkı çətin
dövrdə ölkəmizdə
Multikulturalizm dövlət
siyasətinə çevrilib.
Multikulturalizm dəyərləri olmayan məkanda, ayrı-seçkilik,
islamofobiya, ksenofobiya, antisemitizm kimi təhlükəli amillər
yaranır ki, bu da bəşəriyyət
tarixində sivilizasiyaların
və xalqların fəlakətinə səbəb
olub.
Azərbaycan nadir ölkələrdən biridir
ki, eyni zamanda, həm İslam Əməkdaşlıq
Təşkilatının, həm
də Avropa Şurasının üzvüdür. Azərbaycan dünyəvi
müsəlman ölkəsidir.
İslam
bizim müqəddəs
dinimizdir və biz öz dinimizə, ənənələrimizə, köklərimizə
böyük hörmətlə
yanaşırıq. Dünyanın ən qədim məscidlərindən biri
olan, 743-cü ildə
tikilmiş məscid Azərbaycanın Şamaxı
şəhərində yerləşir.
Dünyanın ən qədim
kilsələrindən biri
olan Qafqaz Alban kilsəsi Azərbaycanın
digər çoxəsrlik
tarixə malik Şəki şəhərinin
yaxınlığında yerləşir.
Pravoslav və katolik kilsələri, sinaqoqlar, atəşpərəstlər məbədi
- bütün bunlar Azərbaycanın mədəni
irsinin tərkib hissəsidir. 2003-cü il martın 9-da Bakıda yeni yəhudi Sinaqoqu açıldı. Azərbaycan əhalisinin
96 faizini müsəlmanlar,
qalanı isə xristian, yəhudi və digər dinlərin nümayəndələri
təşkil edir.
Respublikamızda 600-ə yaxın dini icma var,
onlardan 21-i qeyri-müsəlman
icmasıdır. Misal üçün,
bütün dünyada
dağ yəhudilərinin
yığcam halda yaşadığı yeganə
yaşayış məntəqəsi
Azərbaycanın Quba
rayonundakı Qırmızı
qəsəbədir.
Multikulturalizm siyasətinin əsasını
təşkil edən tolerantlıq (dözümlük)
prinsipi Azərbaycan Respublikası Konstitusiyasının
bir sıra maddələrində aydın
şəkildə təsbit
edilib. Bununla bağlı "Bərabərlik hüququ"
(maddə 25, bənd
3), "Milli mənsubiyyət
hüququ" (maddə
44, bəndlər 1, 2), "Ana dilindən istifadə hüququ" (maddə 45,
bəndlər 1, 2) və
başqa maddələri
göstərmək mümkündür.
Multikulturalizm siyasəti Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev tərəfindən də
uğurla inkişaf etdirilir. Ölkəmizdəki tolerantlıq mühitinin
əsasında duran mühüm amillərdən
danışarkən, ilk növbədə
siyasi sabitliyi, sosial və iqtisadi inkişafı qeyd etmək vacibdir. Ölkə başçısı müxtəlif tədbirlərdə,
irimiqyaslı beynəlxalq
toplantılarda çıxışı
zamanı mütləq
multikulturalizm məsələsinə
yer ayırır və bunun vacibliyini
vurğulayır. Təsadüfi
deyil ki, dövlət başçısının
qərarı ilə
15 may 2014-cü ildə Bakı
Beynəlxalq Multikulturalizm
Mərkəzi yaradıldı.
Heydər Əliyev Fondu da multikulturalizm və tolerantlıq ənənələrimizin beynəlxalq
miqyasda təbliğinə
böyük töhfələr
bəxş edir. Parisdə
keçirilən "Dini
tolerantlıq: Azərbaycanda
birgə yaşamaq mədəniyyəti" mövzusunda
çıxış edən
Azərbaycan Respublikasının
birinci xanımı Mehriban Əliyeva rəhbərlik etdiyi Heydər Əliyev Fondunun digər dinlərə də xüsusi diqqət göstərdiyini bildirib. Mehriban xanım Əliyeva Luvr muzeyində İslam mədəniyyəti
bölməsinin təşkilində,
Romada katakombaların bərpasında, yəhudi
uşaqlar üçün
təhsil imkanlarının
yaradılmasında, Strasburq
və Fransanın digər regionlarındakı
kilsələrin təmirində
Fondun yaxından iştirak etdiyini vurğulayıb.
Millətlərarası, multikulturalizm və dini məsələlər
üzrə Dövlət
müşaviri, akademik
Kamal Abdullanın fikrincə, mədəni müxtəlifliyin qorunmasında
vacib şərtlərdən
biri bu işdə
dövlətlə yanaşı
vətəndaş cəmiyyəti
və onun fəaliyyətini dəstəkləyən
qurumların da fəal məşğul olmasıdır. Multikultural prinsiplər Azərbaycan
kimi kiçik, amma dərin kökə və tarixə malik ölkələr üçün
digər təhlükəsizlik
prinsipləri qədər
vacib və zəruridir.
Bu gün Multikulturalizm fənn kimi bir sıra universitetlərdə
- Litva, Gürcüstan,
Rusiya, İtaliya, Bolqarıstan, Belarus, Çexiya
universitetlərində, eləcə
də ölkəmizin
bir çox ali məktəblərində
tədris olunur. Azərbaycan Multikulturalizmi fənninin böyük siyasi, ideoloji, mənəvi əhəmiyyəti vardır.
Sevinc ƏLƏKBƏRZADƏ
Filologiya elmləri namizədi
525-ci qəzet.- 2015.- 20 oktyabr.- S.5.
`